Category: İqtisadiyyat

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir bareli 0.04 ABŞ dolları və ya 0.06% azalaraq 71.71 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.75 ABŞ dolları təşkil edib.

  • Azər Bayramova yüksək VƏZİFƏ VERİLDİ

    Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

    Sərəncamla bu vəzifə Azər Bayramova həvalə olunub.

    Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.

    Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    O, 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000-2004-cü illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olub.

    2004-cü ildən maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri idi.

  • Qızıl görünməmiş sürətlə bahalaşır

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 4650 dolları keçib.

    Bu, ticarət platformasının məlumatlarında əksini tapırr.

    14 yanvarda Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası günün ikinci yarısında bir qədər də artaraq 4650.1 dollar olub (1.11% artım).

    Bakı vaxtı ilə saat 17:04-ə qızılın qiyməti artımını azalıb və trua unsiyası üçün 4641,3 dollara düşüb (0.92% artım).

  • Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

    Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.

    Mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir.

    Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.

    Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.

    Sənədlərin natamam təqdim edilməsi və ya müavinətin təyin edilməsi üçün hüquqi əsasın olmaması hallarında müraciətə mənfi cavab verilə bilər.

    Qeyd edək ki, bu sosial mexanizm ailə başçısını itirmiş və əmək qabiliyyəti məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara müraciət zamanı sənədləri tam və düzgün formada təqdim etmək tövsiyə olunur.
    //Baku.ws

  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. 

    2025-ci ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Ev tikmək istəyənlərə ŞAD XƏBƏR: Tikinti materialları UCUZLAŞDI

    2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105.2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106.4 faiz, qeyri-qida məhsulları üzrə 102.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.7 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.6 faiz təşkil edib.

    2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.8 faiz olub.

    Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir bareli 3.21 ABŞ dolları və ya 4.68% artaraq 71.75 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.54 ABŞ dolları təşkil edib.

  • Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 90 dolları keçib.

    Bu, ticarət platformasının məlumatlarında əks olunur.

    Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 4.59% artaraq trua unsiyası üçün 90.03 dollara çatıb.

    Bakı vaxtı ilə saat 08:10-da isə gümüşün qiyməti trua unsiyası üçün 90.83 dollar (+5.2%) olub.

  • Qızılın qiyməti 5 000 dollar ola bilər – AÇIQLAMA

    Əmtəə bazarlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 4 600 dollardır. Proqnozlara əsasən, bu il qiymətlərin 5 000 dollara yüksəlməsi gözlənilir.

    Belə olduqda sual yaranır: qızılın qiymətinin bu səviyyəyə qədər qalxması realdırmı və belə bir artım qızıl-zinət əşyası bazarına necə təsir göstərəcək?

    Sualımızı cavablandıran iqtisadçı ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının müxtəlif səbəbləri var.
     
    Onun sözlərinə görə, dünyada baş verən qeyri-müəyyənliklər, Qərblə Şərqin və Cənubun mübarizəsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi, Amerika ilə Çin arasında birbaşa və dolayı gərginliklər, Rusiya-Ukrayna müharibəsi və Venesuela-ABŞ gərginliyi kimi hadisələr böyük bir prosesin tərkib hissəsidir:
     
    “Qeyri-müəyyənlik artdıqca investorların qızıla marağı da yüksəlir və bu dövrlərdə qızıl diqqət mərkəzində olur. Bundan əlavə, faiz dərəcələrinin enməsi, ABŞ-da inflyasiyanın aşağı düşməsi və prezidentin təyziqləri faiz dərəcələrinin daha da azalacağını göstərir ki, bu da qızılın qiymətini artıran amillərdəndir. Qızılın qiymətinin 5 min dollara qədər çatması kifayət qədər realdır və təqribən 10 faizlik artım proqnozlaşdırılır. Lakin bu, əsasən dünyadakı qeyri-müəyyənliklər fonunda müəyyən olacaq”.

    Ekspert qeyd edib ki, qeyri-iqtisadi faktorlar da qızılın qiymətində əhəmiyyətli rol oynayır:

    “Dünya bazarında qızılın qiyməti artdıqda, zərgərlik məhsulları bazarında da qiymət yüksəlir, çünki istehsalda əsas xammal qızıldır. Əlbəttə, digər xərclər – zərgər haqqı, icarə, vergi və s. – də mövcuddur, amma əsas xərclər qızılın payına düşür. Əmtəə birjalarında qızılın qiymətinin qalxması zərgərlik məhsullarının qiymətinə birbaşa təsir edir və bu proses birmənalıdır”.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir bareli 0.03 ABŞ dolları və ya 0.04% artaraq 68.54 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.51 ABŞ dolları təşkil edib.