Category: İqtisadiyyat

  • Bu gün Azərbaycan ərazisindən Ermənistana nə qədər taxıl göndəriləcək?

    Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan səkkiz ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

    Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.

  • Mərkəzi Bank məlumat yaydı

    Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
     
    Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.
     
    İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.
     
    Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.//sfere.az

  • Mərkəzi Bank məlumat yaydı

    Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.
     
    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
     
    Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.
     
    İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.
     
    Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

  • Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı

    Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Ümumi çəkisi 1746 ton olan taxıl daşıyan iyirmi beş vaqon Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana çatıb.

  • “Kometa-A” ölkədən 310 min dollar çıxarıb – Cərimə olundu

    Mərkəzi Bank “Azlayihə İnşaat” şirkətinə qoşulan “Kometa-A” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) külli miqdarda cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank sözügedən şirkət tərəfindən 310 000 ABŞ dolları məbləğində vəsaitin 21 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülməsi faktını aşkar edib.

    Ödənişin aparıldığı gündən 2 ildən çox müddət keçməsinə baxmayaraq, həmin 310 000 dollar hesabına alınan mallar və ya xidmətlər ölkəyə idxal olunmayıb və ya bu məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

    Mərkəzi Bank tərəfindən “Kometa-A” MMC-nin qanuni təmsilçisi Eyvazov Samran Tahir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə baxılıb.

    Məhkəmənin hökmü ilə Samran Eyvazov İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və xətanın birbaşa obyekti olan 310 000 dolların 20%-i, yəni 62 000 dollar miqdarında cərimə olunub.

    Qeyd edək ki, ötən ilin aprel ayında “Kometa-A” MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv edildiyini elan edib.

  • Azərbaycan nefti kəskin ucuzlaşdı

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3.63 ABŞ dolları və ya 4.95% azalaraq 69.72 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73.35 ABŞ dolları təşkil edib.

  • Yaxın günlərdə bütün pensiyalar artırılacaq

    “2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə bu o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:

    “9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir”.
    //unikal.az

  • Azərbaycanda əhalinin bank əmanətləri artıb – RƏQƏMLƏR

    Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur.

    Bunun 50,4 %-i, yaxud 21 milyard 032,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6,7 % azdır.

    İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,4 % artaraq 16 milyard 772,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 27,5 % artaraq 3 milyard 921 milyon manata çatıb.

    Hesabat dövründə cəmi depozitlərin 23 milyard 189,9 milyon manatı (il ərzində 3,7 % az) qısamüddətli, 18 milyard 536,4 milyon manatı (+14,4 %) isə uzunmüddətli olub.

  • “NexTrack” şirkəti müqaviləsiz işçi çalışdırıb – 20 min cərimə

    “NexTrack” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.

    Məlum olub ki, D.F. adlı şəxs 2025-ci ilin avqust ayının 3 günü sınaq müddəti ilə praktiki fəaliyyətə cəlb edilib, həm günlər üzrə əmək haqqı ödənilib, bununla da əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunub.

    Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinub və 20 min manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, ötən ilin fevral ayında yaradılan, nizamnamə kapitalı 10 manat olan “NexTrack” MMC merçendayzer (bir şirkətin məhsullarının mağaza rəflərində düzgün və cəlbedici şəkildə yerləşdirilməsini, təşviqat materiallarının (POS-material) quraşdırılmasını, tədarük zəncirini təmin etməyi və satış nöqtələrində brendin görünürlüyünü artırmağı hədəfləyən peşəkar şəxs) xidməti göstərir. Şirkətin qanuni təmsilçisi Xəlilov Elşən Tərxan oğludur.

  • Poti-Bakı blok-qatarı yola salındı – Yükdaşıma sahəsində yenilik

    Yanvarın 30-da Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspress blok-qatarının yola salınması mərasimi keçirilib.

    Bu barədə ADY məlumat yayıb.

    Tədbirdə yeni ekspress qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

    Poti-Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.