Category: Hadisə

  • 54 yaşlı kişi avtobusda öldü

    Sumqayıtda marşrut avtobusunda ölüm hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 34-cü məhəllə adlanan hissəsində hərəkət edən 15 saylı marşrut xətti üzrə “İsuzu Ecobus” markalı avtobusda sərnişin qismində olan orta yaşlı kişinin halı qəfil pisləşib. O, əyləşdiyi oturacaqda dünyasını dəyişib.

    Vəfat edən şəxsin 1971-ci il təvəllüdlü Rövşən Bəxtiyar oğlu Əkbərov olması müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xaçmazda hamamda meyit tapıldı

    Xaçmazda evdən meyit tapılıb.

    Hadisə şəhərin Z.Qafarov küçəsində qeydə alınıb.

    Ömərov Rəşad Ömər oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb. Onun hansı səbəbdən ölməsi isə bilinmir.

    Araşdırma aparılır.

  • Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var

    Naxçıvanda avtobus qəzaya düşüb.

    Median.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

    İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.

    Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

  • “Nissan”la motosiklet toqquşdu – Yaralanan var

    Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, “Nissan” markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü – 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada avtomobil yanaraq kül oldu

    Zaqatalada minik avtomobili yanaraq kül olub.

    Hadisə ötən gecə saatlarında rayonun Danaçı kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Vaşiyev İbrahim İslaməddin oğluna məxsus avtomobildə baş verib.

    Hadisə yerinə Zaqatala DYMH-nin yanğınsöndürənləri cəlb olunub.Yanğın zamanı “VAZ-21099 ” markalı 62-BN-868 dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə yanıb.
    //unikal.az

  • Gəncədə evə düşən ildırım yanğına səbəb oldu

    Gəncədə evə ildırım düşüb.

    Oxu.Az xəbər verir ki, təbiət hadisəsi şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

    Belə ki, evin mətbəxinə ildırım düşüb. Daha sonra evdə yanğın başlayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub, yanğın söndürülüb.

  • Bakıda iki avtobus toqquşdu, tıxac yarandı

    Bakıda 53 nömrəli avtobuslar toqquşublar.

    Hadisə Badamdar istiqamətindən Bayraq meydanı tərəfə hərəkət edən iki avtobusun toqquşması nəticəsində baş verib.

    Qəza nəticəsində avtobuslardan birinin şüşələri sınıb, parçalar həm avtobusun içərisinə, həm də yola tökülüb.

    Ərazidə sıxlıq yaranıb.

  • Sumqayıtda hündürlükdən yıxılan yeniyetmə ölüb

    Sumqayıt şəhərində hündürlükdən yıxılan yeniyetmə ölüb.

    2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

  • Bakıda iki yük avtomobilinin iştirakı ilə qəza olub, ölən var

    Bakıda iki yük avtomobili toqquşub.

    Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Zabrat qəsəbəsində yerləşən “Rahat Super” marketin qarşısında dayanmış Abbasov Elman Cəbrayıl oğlunun istifadəsində olan “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb.

    Nəticədə “Ford Transit” markalı avtomobilin sürücüsü Səməndər Cəlilov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

  • Xaçmazda yol kənarından meyit tapıldı

    Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yol kənarında meyit aşkar edilib

    Meyitin Padar kənd sakini Vəfalı Qabil oğlu Haqverdiyevə məxsus olduğu müəyyənləşib.

    Qeyd edək ki, onun hansı səbəbdən ölməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az