Category: Hadisə

  • Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib – FOTO

    Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Qeyd edək ki, E.Cəfərov 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

    Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çox sayda rəngkarlıq əsəri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur. Əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.

  • Hacıqabulda itkin düşmüş 72 yaşlı kişinin meyiti tapıldı

    Hacıqabul rayonunda itkin düşmüş kişinin meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qızılburun kəndində baş verib.

    Kənd sakini, 1953-cü il təvəllüdlü Xanzaman Məmmədov noyabrın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun meyitini yaşadığı evin həyətində aşkarlayıblar.

    İlkin ehtimala görə, o, həyətində qəfil infarkt keçirib və hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yanıb.

    Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

  • “Azərsilah”ın zavodunda qəza baş verib: Bir nəfər ölüb

    Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

    Qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

    Məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

  • Rusiya vətəndaşının meyiti Ağdaşda tapıldı

    Ağdaş rayonunda Rusiya vətəndaşının meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. 1958-ci il təvəllüdlü Mahir Dursun oğlu Mamedovun meyiti tək yaşadığı evində yataq otağında qonşuları tərəfindən aşkarlanıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ucarda evdən kişi meyiti tapılıb

    Ucar rayonunda meyit aşkarlanıb.

    Hadisə rayon mərkəzində yerləşən evlərdən birində qeydə alınıb.

    Belə ki, 1968-ci il təvəllüdlü rayon sakini Namiq Nəsrəddin oğlu Daşdıyevin meyiti aşkar edilib.

    Hadisənin səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıxanovda restoranda işçi işığı yandırdı, partlayış baş verdi – Hadisənin TƏFƏRRÜATI

    Bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranında yanğın baş verib. Ölümlə nəticələnən həmin hadisənin təfərrüatı məlum olub.

    Şahid Xaliq İbrahimovun sözlərinə görə, hadisənin baş verməsinə səbəb birinci mərtəbədə köhnə qaz borusunda sızıntının olmasıdır.

    Restoranın işçisi Məlahət Cəfərova səhər saatlarında işə gəldikdən sonra otağa daxil olmaq üçün işığı yandırıb və partlayış baş verib. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 6 gün sonra isə vəfat edib.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Gəncədə 10 yaşlı uşağı maşın vurub

    Gəncədə piyadanı avtomobil vurub.

    Oxu.Az xəbər verir ki, hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb.

    Belə ki, 2015-ci il təvəllüdlü Elçin Məmmədov yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.

    Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın olub

    Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib. 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən söndürülüb.

    Bildirilib ki, yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb. Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.

  • Göygöldə qəza: Xəsarət alanlar var

    Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri – 2003-cü il təvəllüdlü Fuad Əsgərov, 2003-cü il təvəllüdlü Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və İsmət Yusifov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma başlanılıb.
    //oxu.az