Category: Hadisə

  • Bakıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ

    Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Hadisə nəticəsində qəzaya səbəb olan “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, “Changan” markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

    Hadisə nəticəsində xəsarət alan “Changan” markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

  • 51 yaşlı kişi qızdırmadan şoka düşüb öldü

    Xırdalan sakini qızdırmadan ölüb.

    Sentyabrın 4-ü saat 17 radələrində Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Zülfi oğlu Rəhimov qızdırma səbəbindən rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Sentyabrın 5-i saat 01 radələrində ona həkim tərəfindən təyin olunmuş iynə vurulub.

    Lakin E.Rəhimovun qızdırması düşməyib və o koma vəziyyətinə girərək vəfat edib.

    Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

    ///Lent.az

  • Qəbələdə 90 yaşlı qadın pilləkəndən yıxılıb öldü

    Qəbələ rayonunda 90 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.

    Rayon sakini, 1935-ci il təvəllüdlü Rəfiqə Hüseynova yaşadığı evdə pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bakıda DƏHŞƏT! – Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü – 3 nəfər ÖLDÜ – Video (Yenilənib)

    Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:

    “Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb”.

    Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

    * * * * *

    Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

    FHN-dən verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    * * * * *

    Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    İdarədən verilən məlumatda bildirilir ki, sentyabrın 6-da saat 09:30-da paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

    Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

    Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.

    1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

    Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd olunub ki, səhər saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.

    Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

  • Naftalanda 69 yaşlı kişi parkda öldü

    Naftalan şəhərində parkda ölüm hadisəsi baş verib.

    Hadisə şəhərin mərkəzi parkında qeydə alınıb.

    Şəhər sakini, 1956-cı il təvəllüdlü Məhyəddin Həsən oğlu Musayev parkda gəzərkən qəfil halı pisləşib. O, elə parkda dünyasını dəyişib.

    İlkin məlumata görə, 69 yaşlı M.Musayev qəfil infarktdan vəfat edib.

    Araşdırmalar Naftalan Şəhər Prokurorluğu tərəfindən aparılır.
    //oxu.az

  • Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində həlak olanların ADLARI məlum oldu – FOTO (Yenilənib)

    Şahbuzda istirahət mərkəzində su üzərində olan – əldə hazırlanmış platformanın aşması nəticəsində həlak olan şəxslərin adları məlum olub.

    Median.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Sevinc Abdulla qızı Hüseynova, onun qızı, 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova həlak olublar.

    Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

    * * * * *

    Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.

    Bu barədə oxu.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.

    Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    * * * * *

    Naxçıvanda bədbəxt hadisə baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

    İstirahət mərkəzlərinin birində süni göl üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

    Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hər iki faktla bağlı araşdırma aparılır.



  • Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb

    Maştağada 34 yaşlı qadını avtomobil vuraraq öldürüb.

    2005-ci il təvəllüdlü Zeynalov Tofiq Hacıdadaş oğlu istifadəsində olan “Ford Tranzit” markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyada 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.

    Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

  • Xızıda kanalda batan ikinci qardaşın da MEYİTİ TAPILDI

    Sentyabrın 2-də Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan digər şəxsin axtarışları başa çatıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, sentyabrın 2-də 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev qardaşları Taxtakörpü-Ceyranbatan su kanalında boğulublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti elə həmin gün tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • İsmayıllıda 61 yaşlı kişi dilindən arı sancması nəticəsində ölüb

    İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb.

    Hadisə rayonun Mican kəndində baş verib.

    Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Murad Hümmətovu yaşadığı evin həyətində dil nahiyəsindən arı sancıb. Nəticədə həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb

    Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb.

    “Mercedes” markalı avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb.

    Hadisənin başvermə səbəbləri araşdırılır.