Category: İdman

  • Pley-off başlayır – Çempionlar Liqası

    Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

    İlk oyun günündə 3 görüş keçiriləcək.

    “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Belarusun BATE komandası evdə PSV (Hollandiya) ilə qarşılaşacaq.

    “Benfika” Portuqaliyada PAOK-la üz-üzə gələcək. Digər oyunda isə “Srvena Zvezda” (Serbiya) evdə

    Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq.

    21 avqust

    Çempionlar Liqası

    Pley-off mərhələsi, ilk oyunlar

    23:00. BATE (Belarus) – PSV (Hollandiya)

    23:00. “Benfika” (Portuqaliya) – PAOK (Yunanıstan)

    23:00. “Srvena Zvezda” (Serbiya) – “Zalsburq” (Avstriya)

    22 avqust

    23:00. “Ayaks” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna)

    23:00. “Videoton” (Macarıstan) – AEK (Yunanıstan)

    23:00. “Yanq Boyz” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya)

  • “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

    Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

    Median.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib. Xatırladaq ki, bununla bağlı bir neçə gün əvvəl oyun məhz avqustun 25-nə təyin olunmuşdu.  

    Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.

  • “Qarabağ”-“Şerif” matçının başlama vaxtı bəlli oldu

    Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Şerif”-“Qarabağ” matçı avqustun 23-də, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

    Oyun Moldovada, “Şerif” İdman Kompleksinin stadionunda baş tutacaq.

    Cavab oyunu bu ayın 30-da Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

  • Zabit Səmədov yubiley qələbəsini qazandı – VİDEO

    Qroznıda Çeçen Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilən kikboksinq üzrə Beynəlxalq turnir keçirilib.

    95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər.

    Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.

  • “Şah” “Grand Chess Tour”da üçüncü oldu

    ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb.

    Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.

    Üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.

    Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.

    “Grand Chess Tour 2018”in sabah açılışı olacaq dördüncü mərhələsi – vaxta klassik nəzarət qaydasında keçirilən “Sinquefield Cup” turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq.

    Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək./oxu.az

  • İnyestadan daha bir mükəmməl qol – VİDEO

    Keçdiyimiz mövsümün sonunda “Barselona”dan Yaponiyanın “Kobe” klubuna keçən Andres İnyesta yeni komandasında növbəti qolunu vurub.

    34 yaşlı yarımmüdafiəçi yüksək liqanın 2-ci turunda “Xirosima” ilə keçirilən oyunda (1:1) fərqlənib.

  • BATE – “Qarabağ” oyununun hakimləri bəlli oldu

    Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ”ın BATE ilə cavab oyununa hakim təyinatları açıqlanıb.

    Matçı Latviya Futbol Federasiyasından Andris Treymanis idarə edəcək.

    Onun köməkçiləri Harald Qudermanis, Aleksey Spasyonnikov və Aleksandr Qolubev olacaq. Françesko Byanki (İsveçrə) hakim-inspektor, Yorqos Fantaros (Kipr) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

    Qeyd edək ki, bu görüş avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun 13 minlik “Borisov-Arena”da baş tutacaq.

  • Zabit Səmədov iki metr boya malik idmançı ilə döyüşəcək

    Azərbaycanlı K-1 döyüşçüsü, Çeçenistanın “Axmat” kikboksinq klubunun üzvü Zabit Səmədov bu ay növbəti döyüşünə çıxacaq.

    O, fransız muay tay kikboksçusu, 1.98 metr boya malik Bris Quidonla döyüşəcək.

    Qeyd edək ki, döyüş avqustun 16-da Çeçenistanın paytaxtı Qroznıda baş tutacaq. Bu döyüş Çeçenistanın mərhum prezidenti Əhməd-Hacı Qədirovun doğum günü münasibəti ilə keçiriləcək.

  • Haldorson “Qarabağ”dakı ilk oyunu haqda: Həzz aldım

    “Qarabağ”ın islandiyalı qolkiperi Hanes Haldorson dünən yeni komandasında Belarus çempionu BATE-yə qarşı ilk oyununu keçirib.

    Futbolçu bu münasibətlə jurnalistlərin diqqət mərkəzində olub.

    İslandiya millisinin qolkiperi əvvəlcə oyun haqda fikirlərini bildirib:

    “Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

    O, Bakıda çıxdığı ilk oyundakı atmosferdən razı qaldığını qeyd edib:

    “Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi”.

    Qeyd edək ki, “Qarabağ” əvvəlki dörd oyunda braziliyalı qapıçısı Vaqner da Silvanın xidmətindən istifadə etmişdi. Həmin matçlarda Kamran Ağayevin Portuqaliyada komanda yoldaşı olmuş Vaqner qapısını toxunulmaz saxlamışdı./oxu.az

  • Güləşçimiz erməni idmançıya belə qalib gəldi – VİDEO

    Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada 74 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz İsmayıl Abdullayev bürünc medal qazanıb.

    Dağıstanlı legionerimiz olan Abdullayev bürünc medal uğrunda görüşdə Ermənistan güləşçisi Hrayr Əlixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gəlib.

    Həmin görüşün videosunu təqdim edirik: