Category: Hadisə

  • Zaqatala sakini sanatoriyada ölüb

    Naftalanda sanatoriyada ölüm hadisəsi olub.

    Hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.

    Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.

    Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.

    İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda çoxmərtəbəli binada yanğın başladı

    Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzillərdən birində yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

  • Bakıda binanın eyvanı uçub: Qadın xəsarət alıb

    Bakıda binanın eyvanı uçub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yaşadığı Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 13A, mənzil 6 ünvanında (2-ci mərtəbə) eyvanın uçması nəticəsində yıxılıb.

    Xəstəxanaya yerləşdirilmiş X.İbrahimovanın vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bakıda şadlıq sarayında meyit tapılıb

    Bakıda şadlıq sarayında meyit tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

    Rayonun B.Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tur rəhbəri Qubaya səfərdə qəfil öldü

    Qubada turizm şirkətinin tur rəhbəri vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 23-ü saat 16 radələrində Qrızdəhnə kəndinin ərazisində baş verib.

    1974-cü il təvəllüdlü Bakı sakini Emil Rəhim oğlu Tahirov səfər zamanı qəfil vəfat edib.

    Onun infarktdan öldüyü bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda obyektdə güclü PARTLAYIŞ – 7 nəfər xilas edilib, yaralılar var (Video)

    Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

    FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    * * * * *

    24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

    Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

    Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

    * * * * *

    Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib.

    Partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə kimi dağıntı müşahidə olunur.
    //report

    * * * * *

    Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb.

    * * * * *

    Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

    * * * * *

    Bakıda obyektdə partlayış olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Qazaxda müəmmalı ölüm: Meyiti qardaşının həyətində aşkarlandı

    Qazaxda evin həyətində kişi meyiti tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.

    62 yaşlı Ənvər İmran oğlu Əhmədovun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtomobilin vurduğu qadın ölüb

    Bakıda avtomobilin vurduğu qadın ölüb.

    1997-ci il təvəllüdlü Babayev Əli Vaqif oğlu noyabrın 18-də idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun Pirallahı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1989-cü il təvəllüdlü Zeynalova Şahnaz Zeynal qızının vurub.

    Hadisə nəticəsində Ş.Zeynalova aldığı xəsarətlərdən ötən gün xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Ağcabədidə fərdi yaşayış evində yanğın olub

    Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub.

    Hadisə rayon ərazisində yerli sakin Famil Hüseynova məxsus üçotaqlı evdə qeydə alınıb.

    Hadisə yerinə Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

    Yanğın nəticəsində evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları tamamilə yanıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda çoxmərtəbəli binadakı yanğında ölənlərdən biri də komendant imiş

    Ötən gün axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendantı imiş.

    Samir Məmmədov elə yanğın baş verən binada yaşayırmış.

    Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Könül Vəlibəy qızı Hümbətova (Vəlibəyli) da həlak olublar. Könül Vəlibəylinin qızı Ləmanın vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, hadisə nəticəsində tüstüdən azı 20 nəfər zəhərlənib.