Category: İqtisadiyyat

  • Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək

    Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

    Xatırladaq ki, Azərbaycanın 1 300 ton 95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir bareli 0.07 ABŞ dolları və ya 0.11% azalaraq 65.73 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.80 ABŞ dolları təşkil edib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.68 ABŞ dolları və ya 2.62% artaraq 65.80 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.12 ABŞ dolları təşkil edib.

  • Dövlət qurumlarında lisenziyaların quraşdırılmasına 2,56 milyon manat ayrıldı

    “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi (PHŞ) “Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminin (MESD) formalaşdırılması” ilə bağlı xidmətlərin satın alınmasını həyata keçirib.

    Satınalma çərçivəsində 149 dövlət orqan və qurumunda müvafiq lisenziyaların quraşdırılması nəzərdə tutulur. Xidmətlərin icrası “Sinam” MMC-yə həvalə edilib. Müqavilənin ümumi dəyəri 2 milyon 560 min 800 manat təşkil edir.

    Satınalma bir mənbə metodu ilə həyata keçirilib. Layihə üzrə işlərin bitmə tarixi isə 24 oktyabr 2026-cı il olaraq göstərilib.
    //oxu.az

  • Bu il maaş və pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA

    “Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. “Əmək pensiyaları haqqında” qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub”.

    Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq:

    “Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1 milyon 100 mindən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu, yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq”.

    Deputat bildirib ki, maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir: “2025-ci ildə minimum əməkhaqqının artırılaraq 400 manata çatdırılması baş verdi. Eyni zamanda bir sıra sektorlarda əməkhaqqı artımları oldu. Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əməkhaqqılarının artırılması reallaşdı. O baxımdan 2026-cı ildə də sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq. Bütövlükdə dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41 faizindən çoxdur. 2026-c ildə sosial təminat tədbirləri prioritet olaraq qalmaqdadır”.

  • Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama

    İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4.8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4.3 faiz səviyyəsində proqnozlaşdırılıb.

    Bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.

    Bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi manatın ABŞ dollarına qarşı məzənnəsinin 1.7 manat səviyyəsində qalması dəstəklənəcək.

    Əlavə olunub ki, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi bu il 3.4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.7 faiz proqnozlaşdırılır.

    “Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.5 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.6 faiz səviyyəsində proqnozlaşdırılır”, – məlumatda qeyd edilib.

  • Azərbaycanın nə qədər dövlət borcu var?

    2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-ni təşkil edib.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub. Ötən ilin əvvəli ilə müqayisədə xarici borc 309 milyon ABŞ dolları və yaxud 6 % azalıb.

  • Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb

    “Çin Enerji İnşaat Korporasiyası”na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin-Avropa yük qatarı Sian şəhərindən yola düşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu 2026-ci ildə Çindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsi ilə yola düşən ilk qatardır. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsi ilə yekunda Bakıya çatacaq.

    Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Hazırda Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15-23 gündən təxminən 11 günədək qısalıb.

    Çin-Avropa yük qatarının (Sian) Transxəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.

  • “Aİ-92” ilə “Aİ-95″i qarışdırmaq olar? – Baha başa gələn …

    “Aİ-92” və “Aİ-95” markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir.

    Fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır. Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir.

    Əgər avtomobilinizin kitabçasında “yalnız 95 tökün” yazılıbsa, onu “92” ilə qarışdırmaq mühərrikin gücünü azaldır və daxildə kiçik partlayışlara (detonasiyaya) səbəb olur. Bu isə zamanla mühərrikin detallarını sıradan çıxarır. Amma köhnə model maşınlara yüksək keyfiyyətli benzin qatmağın heç bir qorxusu yoxdur, sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir. Vurğulanır ki, yolda qaldığınız fərqli vəziyyətlərdə və ya çarəsiz qaldıqda bu iki benzini qarışdırmaq olar, bununla maşın xarab olmaz.

    Lakin mühərrikin uzunömürlü olması üçün zavodun tələb etdiyi yanacaqdan istifadə etmək ən təhlükəsiz yoldur. Çünki müntəzəm olaraq fərqli benzinləri qarışdırmaq yanacaq sisteminin təmizliyini pozur və gələcəkdə baha başa gələn təmirlərə yol açır.
    Qeyd edək ki, sürücülərə hər zaman eyni yanacaq növündən və etibarlı yanacaqdoldurma məntəqələrindən istifadə etmək tövsiyə olunur. (Milli.az)

  • Azərbaycan manatı bir ildə türk lirəsinə qarşı görün necə bahalaşıb

    Azərbaycan manatı türk lirəsi qarşısında əhəmiyyətli dərəcədə bahalaşıb.

    2025-ci ilin əvvəlində 20,790 səviyyəsində olan Azərbaycan manatı 2026-cı ilin ilk günlərində 25,300 həddini aşaraq türk lirəsi qarşısında nəzərəçarpacaq dərəcədə möhkəmlənib.

    Məlumata görə, 2025-ci ilin ilk aylarında Azərbaycan manatı/türk lirəsi məzənnəsi 20,790 səviyyəsində idi. İl ərzində mərhələli artım göstərən məzənnə 2026-cı ilin əvvəlində 25,300 səviyyəsini keçərək təxminən 4,5 lirəlik yüksəliş göstərib.
    //lent.az