Category: Hadisə

  • Bakı-Qazax yolunda qəzada bir ailənin dörd üzvü xəsarət alıb

    Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.

    “Mitsubishi Pajero” minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər – 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda yanğında xəsarət alan qadın xəstəxanada ölüb

    Ağdam rayonunda baş verən yanğın nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

    Hadisə oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verib, bu zaman yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova xəstəxanaya yerləşdirilib.

    Lakin o, oktyabrın 8-də paytaxt xəstəxanalarından birində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ağdaşda 34 yaşlı şəxs siçan dərmanı içdi

    Ağdaşda 34 yaşlı şəxs kəsəyən dərmanı içərək canına qəsd etməyə çalışıb.

    “Unikal”ın məlumatına görə, hadisə Yenicə kəndində baş verib. 1991-ci il təvəllüdlü rayon sakini Cıkqayev Ruslan Qabil oğlu hələ ki bilinməyən səbəbdən kəsəyən dərmanı içib. Zəhərlənən şəxs ağır durumda xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda maşın vuraraq piyadanı öldürüb

    Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerinə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncə sakini son anda xilas edildi

    Gəncə şəhərində intihara cəhd faktı qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Gülüstan yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü E. Abbasov yaşadığı evdə özünü asmağa cəhd edib. Onun yaxınları hadisə zamanı kişini asılı vəziyyətdə görüblər və dərhal ipi açaraq xəstəxanaya çatdırıblar.

    Hazırda 39 yaşlı E. Abbasovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Yevlaxda maşın yolu keçmək istəyən qadınları vurub öldürdü

    Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən iki qadını vurub. Piyadalar aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Hazırda onların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İkiyaşlı körpənin əli ətçəkən maşında qaldı

    Əli ətçəkən maşında qalan ikiyaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib:

    “27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

    Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”.

  • Şəmkirdə 11-ci sinif şagirdi vəfat edib

    Şəmkirdə şagird vəfat edib.

    Rayonun Aşağı Seyfəli kənd N.Abbasov adına tam orta məktəbin şagirdi Rəsul Ələddin oğlu Qəribov dünyasını dəyişib.

    O, 11-ci sinif şagirdi imiş.

  • Yevlaxda yanacaq daşıyan maşın yandı

    Yevlax şəhərinin Meyvəli qəsəbəsində “QAZ” markalı yanacaq daşıyan avtomobilin yanar hissələri yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda doqquz ayda ölənlərin sayı açıqlandı

    Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda 44 802 nəfərin ölümü qeydə alınıb.

    Bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onlardan 24 342-si kişi, 20 460-ı qadın olub.

    Qeyd edilib ki, ölümü qeyd alınan şəxslərdən 1 472 nəfəri uşaqdır (18 yaşadək şəxs).