Category: İqtisadiyyat

  • Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

    2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

    Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

    2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.1% azalaraq 71.14 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.21 ABŞ dolları təşkil edib.

  • Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?

    Əmlak bazarında alıcı qıtlığı yaşanır.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bazarda alıcı qıtlığı uzun sürərsə, bu ciddi şəkildə qiymətlərin enməsi ilə nəticələnə bilər:

    “2025-ci il avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür. Buna əsas səbəb əmlakların satış qiymətlərinin baha olmasıdır. Əmlakların satış qiymətlərinin baha olması səbəbindən alıcıların böyük bir qismi gözləmə mövqeyindədir”.

    Elnur Fərzəliyev əlavə edib ki, hazırda alıcıların böyük qismi Bakı ətrafı ərazilərində tikilən fərdi yaşayış evlərinə üstünlük verir:

    “Bundan əlavə, alınan əmlakların böyük hissəsi də tikinti şirkətləri tərəfindən daxili kreditlər hesabına satılan mənzillərdir. Yaxın zamanlarda ipoteka kreditlərinin ayrılması gözlənilir. Bu addım atılarsa, əmlak bazarında kütləvi axın olacaq. Bu səbəbdən ipoteka predmetinə çevrilən əmlaklara təlabatın və eyni zamanda satış qiymətlərinin artması qaçılmazdır”.

    Elnur Fərzəliyev uzun müddətdir əmlak bazarında baş verən durğunluq səbəbindən ümumi sahələri geniş olan, yəni qiymətləri baha olan mənzillərin satış qiymətində qismən enmə müşahidə olunduğunu xatırladıb:

    “Dəyəri baha olan digər əmlakların alıcıları olmaması səbəbindən onlarında satışında səngimələr və bəzilərində süni formada artan qiymətləri bazar dəyərinə enib reallaşması müşahidə olunur. Paytaxtda baş verən söküntülərlə əlaqədar evləri sökülən sakinlərə verilən kompensasiya hesabına Bakı ətrafındakı ərazilərdəki fərdi yaşayış evlərinə təlabat artmaqdadır”.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.51 ABŞ dolları və ya 0.72% artaraq 71.21 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.7 ABŞ dolları təşkil edib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.93 ABŞ dolları və ya 1.33% artaraq 70.7 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.77 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda beş idarə ləğv edildi – Aralarında dövlətə borcu olanlar da var

    Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir.

    Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var.

    Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur.

    Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub.

    Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur.

  • Əcnəbilərə qaytarılan “tax free”nin məbləği açıqlandı

    2026-cı ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, 2026-cı ilin yanvar ayı ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 19 milyon 680,2 min manat olub.

  • “Azpulmat”, “Manato” vətəndaşların məlumatlarını ələ keçirirlər?

    “Azpulmat”, “Manato” kimi kredit təşkilatları artıq bir çoxları üçün qorxulu reallığa çevrilib. İnsanlar sələmçilərin toruna düşməmək üçün bu xidmətlərə üz tuturlar. Lakin bəzi hallarda vəziyyət daha da çətinləşir.

    Vətəndaşlar iddia edirlər ki, bu xidmətlərin faizləri çox yüksəkdir. Məsələn, 500 manat götürəndə, bir ay sonra 710 manat ödəmək laızm olur. Gecikmə halında faizlər 2-3 dəfə artır.

    Üstəlik, vətəndaşların kontakt məlumatları ələ keçirilərək tanışlarına borc haqqında məlumat verilir.

    Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bu qurumların resursları banklarla müqayisədə fərqlidir:

    “Bank olmayan kredit təşkilatlarının (BOKT) pulunun dəyəri banklardakı kimi aşağı olmur. BOKT birbaşa olaraq vətəndaşlardan pul cəlb edə bilmir, depozit cəlb edə bilmir. Onun resursları məhduddur və əsasən banklardan götürdüyü kreditləri vətəndaşlara kredit kimi verməklə məşğuldur”.

    Bəs vətəndaşların icazəsi olmadan onların məlumatlarını ələ keçirmək və paylaşmaq hansı məsuliyyəti yaradır?

    Mövzunun hüquqi tərəflərini isə hüquqşünas Vüsal Cəfərov belə izah edib:

    “Müştəri haqqında məlumatlar, müştərinin adı, hesab üzrə aparılan əməliyyatlar və s. hamısı bank sirri hesab olunur. BOKT və yaxud bankla bağlanılan kredit müqavilələri üzrə borcun digər şəxslərdən, ailə üzvlərindən, qonşulardan və s. tələb olunması tamamilə qanunsuzdur. Çünki kredit müqaviləsi üzrə məsuliyyəti ancaq borclu daşıyır”.
    //
    ©Baku TV

  • Azərbaycan daha bir ölkədən ananas tədarük etməyə başlayıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 2 min 210 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 0,3 % çoxdur.

    Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çox) 1 min 867 ton (-13 %), Tailanddan 762 min ABŞ dolları dəyərində (+5 dəfə) 187 ton (+4 dəfə), Çindən 144,55 min ABŞ dolları dəyərində (+8 dəfə) 109,3 ton (+27 dəfə), Panamadan 27,6 min ABŞ dolları dəyərində 23 ton (1 il əvvəl tədarük olmayıb), Belçikadan 24,5 min ABŞ dolları dəyərində 20,4 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

    Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 2 min 892 ton ananasın 98,2 %-i Kosta-Rikanın payına düşüb.

  • Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib

    Bu ilin yanvar ayında Azərbaycanda 3 min 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

    Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 63,43 %-ni kişilər, 36,57 %-ni isə qadınlar təşkil edib.