Category: Hadisə

  • Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat edib

    Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev 61 yaşında ürək tutmasından vəfat edib.

    Jurnalist bu gün axşam saatlarında dünyasını dəyişib.

    Mərhumla vida mərasimi sabah saat 13:00-da “Heydər” məscidində keçiriləcək, daha sonra “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq.

  • Abşeronda FACİƏ: Sürücü mərmər daşın altında qalıb öldü

    Abşeron rayonunda sürücü faciəli şəkildə ölüb.

    Hadisə rayonun Xırdalan şəhərində baş verib.

    Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmərdən olan qəbirdaşı yükləyən zaman daş avtomobildən sürüşərək onun üzərinə düşüb.

    Z.Həsənov xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

    Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən verilən məlumatda deyilir:

    “Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir”.

  • Balakəndə velosipeddən yıxılan şəxs ÖLDÜ

    Balakən rayonunda velosipeddən yıxılan 43 yaşlı şəxs ölüb.

    Hadisə ötən gün rayonun Mahamalar kəndində baş verib.

    Belə ki, kəndin ərazisində kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır./apa

  • Bakıda uşaq inkişaf mərkəzində yanğın olub

    Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan üçmərtəbəli uşaq inkişaf mərkəzinin 1-ci mərtəbəsində sahəsi 35 m² olan mətbəxin içərisində 3 ədəd məişət avadanlığı yanıb.

    Yüksək temperaturdan 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

    Binanın qalan hissəsi yağından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda yaşayış binasında yanğın olub: ÖLƏN var

    Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Qubadakı qəzada ölən şəxs Vətən müharibəsi iştirakçısı olub

    Ötən gün Qubada toy karvanında VAZ-2107 markalı avtomobilin ağaca çırpılması nəticəsində həlak olan sürücü barədə daha bir detal üzə çıxıb.

    Median.Az “Unikal”a istinadən bildirir ki, qəzada həyatını itirən sürücü, 23 yaşlı Şahbala Asəf oğlu Mehdiyev Vətən müharibəsi iştirakçısı olub.

  • Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb

    Ucarda yük maşını aşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

    Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün dediyinə görə, hadisəyə maşındakı nasazlıq səbəb olub.

  • Balakəndə kişi velosipeddən yıxılaraq ölüb

    Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb.

    Hadisə noyabrın 9-u saat 12 radələrində baş verib.

    Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.

    Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Siyəzəndə keçmiş məhkumun meyiti tapılıb

    Siyəzən rayonunun Yenikənd kəndində keçmiş məhkumun meyiti tapılıb.

    Hadisə noyabrın 9-da qeydə alınıb.

    Belə ki, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Zahid Ağamirzə oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı Yenikənd kəndindəki evdə aşkarlanıb.

    Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.