Category: Hadisə

  • Gəncədə qəza oldu – Yaralılar var

    Gəncədə minik maşını ilə motosiklet toqquşub, xəsarət alanlar var.

    “Unikal”ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan avtomobil ilə motosiklet toqquşub. Qəza zamanı iki nəfər – 2002-ci il təvəllüdlü R.Babayev və 2008-ci il təvəllüdlü N.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İmişlidə 15 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib

    İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

    Həkimlər tərəfindən lazımi tədbirlər görülərək müayinələr aparılır.

  • Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb

    Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində həlak oldu

    Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq həlak olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

    Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası – 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

    Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Müəllimləri daşıyan mikroavtobus aşdı – 20 yaralı var

    Gədəbəyədə yol qəzası olub.

    Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.
    Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Məlumata görə, mikroavtobusdakı şəxslər müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.
    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
    Faktla bağlı araşdırma aparılır.

  • İsmayıllıda maşın aşdı, sürücü öldü

    İsmayıllıda maşın aşıb, sürücü ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonunun Kürdeldarbəyli kəndi yaxınlığında baş verib. Həmin ərazidən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var

    Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

    Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

    Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Vüsal Hüseynov, 2010-ci il təvəllüdlü Taleh Səfərov və 2004-cü il təvəllüdlü Seymur Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə maşın 13 yaşlı yeniyetməni vurdu

    Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub.

    “Unikal”ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, İkram Yusifov idarə etdiyi “VAZ -21015” markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Oğuzda 59 yaşlı qadın bacısının evində öldü

    Oğuz rayonunda 59 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

    Şəhər ərazisində bacısının evində yaşayan 1966-cı il təvəllüdlü Qənirə Məhəmməd qızı Musayeva səhvən sirkə turşusu içib.

    Qadın ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

  • Bakı sakini Qaxda qoz ağacından yıxılaraq ölüb

    Bakı şəhər sakini Qax rayonunda qoz ağacından yıxılaraq ölüb.

    Hadisə rayonun Çinarlı kəndində baş verib.

    Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ağacdan yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.