Category: Hadisə

  • Bakıda yataqxana binasında yanğın: Təxliyə edilənlər var – Video

    Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.

    Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18 kvadratmetr olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə edilib.

    Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər təxliyə edilib.

  • Bakıda ikimərtəbəli obyekt yanıb – Video

    Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda park edilmiş avtomobillərə və tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan obyektin ikinci mərtəbəsində yerləşən kafenin plastikdən ibarət pəncərələri deformasiyaya uğrayıb.

    Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub.

  • Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb – Video

    Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində qoşqunun iki təkəri yanıb.

    Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

  • Maştağada yeniyetmə parkda yıxılaraq ölüb

    Bakıda yeniyetmə parkda yıxılaraq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 18-də saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən parkda baş verib.

    Qəsəbə sakini 2011-ci il təvəllüdlü T.Q. huşunu itirərək yıxılıb və xəstəxanaya aparılarkən ölüb.

  • Məmmədli kəndində 4 yararsız avtobus yanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

    Digər avtobuslar yanğından mühafizə olunub.

  • Abşeronda 61 yaşlı kişi yıxılaraq ölüb

    Abşeronda 61 yaşlı kişi yıxılaraq ölüb.

    1964-cü il təvəllüdlü Əzbər Qafur oğlu Novruzov yaşadığı Ceyranbatan qəsəbəsindəki evdə yıxılaraq xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilmiş Ə.Novruzov ölüb.

    Araşdırmalar aparılır.

  • İlin ilk 9 ayındakı yol qəzalarının təxminən üçdə biri şənbə və bazar günləri olub

    Bu ilin yanvar-sentyabr aylarında 905 yol qəzası baş verib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

    Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub.

    Onlardan 507-si həlak olub, 757-si isə yaralanıb.

    Hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş vermiş, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olub.

  • Şamaxıda kişi dəm qazından boğularaq ölüb

    Şamaxıda kişi dəm qazından boğulub.

    Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan Hümbətov Emil Eyvaz oğlu dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda qadın işlədiyi təndirxanada öldü

    Bakıda təndirxanada ölüm hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 6 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

    Belə ki, 54 yaşlı Ruqiyyə Allahyar qızı Əskərova işlədiyi təndirxanada infarkt keçirərək dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda evdən meyit tapılıb

    Abşeronda 60 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, Quşçuluq massivi 6-cı küçə, ev 119 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hümbət Yəhya oğlu Hüseynovun meyiti noyabrın 17-də axşam 20 radələrində onunla qonşuluqda yaşayan oğlu tərəfindən aşkar edilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.