Category: İdman

  • Premyer Liqaya rəng qatan azarkeşlər – FOTO

    Futbolun bəzəyi qoldur. Amma təkcə qol yox, həm də azarkeşlər…

    Azərbaycan Premyer Liqasının III turunda həmin azarkeşləri biz gördük.

    III turda, xüsusən turun mərkəzi görüşü olan “Qarabağ” – “Neftçi” (1:1) oyununda məhz azarkeşlər futbola rəng qatıblar.










  • “Şah” ABŞ-da liderliyi əldən verdi

    ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild Kuboku superturnirinin VI turu keçirilib.

    Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib.

    Amerikalı şahmatçı Fabiano Karuana Sergey Karyakinə qalib gəldiyindən dörd xalla vahid liderə çevrilib. Şəhriyar isə II yerə enib. O, 3,5 xalla Aleksandr Qrişuk, Maqnus Karlsen və Levon Aronyanla bərabər bu pilləni bölüşür.

    Qeyd edək ki, VII turda Şəhriyar Məmmədyarov yaxın dostu olan, autsayder Sergey Karyakinlə qarşılaşacaq.//oxu.az

  • Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur

    ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb.

    Bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.

    Oyun heç-heçə başa çatıb. Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

    Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə üm xal toplayıblar.

    Ümumi mükafat fondu 300 min dollar olan və avqustun 27-dək davam edəcək turnirin VI turunda Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.//oxu.az

  • Azərbaycan UEFA reytinqində yenə gerilədi

    Avrokuboklarda pley-off mərhələsinin ilk matçlarından sonra Azərbaycan UEFA reytinqində vəziyyətini pisləşdirib.

    “Qarabağ”ın Avropa Liqasında Moldovanın “Şerif” klubuna yenilməsindən sonra baş verib.

    Nəticədə Norveç Azərbaycanı qabaqlayıb. Hazırda Azərbaycan UEFA reytinqində 26-cı yerdədir.//oxu.az

  • Ronaldu ikinci sevimli idman növünü açıqladı

    “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ikinci sevimli idman növünü açıqlayıb.

    33 yaşlı forvardın fikirlərini “O Bola” nəşri yayımlayıb.

    “Qaydasız döyüş çempionatı (UFC) çox xoşuma gəlir, döyüşlərə baxmağı sevirəm. Həmçinin tennis və basketbola baxıram. Pinq-ponq ikinci sevdiyim idman növüdür. Onu yaxşı bacarıram”, – Ronaldu deyib.

    Portuqaliyalı UFC döyüşçüləri olan irlandiyalı Konor Makqreqor və rusiyalı Habib Nurmaqomedovla dostluq əlaqələri saxlayır. Ronaldu fevralda rusiyalı döyüşçü ilə görüşüb.

    Ronaldu beş dəfə “Qızıl top”un sahibi olub. Həmçinin forvard beş dəfə Çempionlar Liqasının finalının qalibi və Portuqaliya yığmasının tərkibində Avropa çempionu titulunun sahibi olub.

  • PSJ seçim qarşısında: Neymar və ya Mbappe

    UEFA “Pari Sen-Jermen”i iki ən bahalı futbolçusundan birini satmağa məcbur edə bilər.

    Median.Az xəbər verir ki, UEFA bu gün PSJ-nin 2017-ci ilin yay transfer kampaniyası zamanı maliyyə “fair play” prinsiplərini pozmasına dair qərar qəbul edəcək.

    Beynəlxalq qurum parislilərdən Neymar və ya Mbappeni satmağı tələb edə bilər. Bu şərt qəbul edilməyəcəyi təqdirdə Fransa klubunu böyük məbləğdə cərimə gözləyir.

    Hazırda “Real” iki forvarddan birini almağa və bununla da “Yuventus”a transfer olunan Kriştianu Ronaldunun gedişindən sonra yaranan boşluğu doldurmağa hazırdır.

    Qeyd edək ki, Mbappenin qiyməti 150 milyon avro, Neymarınkı isə – 180 milyon avro göstərilir.

  • Ramil və Skidan Polşada medal qazandı

    Polşanın Xojuv şəhərində Kamil Skolimovskinin xatirəsinə həsr olunan IX atletika turnirində azərbaycanlı idmançı Ramil Quliyev bürünc medal qazanıb.

    100 metr məsafəyə qaçışda amerikalı atlet Roni Beyker finişə 9,87 nəticə ilə hamıdan tez çatıb.

    II yerə 10,10 nəticə ilə onun həmyerlisi Mayk Rocers çıxıb. Türkiyə adından çıxış edən dünya və Avropa çempionu Ramil isə 10,21 saniyəyə finişə çatıb və bürünc medal qazanıb.

    Qeyd edək ki, Ramil Quliyev bu ay Almaniyanın paytaxtı Berlində keçirilmiş Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

    Həmçinin, Azərbaycan adından çıxış edən ukraynalı çəkicatan Anna Skidan da bürünc medal qazanıb. Polşalı Yoanna Fyodorov (74,39) və fransalı Aleksandra Tavernyedən (73,38) sonra Skidan çəkicini 73,21 metr məsafəyə ata bilib.

  • “CBC Sport” “Qarabağ”ın oyununu yayımlamayacaq – “Şerif”in istədiyi məbləğ

    “CBC Sport” telekanalı Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Şerif” – “Qarabağ” oyununun canlı yayımlanmamsı ilə bağlı bəyanat yayıb.

    Median.Az kanalın rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

    “CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” görüşünü yayımlaya bilməyəcək. Bunun səbəbi oyunun yayım hüququna malik olan “Şerif” Futbol Klubunun yayım üçün çox böyük məbləğ istəməsidir. Moldova klubunun tələb etdiyi məbləğ bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatıdır.

    “CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, “Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə bizdən tələb etdiyi məbləğdə güzəştə getmədi.

    Ötən il də bu komandaların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə “Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı.

    Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, “Şerif” – “Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar “CBC Sport” kanalında olmayacaq.

    İzləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik”.

    Qol.az saytının əldə etdiyi xəbərə görə isə “Şerif” yayım üçün “CBC Sport”dan 150 min avro tələb edib.

  • Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

    Turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar.

    Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.

    Serbiyada “Srvena Zvezda” ilə Avstriyanın “Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.

    Mərhələnin digər üç qarşılaşması – “Ayaks” – “Dinamo Kiyev”, “Vidi” – AEK, “Yanq Boyz” – “Dinamo Zaqreb” avqustun 22-də baş tutacaq.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də və 29-da keçiriləcək.

  • Azərbaycan şahmatçısı ermənistanlı rəqibi ilə heç-heçə etdi

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-da keçirilən “Sinquefield Cup” turnirində ermənistanlı Levon Aronyanla qarşılaşıb.

    Oyun heç-heçə ilə yekunlaşıb.

    Nəticədə Ş. Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

    Qeyd edək ki, “Sinquefield Cup” turnirinin mükafat fondu 300 min dollardır. Turnirin qalibi 75 min dollar qazanacaq.