Category: Hadisə

  • Kür çayında bir nəfər batıb

    Kür çayında bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Bakıda məktəb direktoru vəfat edib

    Bakıda məktəb direktoru vəfat edib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, paytaxtın 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nərminə Gündüzlü vəfat edib.

  • Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış…

    Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Gencexeber.az-a istinadla xəbər verir ki, Gəncə şəhərində yeni istifadəyə verilən “Isuzu Novociti” marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

    Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb

    Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu il fevral 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Bu zaman Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.

    Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

    Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə Elnarə Əliyeva barəsində 3 il azadlığın məhdudlaşdırması cəzasına məhkum edilib. O, 3 il ərzində elektron qolbaq daşıyacaq.

  • Bakıda şadlıq sarayının pilləkənlərindən yıxılan şəxs öldü

    Bakıda kişi şadlıq sarayının pilləkənlərindən yıxılıb.

    Hadisə paytaxtın B.Çobanzadə küçəsində yerləşən “Şərq” şadlıq sarayında baş verib.

    Məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Qarayev şadlıq sarayının pilləkənindən yıxılıb. Xəsarət alaraq xəstəxanaya yerlədirilən şəxs ötən gün orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada 41 nəfər saxta spirtli içkidən öldü

    Rusiyanın Leninqrad vilayətində tərkibində metil spirti olan saxta spirtli içki qəbul edən şəxslər ölüb.

    Saxta spirt tərkibli məhsullardan kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

    Saxta alkoqol məhsulları bölgənin Slantsevsk və Volosovsk rayonlarında satılıb.

    Təhlükəli spirtli içkilərin istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə 14 nəfər həbs edilib.

  • Biləsuvarda ağır qəza – Ölən var

    Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda baş verib.

    Yolda hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağında olan “Mercedes” markalı maşınla toqquşub.

    Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəbələdə beşotaqlı ev yandı

    Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, beşotaqlı evin yanar konstruksiyaları yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib

    Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.

    Quba rayonunun Zərqava kəndində üç nəfər göbələkdən zəhərlənib.

    Həmin kəndin sakinləri – İqlimə Şahgədə qızı Seyidova, Seyid Mövlud oğlu Seyidov və Ümman Seyid oğlu Seyidov meşədən göbələk toplayıb yedikdən sonra özlərini pis hiss ediblər.

    Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda 42 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Bakıda 42 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

    1983-cü il təvəllüdlü Nurlan Rəfail oğlu Məmmədov yaşadığı M.Hadi küçəsi ev 103 mənzil 86-da elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.