Category: İdman

  • Boksçularımız 4 qızıl, 2 gümüş medal qazandı

    Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.

    Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

    Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər./baku.ws


  • “Qarabağ”ın qolunun müəllifi dəyişdirildi

    Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.

    Oyundakı yeganə qol yarımmüdafiəçi Riçard Almeydanın deyil, hücumçu Mahir Mədətovun adına yazılıb.

    Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib.

    Qeyd edək ki, görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Həmin qol zamanı topun Riçard Almaydanın əlinə dəydiyi bildirilsə də, Orxan Məmmədov bu topun braziliyalıdan əvvəl Mahir Mədətovun ayağına dəydiyinə qərar verib.

  • Azərbaycan klubu azarkeşinə əlil arabası bağışladı – VİDEO

    Azərbaycanın I divizionunda maraqlı və təqdirəlayiq bir iş baş verib.

    Bakının “Binə” və “Xəzər” komandaları arasında baş tutmuş görüşdən öncə meydan sahibi komanda maraqlı addımla yadda qalıb.

    “Binə” klubu binəli futbol azarkeşi, ayaqlarını itirdiyi üçün əlil arabasında gəzən azarkeşini sevindirmək qərarına gəlib. Belə ki, oyundan öncə martın 1-də 67 yaşını qeyd edəcək Canbaxış Qəniyevə klubun şərfi və yeni əlil arabası təqdim edib.

    Qeyd edək ki, oyunda “Binə” klubu rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

  • Azərbaycan Olimpiadada mübarizəni dayandırdı

    Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner mübarizəyə qoşulub.

    O, uğursuzluqla üzləşib.

    Dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

    Beləliklə, Qış Olimpiadası Azərbaycan üçün başa çatıb./oxu.az

  • Biabır olan idmançı sinəsini bağladı, bu dəfə başqa yeri açıldı – FOTO

    Cənubi Koreyada təşkil olunan XXIII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə yarışlarda sinəsi görünən idmançının bu dəfə də başqa yeri çöldə qalıb.

    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün sinəsi görünən idmançının bu dəfəki paltar seçimi də uğursuz olub.

    Fransalı idmançı Qabriella Papadakis partnyoru Giyom Sizeronla birlikdə performanslarını göstərərkən onun libası açılıb və arxası görünüb.

    Median.Az fotoları təqdim edir:










  • Olimpiadadan qaçdığı deyilən idmançı barədə açıqlama

    Azərbaycanı Pxençxan Qış Olimpiya Oyunlarında təmsil edən Patrik Braxnerin yarışlara çıxmayaraq qaçdığı barədə 2 gündür sosial şəbəkələrdə informasiya yayılıb. Xizəkçinin dünən nəhəng slalom növündə oyunlara qatılmaması da şübhə yaradıb.

    “Qafqazinfo”ya açıqlama verən Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov məsələyə aydınlıq gətirib. O bildirib ki, Braxner nəhəng slalom növündə yarışlara əvvəlcədən də qatılmamalı imiş: “Patrik nəhəng slalom yarışlarında çıxış etməməli idi. O, yalnız bir idman növündə mübarizə aparacaq. Çünki ona lisenziya dağ xizəyi üzrə verilib və burada da Braxnerin seçim etmək şansı var.

    Düzdür, istəsəydi, nəhəng slalomda çıxış edə bilərdi. Amma burada heç şans yox idi və yaxşısı slalom yarışlarıdır. Bu onun özü üçün də rahat olacaq. Özünü cəmləyib ki, slalomda medal qazanacaq. Əvvəl xəstə idi. Xəstəxanaya getdik və hər şey qaydasındadır. Səhhətində heç bir problem yoxdur. Burada hava da əladır”.

    Qeyd edək ki, Patrik Braxner fevralın 22-də slalom yarışlarına qatılacaq.

  • “Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO

    Rusiyanın “Birinci” kanalında efirə gedən “Ya moqu!” yarışmasında çıxış edən “Azeri Brazers” (“Azəri Qardaşları”) yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

    Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.

    Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı – boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

    Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

    Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.

  • Gombul olduğu üçün qəbul etmədilər – İndi bu futbolçunun qiyməti 150 milyondur

    Vaxtilə ona rədd cavabı verildi. İndi isə Avropanın nəhəngləri indi onu rənglərinə qatmaq istəyir.

    Minval.info xəbər verir ki, söhbət futbol üzrə İngiltərə çempionatında fərqlənməyi bacaran Harri Keyndən gedir.

    “Arsenal”ın keçmiş futbolşçusu və akademiya direktoru Liam Bradi hücumçu haqqında etirafını dilə gətirib: “Çox təəssüf ki, Keyn 9-10 yaşlarında bizə müraciət etdi, gombul olduğu üçün qəbul etmədik. Fiziki görünüşü lazımi səviyyədə deyildi. Lakin bu gün baxdıqda, görürük ki, səhv addım atmışıq. Amma “Tottenhem” də onu bir neçə dəfə kirayə verib”.

    Mütəxəssis qeyd edib ki, futbolçunun karyera hədəfi, inadı, ortaya qoyduğu xarakteri onu bu zirvəyə gətirib çıxardı: “Bugün Messi, Ronaldo ve Levandovskidən sonra Harri Keyn gəlir. Üstəlik, onun hələ 25 yaşı tamam olmayıb”.

    Qeyd edək ki, xarici mediada yayılan məlumata görə, Real Madrid Harri Keynin transferi üçün 150 milyon avrosundan keçməyə hazırdır.

  • Millimizin baş məşqçi postunda dəyişiklik

    Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib.

    Baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb.

    Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.

    Qeyd edək ki, Zeynal Zeynalov əvvəllər futbol, futzal, eləcə də, çimərlik millimizin üzvü olub. O, 2016-cı ilin mayından 2017-ci ilin yanvarınadək çimərlik millimizdə baş məşqçi işləyib.

    Daha sonra Zeynal Zeynalov şəxsi işlərini əsas gətirərək yığmadan ayrılıb. Ötən ilin martında isə İlham Əzizzadə bu posta təyin edilmişdi.

  • Evi qarət edilən idmançımız: Oğrulardan digərinin üzünü yaxşı görmək olmur

    Azərbaycanlı taekvondoçu Fəridə Əzizovanın Yasamal rayonu, Zivərbəy Əhmədov küçəsi, 28 ünvanındakı evini qarət edən oğrulardan biri yaxalanıb.

    Bunu oxu.az-a idmançının özü bildirib.

    O qeyd edib ki, tutulan oğrulardan biri – Nicat İsrafilov onun evinə gəlib-gedən adam olub:

    “Bir neçə gün əvvəl oğrulardan biri polislər tərəfindən tutulub. O, rəfiqəmin sevgilisidir. Onlar iki nəfər olub. Kameraya düşən adamlardan digərinin üzünü yaxşı görmək olmur. Həmin adamlar həmin gün evdə olmadığımı biliblər.

    Onlar evimə girən günü mən rayonda – Qusarda olmuşam. Hazırda digər oğrunun tapılması üçün əməliyyat tədbirləri davam etdirilir. Oğrular evimdən içərisində 35 min manat və 18800 dollar olan seyfi aparıblar”.

    Qeyd edək ki, qarət hadisəsi ötən ilin sentyabrın 4-6-sı aralığında törədilib.

    Xatırladaq ki, Fəridə Əzizova taekvondoda dünya və Avropa üçüncüsü olub. O, Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarında 67 kq çəki dərəcəsində gümüş medallara sahib çıxıb.Azərbaycanlı taekvondoçu Fəridə Əzizovanın Yasamal rayonu, Zivərbəy Əhmədov küçəsi, 28 ünvanındakı evini qarət edən oğrulardan biri yaxalanıb.

    Bunu Oxu.Az-a idmançının özü bildirib.

    O qeyd edib ki, tutulan oğrulardan biri – Nicat İsrafilov onun evinə gəlib-gedən adam olub:

    “Bir neçə gün əvvəl oğrulardan biri polislər tərəfindən tutulub. O, rəfiqəmin sevgilisidir. Onlar iki nəfər olub. Kameraya düşən adamlardan digərinin üzünü yaxşı görmək olmur. Həmin adamlar həmin gün evdə olmadığımı biliblər.

    Onlar evimə girən günü mən rayonda – Qusarda olmuşam. Hazırda digər oğrunun tapılması üçün əməliyyat tədbirləri davam etdirilir. Oğrular evimdən içərisində 35 min manat və 18800 dollar olan seyfi aparıblar”.

    Qeyd edək ki, qarət hadisəsi ötən ilin sentyabrın 4-6-sı aralığında törədilib.

    Xatırladaq ki, Fəridə Əzizova taekvondoda dünya və Avropa üçüncüsü olub. O, Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarında 67 kq çəki dərəcəsində gümüş medallara sahib çıxıb.