Category: İdman

  • Oğlunu itirən azərbaycanlı məşqçinin ürəyi partladı – FOTO

    Bu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baku.ws məlumat yayıb.

    Məlumatlara əsasən, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.

    Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.

    Dostlarının bildirdiyinə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və onun ürəyi bu acıya tab gətirməyib.

    Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib.

    Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi.

    Mərhum yaşadığı rayonda dəfn olunacaq.



  • UEFA “Qəbələ”nin baş məşqçisi və futbolçusunu cəzalandırdı

    UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandırmış “Qəbələ” klubu daha bir zərbəni UEFA-dan alıb.

    “Proqres”lə Lüksemburqdakı cavab oyununda hakimin qəzəbinə tuş gələn qəbələlilər diskvalifikasiyaya məruz qalıb.

    Qırmızı vərəqə alan futbolçu Təmkin Xəlilzadə və meydandan qovulan baş məşqçi Sənan Qurbanov növbəti illərdə ilk oyunlarda komandalarına kömək edə bilməyəcəklər.

    Rəqib oyunçuya zərbə endirdiyinə görə meydandan qovulan Təmkin dörd oyunluq diskvalifikasiya olunub. Texniki zona qaydalarını pozmuş Sənan Qurbanov isə qitəmiqyaslı yarışlarda iki matçda komandanın “sükanı arxasında” olmayacaq.//oxu.az

  • “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdirilir

    Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

    Azərbaycan çempionu “Qarabağ”ı da maraqlandıran püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

    “Qarabağ” Belarus çempionu BATE-ni keçəcəyi halda, səpələnməmişlər cütünün üzvü kimi daha güclü rəqiblə üz-üzə gələcək. Bir şərtlə ki, səpələnmişlər cütündə nisbətən zəif komandalar sensasiya yaratmasın.

    Çempionlar Yolu

    Səpələnmişlər

    “Zalsburq” (Avstriya)/“Şkendiya” (Makedoniya)

    PSV (Hollandiya)

    “Seltik” (Şotlandiya)/AEK (Yunanıstan)

    “Astana” (Qazaxıstan)/“Dinamo” (Xorvatiya)

    Səpələnməmişlər

    “Qarabağ” (AZƏRBAYCAN)/BATE (Belarus)

    “Yanq Boyz” (İsveçrə)

    “Malmö” (İsveçrə)/“Vidi” (Macarıstan)

    “Srvena Zvezda” (Serbiya)/“Spartak” (Slovakiya)

    Çempion olmayan ÇL iştirakçılarının (Liqa Yolu) səbətləri isə belə bölünüb.

    Liqa Yolu

    Səpələnmişlər

    “Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə)

    “Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna)

    Səpələnməmişlər

    “Standard” (Belçika)/“Ayaks” (Hollandiya)

    PAOK (Yunanıstan)/“Spartak” (Rusiya)

    Qeyd edək ki, UEFA qaydalarına əsasən, Rusiya və Ukrayna klubları bir-birləri ilə düşə bilməz. Buna görə “Benfika” (Portuqaliya)/“Fənərbaxça” (Türkiyə) cütü pley-offda PAOK (Yunanıstan)/“Spartak” (Rusiya) cütü ilə, “Slaviya” (Çexiya)/“Dinamo” (Ukrayna) cütü isə “Standard” (Belçika)/“Ayaks” (Hollandiya) cütü ilə qarşılaşacaq.

    Sadəcə, püşkatma zamanı ilk oyunun harada keçirilməsinə aydınlıq gətiriləcək./oxu.az

  • “Real” rekord məbləğə futbolçu trasfer edir

    Kriştiano Ronldonu “Yuventus”a satan “Real” Harri Keyni transfer edir.

    Median.Az “Don Balon”a istinadən xəbər verir ki, “Kral Klubu” İngiltərə millisinin futbolçusu üçün “Tottenhem”ə rekord məbləğ təklif etməyə hazırlaşır.

    İddiaya görə, “Real” 25 yaşlı hücumçu üçün ingilislərə 250 milyon avro təklif edəcək. Keyinin özü isə illik 30 milyon avro maaş alacaq.

    Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı ulduz ötən yay “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.

  • Güləşçimiz Avropa çempionatında medal qazanıb

    İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

    Çempionatda gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb.

    Güləşçilərimizdən yalnız biri qitə çempionatını medalla başa vurub. 53 kq-da mübarizə aparan Tatyana Vorontsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.

    Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana finala yüksəlib. Dünən o, həlledici görüşdə Türkiyə idmançısı Zeynəp Yetgilə 0:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

    Dünən həmçinin 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində kişi sərbəst güləşçilər mübarizəyə qoşulub.

    70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

    79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

    97 kq-da mübarizə aparan Əliməhəmməd Alixmoyev də bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Rusiya idmançısı olacaq.

    57 kq çəkidə yarışan Əliabbas Rzazadənin bürünc medal qazanmaq şansı var.

    Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.//oxu.az

  • Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

    İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

    Çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar.

    Əlli üç kiloqram çəki dərəcəsində güləşən Tatyana Varantsova İtaliyadan və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

  • “Yuventus”la “Milan” futbolçularını dəyişdilər

    “Milan” Turin “Yuventus”unun hücumçusu Qonsalo İquaini icarə haqqı ilə sıralarına qatdığını bəyan edib.

    Median.Az “qırmızı-qaralar”ın rəsmi saytına istinadla xəbər verir ki, icarə müddəti bitdikdən sonra “Milan” argentinalı forvardın transfer məsələsini həll edərək, onu tam hüquqlu oyunçusu edə bilər.

    Eyni zamnda Turin təmsilçisini 2017-ci ildə tərk etmiş Leonardo Bonuççi “Milan”dan yenidən “Yuventus”a dönüb.

  • “Qarabağ”ın BATE ilə oyunları canlı yayımlanacaq

    Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Belarusun BATE klubu ilə üz-üzə gələcək.

    Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu “CBC Sport”la canlı yayımlanacaq. Bu barədə kanalın rəsmi saytı məlumat yayıb.

    Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra – avqustun 14-də Borisovda olacaq.

  • Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu – VİDEO

    Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb.

    Onun rəqibləri postsovet təmsilçiləri olub.

    Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.

    Təbii ki, ən prinsipial görüş sonradan bürünc medal qazanan erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək on saniyə qalmış döyüşsüz təslim olub. Həmin görüşün videosunu təqdim edirik:

  • Futbol üzrə Azərbaycan kubokunda mərhələ sayı azaldılıb

    Futbol üzrə Azərbaycan kubokunda bir mərhələ ləğv edilib.

    Ölkə kuboku daha 1/16 finaldan yox, 1/8 finaldan başlayacaq.

    Buna səbəb I divizion klublarının sayının azalmasıdır. Belə ki, I divizionda iştirak edəcək klublardan dörd və ya altı komanda kubokda mübarizə aparacaq. Bu, 1992-ci ildə keçirilən ölkə kubokundan sonra ilk dəfə 1/8 finaldan başlayan turnir olacaq.

    Qeyd edək ki, Azərbaycan kubokuna dekabrın 6-da start veriləcək. Mayın 19-da isə final görüşü keçiriləcək.