Category: Hadisə

  • Bakıda ev yandı – Tüstüdən zəhərlənən var

    Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

    Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 67 yaşlı qadın küçədə ölü tapıldı

    Şəmkirdə küçədə meyit aşkarlanıb.

    Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1958-ci il təvəllüdlü X.Məmmədovanın meyiti küçədən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Xankəndidə ev yandı

    Xankəndi şəhərində yanğın olub.

    Yanğın hadisəsi Xankəndi şəhər ərazisində yaşayış olmayan evdə baş verib.

    Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətən müharibəsi qazisi vəfat etdi

    Vətən müharibəsi qazisi Rəşad Qocayev vəfat edib.

    O, Qazax rayonunda dünyasını dəyişib.

    Qeyd edək ki, R.Qocayev müharibədən sonra bir neçə medalla təltif edilib.

  • İki gün əvvəl maşın vurmuşdu – Xəstəxanada vəfat etdi

    İki gün əvvəl Şəki şəhər ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qəzada ağır kəllə-beyin xəsarətləri alan piyada reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan Hasil Əsgərov ötən gecə xəstəxanada ölüb.

    Yol qəzası ilə əlaqədar Şəki Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib

    Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, küçələrin birində “Opel” və VAZ-21015 avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1991-ci il təvəllüdlü Pərvin İbrahimov və sərnişini, 1976-cı il təvəllüdlü Lazım İbrahimov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncə Şəhər Məhkəməsinin binasında yanğın olub

    Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə yerinə dörd yanğınsöndürən cəlb olunub.

    Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.

  • Şəmkirdə direktor müavini vəfat etdi

    Şəmkir şəhəri M.Füzuli adına məktəb-liseyin Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Eyvaz İbrahimov vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Qeyd edilib ki, E.İbrahimov uzun illər riyaziyyat müəllimi işləyib.

  • Gəncədə motosiklet maşınla toqquşdu – Kuryer xəsarət aldı

    Gəncədə minik maşını motsikletlə toqquşub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

    Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1994-cü il təvəllüdlü M.Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Qəzaya düşən motosikletin kuryer fəaliyyəti göstərdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xaçmazda 67 yaşlı kişinin meyiti tapıldı

    Xaçmaz rayonunda meyit tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çığatay kəndində baş verib.

    Kənd sakini, 1958-ci il təvəllüdlü Aslan Səlim oğlu Quliyevin meyiti kənd ərazisindəki yarımtikilidə tanışı Nadir İslam oğlu Quliyev tərəfindən tapılıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.