Category: Hadisə

  • Atası ilə birlikdə qəzaya düşən oğul xəstəxanada öldü

    Bakıda 18 gün əvvəl qəzaya düşən şəxs ölüb.

    Avqustun 15-də Məhərrəm Rəhim oğlu Rəhimov idarə etdiyi “Hyundai Santa Fe” avtomobili ilə hərəkətdə olarkən Bəxtiyar Fərhad oğlu Hüseynovun idarə etdiyi VAZ-2106 avtomobili ilə toqquşub. VAZ-da olan sərnişin Fərhad Bəxtiyar oğlu Hüseynov xəstəxanaya yerləşdirilsə də, sentyabrın 2-də orada ölüb.

    Fakta görə cinayət işi başlanılıb.
    //oxu.az

  • Abşeronda bir nəfər süni göldə BATDI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində bir nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Artıq batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Saatlıda ot yükləyərkən yanan 73 yaşlı kişi iki ay sonra öldü

    İyulun 2-də Saatlı rayonunda ot yükləyərkən yanıq xəsarətləri alan 73 yaşlı kişi xəstəxanada ölüb.

    Hadisə rayonun Qaracalar kəndində baş verib.

    Kənd sakini, 1952-ci il təvəllüdlü Teyyub Əyyub oğlu Ağayev yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlaması elektrik naqilinə dəyib və alışıb.

    Yanıq xəsarətləri alan T.Ağayev Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, avqustun 31-də orada vəfat edib.

    Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Lənkəranda “Prius” qəza törətdi: Ölən var

    Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    2002-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi “Toyota Prius” avtomobili ilə hərəkətdə olarkən yolda velosiped sürən 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. Hadisə zamanı R.Teymurov aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
    //oxu.az

  • Astarada 10 aylıq körpə hərarətdən öldü

    Astarada 10 aylıq körpə hərarətdən ölüb.

    “Unikal” xəbər verir ki, Astara rayon Siyəkü kənd sakini 2024-cü il təvəllüdlü (10 aylıq körpə) Elcan Taleh oğlu Həsənzadənin bu gün günortadan sonra bədən hərarəti qalxıb. Yaxınları uşağın qidadan zəhərləndiyini düşünüb ona ərzaq sodası veriblər. Bundan sonra körpənin halı pisləşib. Yaxınları körpəni təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıblar. Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda karton istehsalı müəssisəsi yanır – Video

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

    Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Bakıda avtomobil yanıb

    Bakı şəhərinin Nərimanov rayonunda “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Tovuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova, 2017-ci il təvəllüdlü Z.İsmayılov və 2023-cü il təvəllüdlü C.İsmayılovdur.

    Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 13 yaşlı uşaq ölüb

    Sumqayıtda 13 yaşlı uşaq ölüb.

    Median.Az Report-a istinadən verir ki,hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

    İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Gəncədə 15 yaşlı qızı maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    “Unikal”ın məlumatına görə, həkətdə olan minik avtomobili yolu keçmək istəyən 2010-ci il təvəllüdlü A.Zeynalovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.