Category: İqtisadiyyat

  • Azərbaycanda kərə yağı ehtiyatı 200 dəfəyə yaxın artıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.

    Dekabrın 1-nə ölkədə 179,6 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 199,6 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.45 ABŞ dolları və ya 2.2% azalaraq 64.12 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.71 ABŞ dolları təşkil edib.

  • 2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? (Video)

    Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər.

    Median.Az “Xəzər TV”yə istinadla xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov 2026-cı ildə qızılın qiymətində texniki olaraq artım tempinin davam edəcəyini gözləyir.

    O bildirib ki, son 10 il ərzində dolların yığılmış (kumulyativ) inflyasiya göstəriciləri demək olar ki, artıq qızılın qiymətinə öz təsirini göstərib. Bundan sonra baş verəcək qiymət artımlarına isə digər amillər təsir edəcək. Nəticə etibarilə, bu faktorlar qızılın qiymətinin artımına təsir edən amillər sırasındadır.

    İqtisadçı qeyd edib ki, qiymətin artımına təsir edən əsas amil bazardakı tələbatdır. Bundan sonra qızılın qiymətinə təsir edən tələb amili daha çox dövlətlərin, mərkəzi bankların, fondların və investisiya banklarının tələbindən irəli gələcək. Ən böyük amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 2026-cı ildə tənzimləməsi olacaq.

    Elman Sadıqov əlavə edib ki, faiz dərəcələrinin azaldılacağı proqnozlaşdırılsa da, ABŞ-də 3 faiz ətrafında qalan inflyasiya təzyiqi bu sürəti müəyyən qədər aşağı salır. Yəni qızılın qiyməti qalxsa da, 2025-ci ildə müşahidə olunan yüksək templi artım ehtimalı aşağıdır.

  • Azərbaycanın xarici borcu 18 faiz azalıb

    Son 1 il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb.

    Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi:

    “Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur. Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir. Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır.

    ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir”.

    Deputat əlavə edib ki, inkişaf etmiş ölkələrdə borclanma payı son dövrlərdə sürətlə artır:

    “Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzilənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”.

  • Bu il maaşlardan nə qədər vergi tutulacaq?

    Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin bu gün başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.

    Yeni qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.

    Dəyişikliklərə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.

    Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

    Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

    Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8 000 manatadək olduqca 0 faiz, 8 000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.//Oxu.az

  • SON DƏQİQƏ: İctimai nəqliyyatda qiymətlər artırılacaq

    Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur.

    Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə bağlı səsləndirilən fikirlərə müxtəlif dövlət qurumlarından reaksiyalar gəlir. Onun sözlərinə görə, hazırda bu məsələ rəsmi gündəmdə olmasa da, mümkün bahalaşma ehtimalı da birbaşa təkzib edilmir:

    “Bəzi qurumlar bildirir ki, hazırda bu məsələ aktual deyil və ya belə bir qərar olarsa, ictimaiyyətə məlumat veriləcək. Yəni il ərzində qiymət artımının olub-olmayacağı qəti şəkildə inkar edilmir”.

    V.Oruc qeyd edib ki, yanacaq qiymətlərindəki artım bütün sahələrə təsirsiz ötüşməyəcək. Xüsusilə A-92 markalı benzinin ən çox istifadə olunan yanacaq növü olduğunu xatırladan ekspert vurğulayıb ki, əhalinin böyük hissəsi məhz bu benzindən istifadə edir:

    “Avtomobillərin əksəriyyəti, hibrid və elektromobillər istisna olmaqla, A-92 markalı benzinlə işləyir. Bu səbəbdən qiymət artımı sərnişindaşıma da daxil olmaqla, bütün xidmət sahələrində bahalaşmaya gətirib çıxara bilər”.

    Ekspertin sözlərinə görə, dizel yanacağı isə xüsusilə logistika, marketlər və müxtəlif xidmət sahələrinin əsas xərc elementidir. Əvvəllər dizel və benzin arasında ciddi qiymət fərqi olsa da, hazırda bu fərq minimuma enib:

    “Hazırda dizellə A-92 benzin arasında qiymət fərqi cəmi 5 qəpikdir. Bu da dizeldən istifadə edən sahələrdə xərclərin ciddi şəkildə artmasına səbəb olacaq. Nəticədə logistik xərclər yüksələcək və bu, həm məhsulların, həm də xidmətlərin qiymətində öz əksini tapacaq”.

    Vüqar Oruc: “Azərbaycan qiymətləndirmə sahəsində öz modelini yaradıb” | Hokm.Az

    İctimai nəqliyyat məsələsinə toxunan V.Oruc bildirib ki, bu sahədə tariflər tam bazar mexanizmi ilə deyil, dövlət tərəfindən sosial maraqlar nəzərə alınmaqla tənzimlənir:

    “İctimai nəqliyyatdan əhalinin böyük hissəsi istifadə edir. Ona görə də dövlət burada xüsusi sosial layihələr və mexanizmlər tətbiq edir. Ola bilər ki, yanacaq qiymətinin artımı ilkin mərhələdə subsidiyalar və dotasiyalar hesabına tariflərə təsir göstərməsin”.

    Bununla belə, ekspert hesab edir ki, zaman keçdikcə yanacaq qiymətlərindəki artım həm ictimai nəqliyyatda, həm də özəl taksi xidmətlərində qiymət dəyişikliklərinə səbəb ola bilər:

    “Sahibkarların xərcləri təxminən 10 faiz artdıqda, onlar bu artımı mütləq xidmət qiymətlərində əks etdirməyə məcbur qalırlar. Dövlət sektoru isə sosial maraqları nəzərə alaraq bu prosesi mərhələli şəkildə həyata keçirər”.

    V.Oruc əlavə edib ki, Tarif Şurasının son iclasları da göstərir ki, enerji daşıyıcıları və kommunal xidmətlər üzrə qiymət artımları 2025–2026-cı illər ərzində həm özəl, həm də dövlət sektorunda müxtəlif xidmətlərin tariflərinə təsir göstərəcək.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.04 ABŞ dolları və ya 0.01 % artaraq 65.71 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.67 ABŞ dolları təşkil edib.

  • Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər

    2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 149.8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35.9 milyon dollar və ya 31.5 faiz çoxdur.

    Belə ki, 2024-cü ilin 11 ayında ölkədən 113.9 milyon dollar dəyərində meşə fındığı ixrac edilmişdi.

    Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında fındıq ixracının əsas hissəsi qabığı təmizlənmiş meşə fındığının payına düşüb.

    Hesabat dövründə Azərbaycandan 265.79 ton qabıqlı meşə fındığı ixrac olunub və bu ixracın dəyəri 706.57 min dollar təşkil edib.

    Qabıqlı fındığın əsas ixrac bazarları bunlar olub: Rusiya – 134.45 ton (335.84 min dollar), Özbəkistan – 115.99 ton (330.98 min dollar), İraq – 14.97 ton (37.45 min dollar). Az miqdarda ixrac İspaniya və Birləşmiş Ərəb Əmirliklərinə də həyata keçirilib.

    Ötən ilin yanvar-oktyabr aylarında ölkədən 15 min 162 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. Bu məhsul üzrə ixracın ümumi dəyəri 123 milyon 748 min dollar olub.

    Ən böyük ixrac bazarları: Rusiya – 7 018.6 ton (51.05 milyon dollar), Almaniya – 2 774.22 ton (27.3 milyon dollar), İtaliya – 1 564 ton (14.7 milyon dollar), Türkiyə – 1 265.46 ton (9.58 milyon dollar), İsveçrə – 560 ton (4.54 milyon dollar)

    Az miqdarda fındıq Polşa, Litva, Gürcüstan, İspaniya, Fransa, Bolqarıstan, Ukrayna və digər ölkələrə də ixrac olunub.

  • Azərbaycan iqtisadi gücünə görə dünyada neçənci yerdədir?

    “Əhalinin sayına görə Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”.

    Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

    O bildirib ki, 50 milyondan çox Azərbaycan xalqının sayına görə isə ön sıralarda qərarlaşmışıq.

  • “Azərpambıq”ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb

    Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan doqquz nəfər müəyyən olunaraq saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Qeyd olunub ki, polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.