Category: İdman

  • “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

    “Neftçi” PFK-nın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

    Komanda Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşacaq.

    Bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın “Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.

    Qeyd edək ki, “Çelik”lə Avropa Liqasında mübarizə aparacaq digər təmsilçimiz “Keşlə” də qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

  • Millimizin braziliyalı legioneri Fransada oynayacaq

    Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun üzvü Eduardo Mello Borqes karyerası ilə bağlı yeni qərar verib.

    Braziliyalı legionerimiz qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək.

    Belə ki, mayda “Araz”la müqaviləsi başa çatmış müdafiəçi Fransanın AKKES klubu ilə anlaşıb. Bu barədə klubun “Twitter” səhifəsi məlumat yayıb.

    Qeyd edək ki, 31 yaşlı Edu 2013-cü ildən millinin formasını geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandasının uğur qazanması üçün çalışıb.//oxu.az

  • Dünya çempionatını gözəlləşdirən azarkeşlər – FOTO

    Rusiyada keçirilən futbol üzrə dünya çempionatı yalnız maraqlı oyunları ilə deyil, cazibədar azarkeşləri ilə də fərqlənir.

    Dünya çempionatının C qrupu çərçivəsində keçirilən Danimarka-Fransa matçını izləyən cazibədar xanımların fotolarını təqdim edirik:







  • FIFA Argentina və İsveçrəni cərimələdi

    FİFA Argentina Futbol Assosasiyasını 80 min funt sterlinqə yaxın cərimələyib.

    Buna səbəb DÇ-2018 çərçivəsində Xorvatiyaya qarşı keçirilən matçda argentinalı fanatların təhqiramiz ifadələr işlətməsi və meydana müxtəlif əşyalar atması olub.

    Məğlubiyyət acısını həzm edə bilməyən azarkeşlər eyni zamanda xorvatiyalı azarkeşlərlə dava salıb.

    Qeyd edək ki, həmin matçda Messili Argentina millisi xorvatlara 3:0 hesabı ilə məğlub olub.

    Bu arada FİFA eyni zamanda İsveçrə millisinin üç futbolçusunu cərimələyib.

    Serbiya ilə keçirilən matçda alban əsilli futbolçular qol sevinci zamanı Albaniya gerbində olan simvolu – qartal fiqurunu təsvir ediblər. Oyunçulardan birinin butsunda isə Kosova bayrağı həkk olunub.

    İntizam komitəsi bunu təxribat kimi qiymətləndirərək, Qranit Caka və Cerdan Şakirini 10 min frank, Stefan Lixtştayneri isə 5 min frank məbləğində cərimələyib.

  • Misir uduzdu, futbolçunun ürəyi partladı

    Misirin “Zamalek” futbol klubunun keçmiş oyunçusu və kapitanı DÇ-2018 çərçivəsində Misir və Səudiyyə yığmaları arasında keçirilən matça baxan zaman dünyasını dəyişib.

    Median.Az “News.ru”ya istinadən xəbər verir ki, bu haqda misirli jurnalist Volqoqradda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, Əbdül Rəhim Məhəmməd Misirin son saniyələrdə buraxdığı qoldan sonra ürək tutmasından keçinib.

    Qeyd edək ki, Salahlı Misir yığması hər üç turda rəqiblərinə məğlub olaraq, qrupda qalıb.

  • DÇ-2018: Ən “qaynar” azarkeşlər – FOTO

    Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ən coşqun məqamına çatıb.

    Çempionatda fərqlənən azarkeşlər də var.

    Söhbət qolları ilə deyil, xarici görünüşü ilə gözoxşayan azarkeşlərdən gedir.

    DÇ-2018: Ən "qaynar" azarkeşlər – FOTO

    DÇ-2018: Ən "qaynar" azarkeşlər – FOTO

    DÇ-2018: Ən "qaynar" azarkeşlər – FOTO

    DÇ-2018: Ən "qaynar" azarkeşlər – FOTO

    DÇ-2018: Ən "qaynar" azarkeşlər – FOTO

  • Erməni futbolçu Azərbaycanda oynaya bilər

    Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər.

    Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

    O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.

    “Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

    Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

    Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

    Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşmalı olan Dortmund “Borusiya”sı hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı Bakıya gələ bilərdi. Lakin Almaniya klubu onu siyasi səbəblərə görə Bakıya gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.//oxu.az

  • Güləşçilərimiz Avropa çempionatında altı medal qazandı

    Macarıstanın Dyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr (məktəblilər) arasında Avropa çempionatı keçirilib.

    Çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri bir qızıl, bir gümüş və dörd bürünc medal qazanıb.

    Yunan-Roma güləşçilərimiz bir qızıl və bir bürünc medal qazandığı halda, sərbəstlər bir gümüş və üç bürünc medala sahib olub.

    Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

    Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.

    Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbib Nurulu və Əli Babayev təmsil edib.

  • Klublarımızın Avropa Liqasındakı rəqibləri bu gün bilinəcək

    Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

    Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək.

    Artıq qitənin ali futbol qurumu I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

    Təmsilçilərimiz – “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

    Premyer Liqanın gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).

    Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Yunion”dan (Lüksemburq) biri rəqib olacaq.

    Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

    Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

  • Yaponiya millisi Kolumbiyanı məğlub etdi

    Rusiyanın Saransk şəhərində futbol üzrə dünya çempionatının növbəti matçı keçirilib.

    “H” qrupunda Yaponiya millisi Kolumbiya yığması ilə qarşılaşıb.

    Matç 1:2 hesabı ilə yaponların xeyrinə başa çatıb.

    Oyunun 4-cü dəqiqəsində kolumbiyalı müdafiəçi cərimə meydançası topu əli ilə saxladığı üçün qırmızı vərəqə alıb. Qapıya təyin olunan 11-metrlik cərimə zərbəsini Yaponiya millisinin veteranı Kaqava dəqiq yerinə yetirib.

    38-ci dəqiqədə Kintero cərimə zərbəsindən ideal zərbə ilə hesabı bərabərləşdirib.

    73-cü dəqiqədə yapon futbolçu Osako künc zərbəsindən göndərilən topu başı ilə qapıdan keçirib