Category: Hadisə

  • Yaşmada sahəsi 1500 m² olan sex yanıb

    Xızıda sex yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yaşma kəndində ümumi sahəsi 1500 m² olan sexin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Daşkəsəndə evdə yanğın olub

    Daşkəsən şəhər ərazisində yerləşən 4 mərtəbəli yaşayış binasının mənzillərin birində yanğın qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

    Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi – FOTO

    Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, azyaşlının idarə etdiyi avtomobil aşıb və yaşıdı vəfat edib:

    “Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

    Nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilərlər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”.

    “Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər”, – deyə BDYPİ-nin məlumatında qeyd olunub.



  • Neftçalada biryaşlı övladının ölümündə şübhəli bilinən ANA SAXLANILDI – FOTO (Yenilənib)

    Neftçala rayonunda biryaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb.

    2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub.

    Hadisə rayonun İkinci Qaralı kəndində baş verib.

    Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.

    Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.

    Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.

    Qeyd edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    //oxu.az


  • Bakıda ağac qadının üzərinə aşdı

    Dünəndən ölkəmizdə başlayan güclü külək ölkəmizdə bir sıra fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin aşması nəticəsində qadın xəsarət alıb.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

    Qeyd edilib ki, 11.09.2025-ci il tarixində saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, S.S.Axundov küçəsindən ağacın aşması səbəbi ilə çağırış qeydə alınıb.

    “Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə yerində zəruri tibbi xidmət göstərilib”, – deyə məlumatda qeyd edilib.

  • Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

    Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

    “Report”un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

    * * * * *

    Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

    Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Naftalanda 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Naftalanda sanatoriyada çalışan işçini elektrik cərəyanı vuraraq öldürüb.

    1989-cu il təvəllüdlü A.Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • 76 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

    Mingəçevirdə 76 yaşlı kişi ikinci mərtəbədən enərkən pilləkənlərdən yıxılaraq dünyasını dəyişib.

    Hadisə M.F.Axundov küçəsi 1 ünvanında yerləşən binada baş verib. İkinci mərtəbədən enərkən müvazinətini itirərək üzüaşağı yuvarlanan 1949-cu il təvəllüdlü Yusibov Tofiq Tofiq oğlu çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    //unikal.az

  • Qusarda qonşusunun həyətində işləyən ustanı cərəyan vurub öldürdü

    Qusar rayonunda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə sentyabrın 10-u saat 13 radələrində rayonun Aşağı Ləgər kəndi ərazisində baş verib.

    Kənd sakini, 1992-ci il təvəllüdlü Hacıverdi Akif oğlu Səfərov həmkəndlisi B.Babayevin evində təmir işləri görərkən elektrik cərəyanı vurmasından ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Gəncədə səkkizyaşlı qızın faciəli ölümünün təfərrüatı

    Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.

    Hadisə sentyabrın 10-da baş verib.

    2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.

    A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az