Category: Hadisə

  • Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi öldü

    Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsi ərazisində baş verib.

    1980-ci il təvəllüdlü Z.Hüseynov həyətində işləyən zaman nərdivandan yıxılıb. 45 yaşlı kişi hadisə yerində ölüb. Məlumata görə, Z.Hüseynov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • Daşkəsəndə avtomobil beşyaşlı qızı vurdu

    Daşkəsən rayonunda beşyaşlı qızı maşın vurub.

    Hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

    Yolu keçmək istəyən 2020-ci il təvəllüdlü T.Allahverdiyeva özünü itirərək VAZ-2199 markalı avtomobilin qarşısına çıxıb. Sürücü avtomobili saxlaya bilməyib və azyaşlını vurub.

    Uşaq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərilib. Hazırda azyaşlının vəziyyəti kafidir, həyatı təhlükəsinin olmadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı İDDİASI – Video

    Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Göyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib.

    İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

    Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

    İddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, məsələ araşdırılacaq.

    Ətraflı süjetdə:

  • Sumqayıtda səkkizinci sinif şagirdi vəfat edib

    Sumqayıtda səkkizinci sinif şagirdi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Əli Mehdizadə dünyasını dəyişib.

    Onun uzun sürən xəstəlikdən vəfat etdiyi deyilir.

  • Oğuzda qəzada yaralanan qadı xəstəxanada öldü

    Oğuzda iki gün əvvəl yol qəzasında xəsarət alan qadın ölüb.

    Yol qəzası zamanı ağır xəsarət alan, 1992-ci il təvəllüdlü Aygün Quliyeva müalicə olunduğu Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
    Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
     
    /report

  • Lənkəranda qəza: Sürücülər yaralandı

    Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazidə qeydə alınıb.

    Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi “Land Rover” markalı nəqliyyat vasitəsi “KİA” ilə toqquşub.

    Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Laçında traktor dərəyə aşıb, bir nəfər ölüb

    Laçında traktor dərəyə aşıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Biləsuvarda ehtiyatsızlıqdan baş verən yanğında iki nəfər xəsarət alıb

    Biləsuvar rayonunda ehtiyatsızlıqdan yanğın baş verib, 2 nəfər xəsarət alıb.

    Hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Lətif Məmmədov öz həyətində yemçəkən aqreqatı təmir edən zaman qısaqapanma əmələ gəlib.

    Bu vaxt L.Məmmədov və ona təmirə kömək edən 1974-cü il təvəllüdlü Cavid Bayramov yanıq xəsarətləri alıblar.

    Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatala şəhərində bir nəfər körpüdən yıxılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə Zaqatala şəhərində bir nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar hadisə yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sözügedən şəxs xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Şəmkirdə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

    Şəmkir rayonunda təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, 07.09.2025-ci il tarixində saat 01:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar”.