Category: İqtisadiyyat

  • Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 85 dolları keçib.

    Bunu ticarət platformasının məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, qiymətli metalın dəyəri 7.18% artaraq trua unsiyası üçün 85.035 dollara çatıb.

    Bakı vaxtı ilə saat 17:10-a qədər gümüşün qiyməti artımını sürətləndirib və trua unsiyası üçün 85.27 dollara (+7.47%) çatıb.

    Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçersləri trua unsiyası üçün 4 614.5 dollar (+2.52%) təşkil edib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir bareli 2.87 ABŞ dolları və ya 4.37 % artaraq 68.51 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.64 ABŞ dollarına bərabər olub.

  • Bu şəxslər rüsumdan azad edildi

    Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilib.
     
    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
     
    “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.
     
     
    Buraya aiddir:
     
    – daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
     
    – torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
     
    – daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
     
    – (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;
     
    – eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
     
    Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının – müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

  • Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir (RƏSMİ)

    Apteklərdə bəzi dərman vasitələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi ilə bağlı mexanizm mövcud olsa da, bu imkanlardan hər kəs kifayət qədər məlumatlı deyil.

    Dövlət təminatı hesabına verilən dərmanlar əsasən müəyyən xəstəlik qruplarını və sosial kateqoriyaları əhatə edir.

    Kimlərin bu hüquqdan yararlana bilməsi, dərmanların hansı əsaslarla və necə təqdim edildiyi, eləcə də prosesin hansı qaydalarla tənzimləndiyi isə cəmiyyətdə tez-tez müzakirə olunan və maraq doğuran məsələlər sırasındadır.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bəzi dərmanlar vətəndaşlara pulsuz təqdim edilir:

    “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatları, müalicə-profilaktika müəssisələrində stasionar müalicə alan xəstələrə və müvafiq dövlət proqramlarında göstərilən xəstəliklərdən (şəkərli diabet, onkoloji, vərəm, xroniki böyrək çatışmazlığı, İİV/QİÇS, dağınıq skleroz) əziyyət çəkən xəstələrə verilməsi nəzərdə tutulan dərman vasitələrinin siyahılarına daxil olan dərman vasitələri pulsuz verilir.

    Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

  • Ermənistandan Azərbaycana ixrac olanucaq mallar açıqlandı

    Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.

    “Report” xəbər verir ki, nazir bunu “Factor.am”a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.

    “Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik”, – Papoyan deyib.

    Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.

    Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan

  • Aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

    Bu il yanvarın 1-i tarixinə aktiv vergi və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı açıqlanıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bildirilib ki, aktiv vergi ödəyicilərinin sayı 6.5 faiz artaraq 859.3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10.6 faiz artaraq 58.4 min təşkil edib.

    Həmçinin qeyd olunub ki, sözügedən tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7.1 faiz artıb və 232.8 min olub.

  • Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq

    Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

    “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, – o, bildirib.

    Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.

    Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir bareli 1.13 ABŞ dolları və ya 1.72% azalaraq 64.60 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.73 ABŞ dollarına bərabər olub.

  • Ötən il “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 191 milyon manatdan çox vəsait qaytarılıb

    2025-ci il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 191 milyon 98.9 min manat vəsait geri qaytarılıb.

    Median.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) istehlakçılara geri ödənilib.

    Bununla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılıb.

    Eyni zamanda, 2025-ci ildə xarici vətəndaşlar tərəfindən Azərbaycanda fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən geri qaytarılan ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533.3 min manat təşkil edib.
    //oxu.az

  • İrəvan Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqlədi

    Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının ikinci partiyasının idxalı ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

    Bu barədə “Armenpress” ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyana istinadən məlumat yayıb.

    Bununla belə, nazirlik rəsmisi heç təfərrüat açıqlamayıb.

    Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Ai-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Ai-95 markalı benzin daxildir.

    Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.