Category: Hadisə

  • Şəmkirdə “Niva” yanıb

    Şəmkirdə yanğın hadisəsi baş verib.

    Median.Az-ın “Unikal”a istinadən məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü B.Rzayevə məxsus “Niva” markalı minik maşınında yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib. Fakt araşdırılır.

  • Paytaxtın Nizami rayonunda avtomobil yanıb – Video

    Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

  • Qəbələdə avtomobil qadını vuraraq öldürüb

    Qəbələdə avtomobilin vurduğu piyada ölüb.

    Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi “Hundai Veracruz” markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

    Qadın aldığı xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Qəbələdə avtomobilin vurduğu qadınlardan biri öldü

    Qəbələ rayonunda vurulan iki qadın piyadanın biri ölüb.

    Oktyabrın 11-də Qəbələ şəhəri ərazisində baş verib.

    Bakı şəhər sakini Rəşan İlkin oğlu Zeynalov idarə etdiyi “Hyundai Veracruz” avtomobili ilə yolu keçmək istəyən iki piyada qadını vurub. Hadisə nəticəsində hər iki qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, piyada Yaqut Orucalı qızı Bəkirova orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Naxçıvanda minik avtomobili yanıb

    Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Mersedes-benz” markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğından mühafizə bölmələri yanğını söndürüblər.

    Hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

  • Gəncədə “Qazel” iki maşına çırpılaraq aşdı

    Gəncədə yük avtomobilinin iştirak ilə zəncirvari qəza olub.

    “Unikal”ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “Qazel” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan “Opel” və “Chevrolet ” markalı minik maşınlarına çırpılıb.

    Qəzadan sonra yük maşını yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

  • Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

    Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.

    Qadının ailəli olduğu bildirilir.

  • Bakı metrosunda ÖLÜM: Qatarda halı pisləşən sərnişini xilas etmək mümkün olmadı

    Qatarda halı pisləşən sərnişin metronun “28 May” stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin tibbi yardım göstərilib.

    70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.

  • General Rasim Əliyev vəfat etdi

    Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

    Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ müharibəsindən sonra təqaüdə göndərilib.

  • Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanıb öldü

    Bakıda qadın faciəvi şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.

    Məlumata görə, hadisə olan günü benzin alışıb və mərhumun bacısının paltarına keçib. S.İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.