Category: İdman

  • “Sumqayıt”ın prezidenti rəsmiləşdi

    “Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

    Oxu.Az xəbər verir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu “Sumqayıt” Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib.

    Təsisçilərin qərarı ilə “Sumqayıt Futbol Klubu” MMC-nin prezidenti təyin olunub.

    Qeyd edək ki, Riad Rəfiyevin “Sumqayıt” klubuna prezident təyin olunacağı hələ iki gün öncədən bilinirdi. Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev Riad Rəfiyevi bu münasibətlə təbrik etmişdi.

    Onu da bildirək ki, Riad Rəfiyev “Neftçi” klubunun mərhum rəhbərlərindən olmuş Rasim Rəfiyevin oğludur. O, bunadək millinin seleksioneri vəzifəsində işləyirdi.

  • İspaniya klubları “Qarabağ”ı sıxışdırıb

    Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub.

    Oxu.az xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

    Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

    Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.

    Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

    İlk “onluq”

    1. “Real” (İspaniya) – 153,000

    2. “Atletiko” (İspaniya) – 128,000

    3-4. “Barselona” (İspaniya) – 127,000

    “Bayern” (Almaniya) – 127,000

    5. “Yuventus” (İtaliya) – 124,000

    6-7. PSJ (Fransa) – 109,000

    “Sevilya” (İspaniya) – 109,000

    8. “Mançester Siti” (İngiltərə) – 100,000

    9. “Borusiya” (Dortmund, Almaniya) – 88,000

    10. “Portu” (Portuqaliya) – 86,000

    “Qarabağ” və qonşuları

    66. “Lester” (İngiltərə) – 22,000

    67. “Astana” (Qazaxıstan) – 21,750

    68-69. “Feyenoord” (Hollandiya) – 21,500

    “Rapid” (Vyana, Avstriya) – 21,500

    70-72. “Selta” (İspaniya) – 20,542

    “Real Sosyedad” (İspaniya) – 20,542

    “Betis” (İspaniya) – 20,542

    73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

    “Yanq Boyz” (İsveçrə) – 20,500

    BATE (Belarus) – 20,500

    76. “Trabzonspor” (Türkiyə)– 18,000

    77. “Dinamo” (Xorvatiya) – 17,500

    78-80. “Partizan” (Serbiya) – 17,000

    “Everton” (İngiltərə) – 17,000

    “Slovan” (Çexiya) – 17,000

    Digər Azərbaycan klubları

    191. “Qəbələ” – 5,250

    244-256. “Neftçi” – 3,825

    “Keşlə” – 3,825

    “Zirə” – 3,825

    “Kəpəz” – 3,825

    “Xəzər Lənkəran” – 3,825

  • “Bakı Marafonu–2018”in keçiriləcəyi tarix müəyyənləşib

    “Bakı Marafonu–2018”in keçiriləcəyi tarix müəyyənləşib.

    Median.Az layihənin rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq yarış mayın 13-də baş tutacaq.

    “Bakı Marafonu–2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.

    “Bakı Marafonu–2018”in məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

    Qeyd edək ki, Bakıda ilk marafon yarışı 2016-cı il mayın 1-də, ikinci yarış isə 2017-ci il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilib. Hər iki marafona Dövlət Bayrağı Meydanından start verilib, yarışın fan zonası isə finiş nöqtəsində – Bakı Olimpiya Stadionunda yaradılıb. Burada iştirakçılar, eləcə də, uşaqlar üçün xüsusi əyləncə proqramları təşkil olunub.

    2016-cı ildə təşkil olunmuş ilk yarımarafonda 7000-dən çox, 2017-ci ildə keçirlmiş ikinci yarımarafonda isə 13000-dən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulub.

    Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak edib.

    Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub. Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə keçirilib.

  • Güləşçilərimiz İranda böyük uğur qazanıb

    İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

    Oxu.Az xəbər verir ki, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib.

    Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

    Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib.

    Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

    Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.

  • “Real Madrid” ulduzu beş il müddətinə həbs oluna bilər

    Xorvatiya prokurorluğu “Real Madrid” futbol klubunun xorvatiyalı ulduz yarımmüdafiəçisi Luka Modriçə qarşı cinayət işi açıb.

    Oxu.az “Večernji list”ə istinadən xəbər verir ki, Xorvatiya futbol millisinin üzvü məhkəməyə yalan ifadələr verməkdə ittiham olunur.

    Günahı sübuta yetirilərsə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

    Məhkəməyə ittihamnaməni təqdim edən prokurorluq hesab edir ki, Modriç, Zdravko Mamiçə qarşı istintaqa yalan məlumatlar çatdırıb. “Dinamo” Zaqreb futbol klubunun keçmiş rəhbəri Mamiç, Modriçin “Totenhemə” satışından əldə olunan gəlirin bir hissəsini mənimsəməkdə ittiham olunur.

    İstintaqın gedişində futbolçu ifadəsini dəyişməklə, öz işini sözün əsl mənasında müşkülə salıb.

    Yalan ifadə verməkdə eyni zamanda Modriçin milli yığmadakı komanda yoldaşı Deyan Lovren ittiham olunur.

  • Ölkəmiz Gimnaziadaya qatılacaq

    Bu gün Məktəb İdmanları Federasiyasının (MIF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

    MIF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanları Federasiyasının üzvüdür.

    “2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.

    Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.

    Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı./oxu.az

  • Neymar fanatlarına acı xəbər

    Fransanın “Pari Sen-Jermen” klubunun Braziliyalı forvardı Neymar bir neçə gündən sonra Braziliyada əməliyyat olunacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

    Braziliyalı futbol ulduzu topuğundan xəsarət aldığından, 6-8 həftə müddətinə meydanlara çıxa bilməyəcək.

    Neymar eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsində, Real Madrid klubuna qarşı matçda komandasına yardım edə bilməyəcək.

    Qeyd edək ki, “sambaçı” bazar günü Fransa çempionatı çərçivəsində “Marselə” qarşı keçirilən matçda xəsarət almışdı.

  • Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi

    Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko üçüncü dəfə vətəndaşlığını dəyişib.

    Oxu.az xəbər verir ki, o, Ukraynanın “1+1” telekanalında yayımlanan “Qroşi” verilişinə verdiyi açıqlamasında bunu təsdiqləyib.

    O bildirib ki, artıq Rusiya vətəndaşlığı alıb və Rusiya çempionatında çıxış etməyə hazırlaşır.

    Stepko Azərbaycana necə gəlməsindən də danışıb:

    “2013-cü ilin sonlarında mən Ukrayna ilə müqavilə bağlamadım, federasiyanı məlumatlandırıb digərləri ilə danışıqlara getdim. Biz fikir ayrılığında idik, Ukraynadan qeydiyyat vərəqəmi alıb Azərbaycana köçdüm.

    Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəlin, bu məsələni ilin sonunadək həll edək. Onda əlimdə zədə vardı.

    Azərbaycanda məni keyfiyyətli müalicə ilə təmin etdilər. MRT istədim, MRT-yə apardılar. Əməliyyat istədim, əməliyyata götürüldüm. Bütün şərait, sığorta, dərmanlar, məşq kimi amillər mənim üçün yaradıldı”.

    O bildirib ki, Ukraynada maaşı 500-600 dollar aralığında imiş. Stepko Azərbaycanda aldığı maaşı isə demək istəməyib. Bununla belə, onun Rusiyada Azərbaycandakından az maaş alacağı deyilir. Oleq Azərbaycandan fərqli olaraq, Rusiyada təkcə idman vətəndaşlığı yox, bütün hüquqlar (məsələn, səsvermə) verən ümumölkə vətəndaşlığı alıb.

    Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikanın digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.

    Onun Azərbaycan ayrılacağı hələ ötən ildən deyilirdi. Çünki 2016-cı ilin sentyabrında idman gimnastı üzrə millimizin baş məşqçisi Pavel Netreba Azərbaycanı tərk etdikdən sonra digər ukraynalı legionerimiz Pyotr Paxnyuk da ölkəmizdən getmişdi. Azərbaycan Gimnastika Federasiyası (AGF) Paxnyukun Ukraynaya qayıtdığını təsdiqləmişdi.

    Oleq Stepko isə ötən ilin fevralında verdiyi müsahibəsində Azərbaycanda məşq etdiyi və yeni məşqçisindən razı qaldığını bildirsə də, məlum olmuşdu ki, martda Bakıda keçirilmiş Dünya Kubokunda iştirak etmir və Ukraynaya qayıdıb.

    AGF bunu onun şəxsi səbəblərdən ötrü vətəninə qayıtması ilə əlaqələndirmişdi. Daha sonra məlum olmuşdu ki, Stepko Bakıdakı evini satıb və mayda Novosibirskdə məşqlərə başlayıb. İslam Həmrəyliyi Oyunlarından sonra AGF rəsmi şəkildə bəyan etdi ki, Stepko Azərbaycana qayıtmaya bilər.

  • Boksçu döyüşdə qalib gəldikdən sonra öldü

    İngilis boksçu Skot Vestqart qalib gəldiyi matçdan sonra dünyasını dəyişib.

    31 yaşlı boksçu Donkasterdə Dek Spelmanla baş tutan görüşdə qalib gəlib.

    Onun yarışdan sonra rinqdə verdiyi açıqlama zamanı narahat olduğu görünüb. Daha sonra huşunu itirən Vestqart beyin qanaması şübhəsi ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Bu bədbəxt hadisədən sonra gecənin digər döyüşü təxirə salınıb.

    Skot Vestqartın promouteri Stefi Bul və onun rəqibi Dek Spelman öz “Twitter” hesablarında məyus olduqlarını, mərhumun yaxınlarına başsağlığı verdiklərini bildirib.

  • Güləşçilərimiz erməniləri döşəyə çıxmağa peşman etdi – VİDEO

    Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib. 

    Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib. 

    İlk yarış günündə güləşçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. 

    İkinci yarış günündə 13 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü ümumilikdə 4 qızıl, 4 gümüş və 1 bürünc medalla tamamlayıb. 

    Sərbəst güləşçilərimiz ikinci yarış gününü 2 qızıl, 2 gümüş medalla başa vurub. Əhmədnəbi Qvarzatilov (61 kq) və Şərif Şərifov (92 kq) bütün rəqiblərindən üstün olub. Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub.

    Qadın güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla tamamlayıb. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb. 

    Yunan-Roma güləşçilərimiz isə ikinci yarış günündə 1 qızıl və 2 gümüş medal əldə edib. Murad Məmmədov (60 kq) bütün rəqiblərindən üstün olaraq turnirin baş mükafatını qazanıb. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. 

    Sərbəst güləş 
    61 kq 
    FİNAL – Əhmədnəbi Qvarzatilov – Beka Lomtadze (GEO) (rəqib zədələndiyindən qələbə güləşçimizə verilib)
    Bürünc medal görüşü – Qalib Əliyev – Joe Colon (USA) 4:9
    Təsəlliverici görüş – Garik Barseqyan (ARM) – Qalib Əliyev 0:10
    1/2 final – Əhmədnəbi Qvarzatilov – Nahshon Garrett (USA) 14:4
    1/4 final 
    John Morrison (USA) – Əhmədnəbi Qvarzatilov 0:4
    Beka Lomtadze (GEO) – Qalib Əliyev 8:6
    1/8 final 
    Jozsef Molnar (HUN) – Əhmədnəbi Qvarzatilov 1:6
    Qalib Əliyev – Eduard Grigorev (RUS) 3*:3
    1/16 final 
    Qalib Əliyev – Mircəlal Həsənzadə 6:4

    70 kq
    FİNAL – Murtuz Müslümov – Andrii Kviatkovskiy (UKR) (güləşçimiz zədələndiyindən görüşə çıxmayıb)
    1/2 final – George Bucur (ROU) – Murtuz Müslümov 0:11
    1/4 final – Murtuz Müslümov – Dylan Ness (USA) 10:0
    1/8 final – Murtuz Müslümov – D. Toleukenov (KAZ) 10:0

    79 kq 
    FİNAL – Cəbrayıl Həsənov – Alex Dieringer (USA) 4:7
    1/2 final – Mohammad Mottaginia (İRİ) – Cəbrayıl Həsənov 0:10
    1/4 final – Cəbrayıl Həsənov – A. Baldanbayev (KAZ) 6:0
    1/8 final – Cəbrayıl Həsənov – Johnny Bur (FRA) 4:0 (rəqib xalçaya çıxmayıb)

    92 kq 
    FİNAL – J Den Cox (USA) – Şərif Şərifov 7:8
    1/2 final – Dato Marsaqişvili (GEO) – Şərif Şərifov 2:4
    1/4 final – Şərif Şərifov – İrakli Mtsituri (GEO) 11:0
    1/8 final – Josh Manu (USA) – Şərif Şərifov 0:4 tuşe
    1/16 final – Şərif Şərifov – Vladimir Yzapenkau (BLR) 10:0

    Qadın güləşi 
    57 kq 
    Bürünc medal görüşü – Emese Barka (HUN) – Alyona Kolesnik 5:12
    1/2 final – Alyona Kolesnik – Alina Akobiia (UKR) 1:3
    1/4 final – Cara Nania (CAN) – Alyona Kolesnik 0:8 tuşe 
    1/8 final – Samantra Stevart (CAN) – Alyona Kolesnik 5:11

    62 kq 
    FİNAL – Anhelina Lysak (UKR) – Tatyana Omelçenko 1:2
    1/2 final – Tatyana Omelçenko – Veranika İvanova (BLR) 12:4
    1/4 final – İrina Koliadenko (UKR) – Tatyana Omelçenko 2:3
    1/8 final – Tatyana Omelçenko – Anastasiya Bozhenko (UKR) 10:4

    Yunan-Roma güləşi 
    60 kq
    FİNAL – Andriy Martinyuk (UKR) – Murad Məmmədov 6:7
    1/2 final – Michal Tracz (POL) – Murad Məmmədov 1:6 tuşe 
    1/4 final – Dato Çxartişvili (GEO) – Murad Məmmədov 7:9 tuşe
    1/8 final – Jacopo Sandron (İTA) – Murad Məmmədov 2:5

    67 kq
    1/8 final – Vitaliy Fuglayev (UKR) – Kamran Məmmədov (idmançımız zədələndiyindən görüşə çıxa bilməyib)

    77 kq 
    Bürünc medal görüşü – Həsən Əliyev – Karapet Çalyan (ARM) 4:8
    Təsəlliverici görüş – Nurjan Nadirov (KAZ) – Həsən Əliyev 3:11
    1/4 final – Həsən Əliyev – Pejman Poştam (İRİ) 2:4
    1/8 final – Həsən Əliyev – Dmitro Arabacı (UKR) 6:0
    1/16 final – Volodimir Yakovliev (UKR) – Həsən Əliyev 0:7

    87 kq
    FİNAL – Jan Belenyuk (UKR) – İslam Abbasov 4:0
    1/2 final – Maksim Manukyan (ARM) – İslam Abbasov 6:9
    1/4 final – İslam Abbasov – Dimitros Tsekeridis (GRE) 5:0
    1/8 final – Semen Novikov (UKR) – İslam Abbasov 1:3

    130 kq
    FİNAL – Heorhi Çuhaşvili (BLR) – Sabah Şəriəti 2*:2
    1/2 final – Sabah Şəriəti – Vladislav Voronyi (UKR) 3:1
    1/4 final – Sabah Şəriəti – Marcin Luto (POL) 5:0