Category: Hadisə

  • Azərbaycanda tanınmış rəssam vəfat edib – FOTO

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

    Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.

    1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə yer alıb.

    UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

  • Faciə qurbanı olan Emil əsgərlikdən yeni gəlibmiş

    Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir.

    Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün öncə işləmək üçün Bakıya gəlib və Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Lake Hotel” restoranına ofisiant kimi işə düzəlibmiş.

  • FHN: Yanğın yaşayış binasının elektrik

    Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.

    Apa xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib.

  • Bakıda faciəvi şəkildə ölən ofisiantların FOTOları

    Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.

    Median.Az qafqazinfo-ya istinadən Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin fotosunu təqdim edir.

    27 yaşlı Cavidan Muradov (fotoda 1-ci)
    20 yaşlı Emil Quliyev (fotoda 2-ci)
    19 yaşlı Eltac Əliyev (fotoda 3-cü)
    18 yaşlı Əkbər Zeynalov

    Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

  • Faciə qurbanı olan ofisiantların adları – Ən gəncinin 18 yaşı var…

    Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).

    Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

  • Bakıda şadlıq sarayının yaxınlığında faciə – 4 ofisiant öldü

    Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən “Lake Hotel” yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
    “Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün Azərişıq ASC-nin balansında deyil”.
    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

  • Ağcabədidə ağır qəza: İki əmioğlu həlak oldu, bir nəfər yaralandı

    Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, qəza zamanı “QAZel” markalı yük avtomobili VAZ-2115 markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində həlak olub. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Lakin E.Vəliyev xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Moskva Bakı və İrəvandan “3+3” görüşü gözləyir

    Moskva İrəvan və Bakının növbəti görüşün “3+3” formatında təşkili barədə tezliklə razılığa gəlməsini gözləyir.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

    O, növbəti görüşün ya Bakıda, ya da İrəvanda keçirilməli olduğunu deyib.

    “Biz də öz tərəfimizdən həmkarlarımızın birgə qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfləri dəfələrlə Əbu-Dabi, Vaşinqton və Düşənbədə görüşlər keçiriblər. Ümid edirik ki, bu cür birbaşa təmaslar bu məsələnin həllinə kömək edəcək”, – Zaxarova əlavə edib.

  • Göygöldə ağır qəza: Ölənlər var

    Göygöldə ağır avtomobil qəzası olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

    Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda “Shacman” dərəyə aşdı: Ölən var

    Şamaxıda avtomobil qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsin meyiti çıxarılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Çöl Göylər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə nazirliyin ən yaxınlıqda yerləşən xilasetmə qüvvələri cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili dərəyə aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.