Category: Hadisə

  • Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb

    Bakıda avtomobilin vurduğu 57 yaşlı kişi 19 gün sonra ölüb.

    Sentyabrın 21-də paytaxtın Nizami rayonu, B.Nuriyev küçəsində Ordubad rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi “Hyundai” markalı 77 MG 064 N-li avtomobillə yolu keçən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Füzuli Həsən oğlu Məmmədovu vurub.

    Xəstəxanaya yerləşdirilən F.Məmmədov oktyabrın 9-da orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda küçədən qadın meyiti tapıldı

    Bakıda küçədən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Salyan yolu 12-nin qarşısında qeydə alınıb.

    36 yaşlı Mariya Sergeyevna Feoletovanın meyiti buradakı obyektlərdən birinin qarşısında aşkarlanıb. Cəsədin üzərində zorakılıq əlamətləri olmayıb.

    Məlumata görə, mərhum tüfeyli həyat tərzi keçirirmiş.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Salyanda güclü yanğın olub

    Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 530 m² olan talvarda yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 530 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu, talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan 8 ton taxıl yanıb.

    Qeyd edilib ki, ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

    Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

    “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E.Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L.Abdullayeva, 1978-ci il təvəllüdlü S.Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Chevrolet” piyadanı vurub öldürdü – VİDEO

    09.10.2025-ci il tarixdə saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ilkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

    Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.

    Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.

  • Xaçmazda 32 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

    Xaçmaz rayonunun Qırağlı kəndində 32 yaşlı qadın evin hamam otağında ölü tapılıb.

    Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda çay evində yanğın olub

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

    Hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.

    Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

  • 12 yaşlı azərbaycanlı tiktoker ABŞ-də faciəli şəkildə öldü – FOTO – VİDEO

    12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova ABŞ-də faciəvi şəkildə həlak olub. O, sosial şəbəkə üçün təhlükəli fəndi lentə alan zamanı qatarın altında düşüb.

    Hadisə barədə “abc7ny.com” məlumat yayıb.

    Bildirilir ki, faciə Bruklində, metro xəttində hərəkətdə olan qatarda baş verib. Zemfira rəfiqəsi ilə birlikdə saat 3 radələrində “Marcy Avenue” stansiyasında “metro sörfingi” edərkən yıxılaraq dünyasını dəyişib.

    Onunla birlikdə olan 13 yaşlı qız da hadisə zamanı həlak olub.

    Zemfiranın 11 yaşlı bacısı Məryəm bildirib ki, Zemfira ailə üzvləri yatarkən evdən gizlincə çıxıb.

    Zemfiranın anası Nataliya Rudenko deyib ki, qızı “metro sörfingi” ilə maraqlansa da, ailəsinə heç vaxt belə bir şey etməyəcəyini deyirmiş.

  • Binəqədidə restoran yanıb

    Binəqədidə restoran yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, restoran ərazisində taxta konstruksiyalardan ibarət ümumi sahəsi 150 m² olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Mingəçevirdə şagird məktəbdə ağır xəsarət aldı

    Mingəçevirdə bədbəxt hadisə baş verib.

    Oxu.az xəbər verir ki, hadisə şəhərin 4 saylı orta məktəbində qeydə alınıb.

    Belə ki, məktəbin 6-cı sinif şagirdi məktəbin həyətində sinif yoldaşları ilə birlikdə olarkən baş nahiyəsindən ağır bədən xəsarəti alıb.

    Xəstəxanaya çatdırılan yaralı oğlan əməliyyat olunub.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması barədə polisə məlumat daxil olub. İzahatlar alınıb və hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.