Category: Hadisə

  • Bakıda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

    Bakıda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə Xətai rayonu, M.Hadi küçəsindəki mənzillərdən birində baş verib.

    Belə ki, 1983-cü il təvəllüdlü Nurlan Məmmədov yaşadığı evdə iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Goranboyda hərbi texnika daşıyan yük maşını yandı

    Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.
    Məlumata görə, yük maşınının yük yerində hərbi texnika olub.
    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada “KamAZ” yandı

    Zaqatalada “KamAZ” yanıb.

    “Unikal” xəbər verir ki, Zaqatala rayonu, Sumaylı kəndi ərazisində 2000-ci il təvəllüdlü Həsənov Abdulla Əmirbiddin oğlunun idarə etdiyi Kommunal Müəssisələr Kombinatına məxsus avtomobildə yanğın baş verib. Yanğın yerinə Zaqatala DYMH-nin texnikaları cəlb olunub.

    Yanğın zamanı “KamAZ” markalı 62-AC-538 dövlət qeydiyyatlı yük avtomobilinin salon hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

    Xəsarət alan olmayıb.

  • Xocasən-Lökbatan yolunda avtomobillər toqquşub, ölən var

    Xocasən-Lökbatan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Opel” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb.

    Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qəza törədən sürücü xəstəxanada ölüb

    Bakıda qəza törədən sürücü xəstəxanada ölüb.

    1998-ci il təvəllüdlü Aydın Nəcəfov Bilgəh qəsəbəsində hərəkətdə olarkən qəza törədib.
    Sürücü aldığı xəsarətlərdən xəsatəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    Fakta görə cinayət işi başlanılıb.

  • “Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

    Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

    Hadisə Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.
    Belə ki, 1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib.
    Hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
    Fakta bağlı cinayət işi başlanılıb.

  • Motosiklet daş lövhəyə çırpıldı – Sürücü öldü

    Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb.

    Hadisə rayonun Aşağı Surra kəndində baş verib.

    Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

    O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb

    Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb.

    H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Əvəz qızı Qasımova ümumi hamam otağında yıxılıb.

    Baş nahiyəsindən xəsarət alan Y.Qasımova ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Dərman qəbul etdi, aparıldığı xəstəxanada öldü

    Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    1988-ci il təvəllüdlü Orxan Mayıl oğlu Həsənovun halı dərman qəbul etdikdən sonra pisləşib.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəkidə 65 yaşlı kişi ağacdan yıxılaraq ölüb

    Şəkidə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndində baş verib.

    Kənd sakini,1960-cı il təvəllüdlü Allahyar Hümbət oğlu Şirinov həyətində qoz ağacından yıxılıb.

    O, xəstəxanaya çatdırılsa da, orada ölüb.