Category: Hadisə

  • Ucar sakinini hovuzda cərəyan vurub öldürdü

    Ucar rayonunda bədbəxt hadisə baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb.

    İntiqam Vaqif oğlu Zahidov evinin həyətindəki su hovuzunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yevlaxda ev yandı

    Yevlaxda dörd otaqlı evdə yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin iki otağının tavanı 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə və hamam otağının lambirdən ibarət tavanı 6 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Şabranda avtomobil ağaca çırpılıb, sürücü ölüb

    Şabran rayonunun Şahnəzərli kəndində “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

    Nəticədə Quba rayonunun Kələnov kənd sakini, sürücü Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda sərxoş kişi yıxılaraq ölüb

    Bakıda sərxoş kişi yıxılaraq ölüb.

    Xətai rayonu Xocalı prospekti 21-in qarşısında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Jurov sərxoş vəziyyətdə yıxılıb.

    Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda fəhlə faciəli şəkildə ölüb

    Bakıda fəhlə faciəli şəkildə ölüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb.

    Vurğulanıb ki, zavodun təmir işləri aparan 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qırmızı işığa məhəl qoymayan sürücü ağır qəzaya səbəb oldu – Video

    Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, bu qəzanın qarşısını almaq üçün sadəcə işıqforun qırmızı işığında dayanmaq kifayət idi:

    “Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

    Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.

    Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir”.

  • Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

    Şəmkirdə piyadanı vurub öldürən sürücü tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Ford” markalı yük avtomobilin sürücüsü, Hacıqabul rayon sakini olan 48 yaşlı B.Babayev saxlanılıb.

    Xatırladaq ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D.Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçmışdı.

  • Tanınmış polkovnik qəfil vəfat etdi – FOTO

    Azərbaycanın tanınmış polkovniki qəfil vəfat edib. 
     
    Median.Az Manset.az-a istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinologiya Şöbəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rafiq Hüseynov qəfil vəfat edib. 
     
    O, bu gün günorta saatlarında dünyasını dəyişib. 
     
    Qeyd edək ki, R.Hüseynov FHN-nin tanınmış polkovniklərindən olub. O, uzun illər FHN-də müxtəlif vəzifələrdə çalışıb.

  • İsmayıllıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

    Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

    Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sürücü sükan arxasında öldü, avtomobil qəzaya düşdü

    Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

    Median.Az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, 44 yaşlı Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

    Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.

    Fakta bağlı araşdırma aparılır.