Şamaxıda kişi dəm qazından boğulub.
Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan Emil Eyvaz oğlu Hümbətov dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda çoxmərtəbəli binadan yıxılan yeniyetmə qız həlak olub.
Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunda, rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri – 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş.Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhərində bir gündə iki avtomobil yanıb.
Median.Az “Report”a istinadən xəbər verir ki, ilk hadisə şəhərin Sahil küçəsində qeyd alınıb.
Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Alim Sirac oğlu Nəzərliyə məxsus KIA markalı avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Növbəti hadisə “Xəzər bağları” adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Seymur Rahib oğlu Quliyevə məxsus “Volkswagen” markalı avtomobil alovlanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Lənkəranda iki nəfərin yanmış meyitlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Vurğulanıb ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində iki nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin başvermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı, 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
Samir İmamverdiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.
Median.Az “Report”a istinadla xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində orada işləyən qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək yolunda qeydə alınıb.
Hadisə zamanı “Hyundai” markalı avtomobil qarşı hərəkət zolağında olan “Mercedes” markalı maşınla toqquşub.
Hadisə nəticəsində Şərur rayonunun Dərəkənd kənd sakinləri, 1991-ci il təvəllüdlü Bərzani Məmmədov “Diz qapağının sınığı”, 2000-ci il təvəllüdlü Mirvari Məmmədova isə “Körpücük sınığı” diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralılardan vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az