Category: İdman

  • “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

    Mayın 19-da UEFA-nın baş qərargahında Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin oyunlarının püşkatması keçirilib.

    Püşkatmada Azərbaycanın “Qarabağ” klubunun rəqibi müəyyənləşib.

    Çempionlar Liqasındakı yoluna ilk mərhələdən başlayan ağdamlılar 1-ci qrupa düşüb.

    Qurbanovun yetirmələrinin rəqibi Sloveniyanın “Olimpiya” komandası olub.

    Qeyd edək ki, təsnifat mərhələsinin ilk matçları 10/11 iyulda keçiriləcək.

  • Günün oyunlarını bu kanallar yayımlayacaq

    Rusiyada keçirilən futbol üzrə 2018-ci il dünya çempionatı davam edir.

    Median.Az
    çempionatın beşinci günündə keçiriləcək oyunları canlı yayımlayacaq olan kanalları təqdim edir:

    DÇ-2018

    F qrupu

    16:00. İsveç – Cənubi Koreya / TRT 1

    G qrupu

    19:00. Belçika – Panama / TRT 1
    22:00. Tunis – İngiltərə / TRT 1, BBC one

  • Uruqvay-Misir : Uruqvay qalib gəldi-1:0

    Futbol üzrə dünya çempionatının A qrupunun 2-ci oyunu keçirilir.

    Komandalar aşağıdakı heyətdə meydana çıxıb:

    Misir: 23. Məhəmməd Əlşənavi (q), 2. Əli Qabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed, 9. Maruan Möhsün, 13. Məhəmməd Əbdül-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla Səid, 21. Mahmud Hassan “Trezeqe”, 22. Amr Varda

    Ehtiyat oyunçular: 1.Essam El-Hadari, 3. Əhməd əl-Məhəmmədi, 4. Ömər Qaber, 5. Sem Morsi, 10. Məhəmməd Salah, 11. Mahmud Kəhraba, 12. Ayman Əşrəf, 14. Ramadan Subhi, 15. Mahmud Həmdi, 16. Şərif Əkrəmi, 18. Mahmud Fadlalla “Şikabala”, 20. Saad Samir

    Uruqvay: 1. Fernando Muslera, 2. Xose Himenes, 3. Dieqo Qodin (k), 4. Qilermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes, 9. Luis Suares, 10. Corcian De Arraskaeta, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres

    Ehtiyat oyunçular: 5. Karlos Sançes, 7. Kristian Rodriqes, 11. Kristian Stuani, 12. Martin Kampanya, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksi Pereyra, 17. Dieqo Laksalt, 18. Maksi Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskayya, 23. Martin Silva

    Oyunun birinci hissəsi sönük keçib. Nəticədə heç bir komanda fərqlənə bilməyib-0:0

    İkinci hissənin 89-cu dəqiqəsində Uruqvay millisinin və İspaniyanın Atletitko Madrid klubunun futbolçusu Xose Mariya Ximenez oyunda ilk qolu vurub-1:0

    Oyun elə bu hesabla başa çatıb.

  • Böyük futbol həyəcanı başlayır

    Futbol üzrə dünya çempionatı Moskvanın “Lujniki” stadionunda Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasındakı oyunla start götürəcək.

    Rusiya ilk dəfə bu yarışa ev sahibliyi edəcək.

    Oyunlar 11 şəhərdə yerləşən 12 stadionda keçiriləcək və iyulun 15-də “Lujniki” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq.

    21-ci dünya çempionatında 32 komanda səkkiz qrupda mübarizə aparacaq. 1/8 finala çıxmaq üçün komandalar qrupda I və ya II yerləri tutmalıdır.

  • “Neftçi” 5 futbolçu ilə yollarını ayırıb – RƏSMİ

    “Neftçi” klubu 5 futbolçusu ilə yollarını ayırıb.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərov ilə müqaviləni yeniləməyib. İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 (8 qol), Derlis Meza Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.

  • İki güləşçimiz Avropa birincisi oldu

    Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

    Azərbaycan Güləş Federasiyasından oxu.az-a verilən məlumata görə, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

    Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edib, idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

    İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.

    Sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.

  • “Şah” Norveçdə uğursuz çıxış etdi

    Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə “Altibox Norway Chess” superturniri başa çatıb.

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3,5 xalla turnirdə VII yeri tutub.

    Son turda istirahət edən şahmatçımız əvvəlki səkkiz görüşdə yeddi heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.

    Qeyd edək ki, I yerə İddiaçılar Turnirinin qalibi ABŞ təmsilçisi Fabiano Karuana (5 xal) çıxıb. Maqnus Karlsen, Hikaru Nakamura və Vişvanatan Anand hərəyə 4,5 xalla II-IV yerləri bölüşdürüb.

  • Bakıda velosiped idmanı üzrə dünya çempionatı başladı

    Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start verilib.

    Tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

    Dünya çempionatının iştirakçılarını salamlayan Y.Eyyubov Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etməsindən söz açıb.

    Bütün idmançılara uğur və qələbə sevinci arzulayan Y.Eyyubov nitqinin sonunda yarışı açıq elan edib.

    Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

    Dünya çempionatında Azərbaycan səkkiz idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə sabah qoşulacaq.

    İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcək. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

  • Qapıçı hiyləgərlik etdi, futbolçular iftarı açdılar

    Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Tunis yığması iki yoldaşlıq oyununda özünü sınayıb. Hər iki qarşılaşma zamanı maraqlı anlar yaşanıb. Tunis yığmasının qapıçısı Mue Assen futbolçuların iftarı açmasını təşkil etmək üçün özünü zədəli kimi göstərib.

    İdmançı günəşin batmasından sonra hər iki oyunda qazona uzanıb və hakimə zədələndiyini deyib.

    Bu yolla heç bir zədəsi olmayan qapıçı oyunu 3-4 dəqiqə yubadıb. Nəticədə futbolçular iftarlarını su və xurma ilə aça biliblər. Tunis yığması heç bir oyunda qalib gələ bilməyib.

    Faktla bağlı yığma rəsmiləri heç bir açıqlama verməyiblər. Assen isə heç bir simulyasiyadan söhbət getmədiyini deyib.

    Tunis yığmasının növbəti yoldaşlıq oyunu iyunun 9-da İspaniyaya qarşı olacaq.

  • MMA döyüşçüsü özünü nokauta saldı – VİDEO

    Qarışıq idman növləri üzrə (MMA) amerikalı döyüşçü Cared Bruks rəqibi Xose Torresi yerə çırpmaq istəyərkən özünü nokaut edib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Sovetskiy sport” yazıb.

    Bruk rəqibini çiyinləri üzərinə qaldıraraq onu yerə çırpmaq istəyərkən müvazinətini saxlaya bilməyib. Yerə çırpılan Brukun başı əzilir və o, nokaut olur. Bundan sonra Torres ona bir neçə zərbə vurur. Yaranmış vəziyyətdən hakim oyunu dayandırmaq qərarına gəlir.