Category: İdman

  • Çempionlar Liqası: “Qarabağ” mövsümə heç-heçə ilə başladı

    Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.
    Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunu olub.

    Görüş Albaniyanın paytaxtı Tiranada keçirilib. Selman Stermasi stadionundakı görüş başladığı hesabla da yekunlaşıb. Qurban Qurbanovun yetirmələri bir neçə epizodda rəqibə çətinlik yaşatsalar da, fərqlənə bilməyiblər.

    “Partizani”nin də təhlükəli hücumları olub. Lakin sonda qeyri-dəqiqlik və ya komandamızın inamlı oyunu hesabın açılmasına imkan verməyib.

    Beləliklə, matç 0:0 hesabı ilə başa çatıb. Komandalar cavab matçına bir həftə sonra çıxacaqlar.

    Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) duelinin güclüsü ilə, məğlub olan isə
    “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) qarşılaşmasının zəifi ilə üz-üzə gələcək.

  • “Partizani” – “Qarabağ”: heyətlər açıqlandı

    Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Partizani” – “Qarabağ” matçının heyətləri açıqlanıb.

    APA -nın məlumatına görə, bu gün keçiriləcək qarşılaşmadan az əvvəl hər iki komanda qarşılaşmanın protokolunu doldurub.
    Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

    Qeyd edək ki, qarşılaşma Tirananın Selman Stermasi stadionunda keçiriləcək.

    Çempionlar Liqası

    I təsnifat mərhələsi, ilk oyun

    10 iyul

    19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

    Baş hakim: Porvaldur Arnason (İslandiya)

    “Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri, 90. Emmanuel Mensa

    Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 9. Teofilus Solomon, 18. Lukas Kardoso, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun

    Baş məşqçi: Franko Lerda

    “Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

    Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı

    Baş məşqçi: Qurban Qurbanov

    Tirana. Selman Stermasi stadionu

  • “Qarabağ” ÇL-də ilk görüşünə Tiranada çıxır

    Bu gün 2019/2020 mövsümü üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin digər səkkiz oyunu keçiriləcək.

    Azərbaycan çempionu “Qarabağ” da bu gün UEFA-nın ən ali turnirində ilk matçına çıxacaq.

    Qurban Qurbanovun yetirmələrinin rəqibi Albaniya çempionu “Partizani”dir. 16 qat Albaniya çempionu olan Tirana klubunu 51 yaşlı italiyalı baş məşqçi Franko Lerda çalışdırır. Ağdam klubunda əsas mərkəz müdafiəçisi Bədəvi Hüseynov zədəli olduğundan bu matçda meydana Rahil Məmmədovun çıxacağı gözlənilir.

    Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə hakimlər İslandiyadan olacaq. Görüşü 2010-cu ildən FIFA referesi olan Torvaldur Arnason idarə edəcək. Oyun “Partizani”nin müvəqqəti stadionu olan Selman Stermasi adına arenada baş tutacaq.

    Qeyd edək ki, bu matç “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.
    /oxu.az/

  • “Sürprizlərə hazır olmalıyıq” – Qurban Qurbanov

    “Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Onu da bilirik ki, rəqibə yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq”.

    Median.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyada “Partizani” ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

    47 yaşlı mütəxəssis bildirib ki, bu mərhələdə uduzmağı komandası üçün faciə saymaq düzgün deyil: “Dünya futbolunda hər şey ola bilər. Önəmlisi səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Biz burada qələbə istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.

    Oyun günü gözlənilən isti hava şəraitini düşünmədiklərini vurğulayan baş məşqçi hər cür hava şəraitinə hazır olmalarının vacibliyini dilə gətirib. Onun sözlərinə görə, əsas iş tam konsantrasiya olmaq və oyun intizamını saxlamaqdır.

    Baş məşqçi “Qarabağ”dan ayrılan Ansi Aqollinin təkcə komandadan yox, ailədən getdiyini də vurğulayıb: “Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Aqolli kimi yaxşı insan və futbolçular çox olsun”.

    Qeyd edək ki, iyulun 10-da Tiranada keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

  • PSJ Neymarı cəzalandıracaq: futbolçu məşqə gəlməyib

    Fransanın PSJ klubu hücumçusu Neymarı cəzalandırmaq niyyətindədir.

    Football.ua xəbər verir ki, futbolçu klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.

    Klub yaydığı açıqlamada məyus olduğunu bildirib və Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.

    Lakin futbolçunun menecer qismində çıxış edən atası Neymarın məşqə gələ bilməyəcəyi haqda PSJ-yə qabaqcadan xəbər verdiklərini açıqlayıb.

    O, vəziyyətin dramatik həddə çatdırılmamasını xahiş edib və Neymarın gələn həftənin birinci günündən kluba qayıdacağını bildirib.

    Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya “Barselona”sı geri qaytarmaq niyyətindədir.

  • Messini iki illik ağır cəza gözləyir

    Cənubi Amerikanın futbol konfederasiyası (CONMEBOL) Argentina yığmasının kapitanı Lionel Messini cəzalandırmağa hazırlaşır.

    “RT” xəbər verir ki, buna səbəb Messinin konfederasiyanı korrupsiyada ittiham etməsidir.

    Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra konfederasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarının Braziliyanın turnir qalibi olmaq üçün çalışdıqlarını deyib.

    Qurum 32 yaşlı hücumçunun bu açıqlamasına artıq münasibət bildirib və belə addımları “qəbulolunmaz” sayıb.

    Bununla kifayətlənməyən CONMEBOL rəhbərliyi Messini 2 il millinin oyunlarından kənarlaşdırmaq fikrindədir.

    Bu cəza tətbiq olunarsa, Messi Amerika Kuboku-2020 və DÇ-2022-nin seçmə mərhələsinin oyunlarını buraxmalı olacaq.

  • Azərbaycanın bu komandasının Avroliqadakı oyununun hakimləri dəyişdirildi

    UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Səbail” – “Universitatya Krayova” (Rumıniya) qarşılaşmasının hakim təyinatında dəyişiklik edilib.

    APA -nın məlumatına görə, iyulun 11-də “ASCO Arena”da keçiriləcək görüşü maltalı hakimlər briqadası idarə edəcək.
    Öncədən qarşılaşmaya Ville Nevalaynenin başçılıq etdiyi finlandiyalı hakimlərin təyinat alsalar da, sonradan qərar dəyişdirilib.
    Maltalı Fyodor Zammit matçın referisi təyin edilib. Baş hakimin köməkçiləri Dunkan Sultana və Teodore Zammit, dördüncü hakim isə Mario Apap olacaq.

    UEFA nümayəndəsi vəzifəsini Patrik Vattebled (Fransa), hakim-inspektor funksiyasını Miroslav Vitkoviç (Xorvatiya) yerinə yetirəcək.
    Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.

  • “Qarabağ”ın oyunlarını hansı kanal yayımlayacaq?

    “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

    Komandaların hər iki qarşılaşmasını “CBC Sport” kanalı canlı yayımlayacaq. Məlumatı Ağdam klubunun feysbuk səhifəsi yayıb.

    Albaniyada keçiriləcək ilk oyun iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da start götürəcək. Bir həftə sonra Bakıdakı “Dalğa Arena”da baş tutacaq cavab görüşü 21:00-da başlayacaq.

  • Bakıda Avropa Gənclər Olimpiya Festivalını 27 ölkə işıqlandıracaq

    21-27 iyulda Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında 3600-ə yaxın idmançı və komanda rəsmiləri iştirak edəcək.

    Bu yarışlarda 10 idman növü üzrə 12 idman obyektindən istifadə olunacaq.

    Yarışlar zamanı 136 media könüllü fəaliyyət göstərəcək. Azərbaycan da daxil olmaqla, 27 ölkədən 351 media əməkdaşı bu yarış üçün qeydiyyatdan keçib. Bunlardan 84-ü beynəlxalq, 267-si isə yerli media nümayəndəsidir.

  • “Sabah” – “Zirə” oyununda 8 qol – yeni transfer dubl etdi

    Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Sabah” və “Zirə” klubları öz aralarında yoxlama oyunu keçirib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, “Əlincə Arena”dakı matçda qapılara 8 qol vurulub. Görüş “Sabah”ın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Elşad Əhmədovun komandasında qollardan ikisini yeni transfer Hendrik Eksteyn vurub.

    Yoxlama oyunu

    6 iyul

    “Sabah” – “Zirə” – 5:3
    Qollar: Şafik Tiqrudca, 6 (0:1), Emil Qasımov, 8 (1:1), Elvin Camalov, 18-avtoqol (2:1), Mfo Kqasvane, 20 (2:2), Hendrik Eksteyn, 48 (3:2), 70 (4:2), İlkin Muradov, 84-penalti (4:3), Cavid Tağıyev, 89 (5:3)