Category: İdman

  • XİN-dən “Mxitaryan” açıqlaması

    Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər.

    Bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya – “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

    XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

    “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, – deyə H.Hacıyev əlavə edib.

  • “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri bəlli oldu

    UEFA Avropa Liqasında 2018/2019 mövsümünün püşkü atılıb.

    Avropa Liqasının kubokunu Monakodakı səhnəyə Vəli Qasımov gətirib. O, ispan dilində turnir haqda fikirlərini bildirib.

    Püşkü sabiq futbolçular – Aaron Vinter və Ernan Krespo atıb. “Qarabağ”a “Arsenal” (İngiltərə),
    “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) düşüb.

    A qrupu
    “Bayer” (Almaniya)
    “Ludoqorets” (Bolqarıstan)
    “Sürix” (İsveçrə)
    AEK (Kipr)

    B qrupu
    “Zalsburq” (Avstriya)
    “Seltik” (Şotlandiya)
    “Leypsiq” (Almaniya)
    “Rusenborq” (Norveç)

    C qrupu
    “Zenit” (Rusiya)
    “Kopenhagen” (Danimarka)
    “Bordo” (Fransa)
    “Slaviya” (Çexiya)

    D qrupu
    “Anderlext” (Belçika)
    “Fənərbaxça” (Türkiyə)
    “Dinamo” (Xorvatiya)
    “Spartak” (Slovakiya)

    E qrupu
    “Arsenal” (İngiltərə)
    “Sportinq” (Portuqaliya)
    “QARABAĞ” (AZƏRBAYCAN)
    “Vorskla” (Ukrayna)

    F qrupu
    “Olimpiakos” (Yunanıstan)
    “Milan” (İtaliya)
    “Betis” (İspaniya)
    “Düdelanj” (Lüksemburq)

    G qrupu
    “Vilyareal” (İspaniya)
    “Rapid” (Avstriya)
    “Spartak” (Rusiya)
    “Reyncers” (Şotlandiya)

    H qrupu
    “Latsio” (İtaliya)
    “Marsel” (Fransa)
    “Ayntraxt” (Frankfurt, Almaniya)
    “Apollon” (Kipr)

    I qrupu
    “Beşiktaş” (Türkiyə)
    “Genk” (Belçika)
    “Malmö” (İsveç)
    “Sarpsborq” (Norveç)

    J qrupu
    “Sevilya” (İspaniya)
    “Krasnodar” (Rusiya)
    “Standard” (Belçika)
    “Akhisar Bələdiyyəspor” (Türkiyə)

    K qrupu
    “Dinamo” (Ukrayna)
    “Astana” (Qazaxıstan)
    “Ren” (Fransa)
    “Yablonets” (Çexiya)

    L qrupu
    “Çelsi” (İngiltərə)
    PAOK (Yunanıstan)
    BATE (Belarus)
    “Vidi” (Macarıstan)
    /oxu.az

  • Azərbaycan UEFA reytinqində

    Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

    Azərbaycan “Qarabağ”ın dünən “Şerif” üzərindəki qələbəsi sayəsində aktivindəki xallarını 18,500-ə yüksəldib.

    Aktivinə daha 0,250 xal əlavə etsə də, Azərbaycan yenə 26-cı pillədə qalıb.

    Bununla belə, ölkəmiz 25-ci pillədə olan İsrail (18,625) və 22-ci yerdə gedən Polşanı (19,250) keçmək üçün yaxşı imkan əldə edib. Belə ki, bu iki ölkənin avrokuboklarda təmsilçisi qalmayıb.

  • “Qarabağ” üçün son şans

    Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

    Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandasını qəbul edəcək.

    Matçın start fiti saat 21:00-da səslənəcək. Komandalar arasında Moldovada keçirilən ilk görüş “Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, bu oyun “Qarabağ”ın 2018/2019-cu illər mövsümündə avrokublarda çıxışını davam etdirmək üçün son şansıdır.

  • Çempionlar Liqasının bütün iştirakçıları bəlli oldu – SİYAHI

    2018/19 mövsümü üçün UEFA Çempionlar Liqasında iştirak edəcək 32 komandanın hamısının adına aydınlıq gəlib.

    Sonuncu iştirakı dəqiqləşən komandalar “Benfika”, PSV və “Srvena Zvezda” olub.

    Beləliklə, cari mövsüm Çempionlar Liqasında iştirak edəcək komandalar bunlardır:

    “Real”, “Atletiko”, “Barselona”, “Valensiya” (hamısı İspaniya), “Bayern”, “Şalke 04”, “1899 Hofenhaym”, “Borusiya” D. (hamısı Almaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Totenhem Hotspur”, “Liverpul” (hamısı İngiltərə), “Yuventus”, “Napoli”, “Roma”, “İnter” (hamısı İtaliya), “Pari Sen-Jermen”, “Monako”, “Lion” (hər üçü Fransa), “Lokomotiv”, ÇSKA (hər ikisi Rusiya), “Portu”, “Benfika” (hər ikisi Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Brüqe” (Belçika), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Çexiya), “Ayaks”, PSV (hər ikisi Hollandiya), AEK (Yunanıstan), “Yanq Boyz” (İsveçrə), “Srvena Zvezda” (Serbiya).

    Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatması sabah Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

  • “Şah” yeni status yazdı: Nəyə layiq olduğumu gözəl anlayıram

    Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm.

    Bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son günlər ətrafında gedən müzakirələrlə bağlı yazdığı növbəti “Facebook” statusunda bildirib.

    Şahmatçı dünən yazdığı statusuna siyasi rəy verilməsindən təəssüfləndiyini bildirib:

    “Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm.

    Məsələyə aydınlıq gətirmək üçün bildirmək istəyirəm ki, son beş il ərzində aidiyyəti qurumlar tərəfindən yalnız iddiaçılar turniri üçün maliyyə dəstəyi almışam. Bu məbləğ isə yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.

    Həmçinin milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi hesabına maliyyələşir.

    Ümumi il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm”.

    Məmmədyarovun sözlərinə görə, onun şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib ödəmək və s. xərcləri öz hesabıma ödədiyi üçün məcbur olub çox sayda turnirlərə qatılır:

    “Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır”.

    Şahmatçı həmçinin dövlətin ona göstərdiyi qayğı barədə fikirlərini bölüşüb:

    “Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm.

    Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq üçün və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var”.

    Məmmədyarovun sözlərinə görə, onunla bərabər turnirdə mübarizə aparan və daha aşağı reytinqi olan şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlar tərəfindən dəstək alırlar, “mən isə burada öz və komandamın yeməyini belə öz hesabıma ödəyirəm”.

    “Heç bir halda mənim bu fikirlərimin hansısa maddi qazanc məqsədi daşıdığını düşünməyin. Hər bir peşəkar idmançı kimi mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram.

    Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağdakı tərkibdə komandanın olması vacibdir: menecer, iki məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplantılarının keçirilməsi üçün güclü sparrinq-tərəfdaşlar. Bu tərkibdə komandanın saxlanılması isə, sözsüz ki, külli-miqdarda vəsait tələb edir.

    Biz dəfələrlə sponsorluq üçün şirkətlərə müraciət etmişik (son dəfə altı il qabaq olub), lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim və bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır.

    Sonda Amerikada oynadığım turnirlərdə mənə dəstək olan hər kəsə təşəkkürlər, bu turnirdə reytinqi biraz da qaldırdım və doqquz oyunda məğlub olmadım! Çox sağ olun”, – deyə şahmatçı yazıb.

  • Nazirlikdən Şəhriyarın şikayətinə reaksiya: 200 min manat ayrılıb

    Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Qürur hissi duyuruq ki, dünyanın üç ən yaxşı şahmatçısı arasında Şəhriyarın da adı yer alır.

    Bunu oxu.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

    O, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirməyə çalışıb:

    “Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir.

    Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib.

    Heç bir şahmatçı getdiyi beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək.

    Unutmaq lazım deyil ki, cənab prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur duyuruq”.

  • “Mənə sponsor tapılmır” – Şəhriyardan şok açıqlama

    ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

    Median.Az xəbər verir ki, o, Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənib. O, bu haqda öz sosial şəbəkə hesabında yazaraq şikayətini dilə gətirib. Həmin yazını təqdim edirik:

    “Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”.

  • Millimizin yeni forması – FOTO

    Futbol üzrə Azərbaycan yığmasının 2018/2019 mövsümü üçün oyun formaları təqdim olunub.

    Bu barədə Median.Az AFFA-nın saytına istinadən məlumat verir.

    Millimiz ev oyunlarına “Nike” şirkətinin istehsalı olan göy rəngli forma ilə çıxacaq.

  • Azərbaycan gimnastları Dünya Kubokunun qalibi olub

    Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) “Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

    Azərbaycan Gimnastika Federasiyasından oxu.az-a verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə iyirmi ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə VII yerdə (19.750 xal) qərarlaşıblar.

    Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.