Category: Hadisə

  • Sabiq qərargah rəisi dünyasını dəyişdi

    Azərbaycan Ordusunun 1993-cü ildə keçirdiyi uğursuz “Murovdağ qış əməliyyatı”nın iştirakçılarından biri, keçmiş 701 saylı briqadanın sabiq qərargah rəisi, ehtiyatda olan polkovnik-leytenant Eldar Həsənov vəfat edib.

    Bu barədə onun yaxınları məlumat yayıblar.

  • Abşeronda hündürlükdən yıxılan kişi ölüb

    Abşeronda hündürlükdən yıxılan kişi ölüb.

    Hadisə Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü Ayaz Zərbəliyev hündürlükdən yerə yıxılıb. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır

  • Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb

    Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.

    Hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qənd sexində BƏDBƏXT HADİSƏ: Döşəmə çökdü, ölən var

    Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində rayonun Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

    Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı

    Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari avtomobil qəzası baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı “Ford Tranzit” markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətləri alıblar.

    Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbçi yol qəzasında ölüb

    Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda “Hyundai” markalı maşının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

    “Unikal”ın məlumatına görə, yol-nəqliyyat hadisəsində həyatını itirən 37 yaşlı Fuad Məmmədov hərbçi olub.

    Mərhum Kürdəmirdə torpağa tapşırılıb.

  • Mingəçevirdə zəncirvari qəza, xəsarət alan var

    Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan “Nissan” markalı avtomobillə toqquşub. Bundan sonra “Nissan” yolun kənarında dayanan “Opel” markalı avtomobilə çırpılıb.

    “Nissan” markalı avtomobilin xəsarət alan sürücüsü, 1983-cü il təvəllüdlü Nəsimi Müseyibov xəstəxanaya yerləşdirilib.

  • Bakıda bağçada bədbəxt hadisə: Azyaşlı yaralandı

    Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

    Müəssisədən “Azərbaycan müəllimi”nə tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərildiyi bildirilib.

    Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

    Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

  • Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb: Yaralananlar var

    Türkiyənin Iğdır vilayətinin Tuzluca rayonunda yerli və Azərbaycan dövlət nömrə nişanlı iki avtomobil toqquşub.

    Median.Az bu bardı İHA agentliyinə istinadla xəbər verir.

    Bildirilir ki, rayon ərazisindən keçən yolda təmir işləri aparıldığına görə, nəqliyyat vasitələri yalnız bir zolaqda hərəkət etməli olublar.

    Yüksək sürətlə hərəkət edən hər iki avtomobilin toqquşması nəticəsində altı nəfər yaralanıb.

    Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

    Fakt üzrə araşdırma aparılır.

  • Samuxda “VAZ” mağazaya çırpıldı – 4 nəfər yaralandı

    Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Unikal”ın məlumatına görə, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.