Category: İqtisadiyyat

  • Bir sıra gəlirlər vergidən azad edilib – Prezident qanuna dəyişiklik etdi

    Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

    Müvafiq sənəd mayın 16-da AZƏRTAC dərc edib.

    Dəyişikliyə əsasən, bir sıra gəlirlər vergidən azad olunub.

    Bu sıraya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri aiddir.

    Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirləri;

    – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, habelə qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirləri vergidən azad olunub.

    Sənədə əsasən, Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin və qeyri-rezident futbol klublarının dividend və faiz gəlirlərinə, habelə UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA-nı təmsil edən qurumların dividend gəlirlərinə bu maddənin müddəaları tətbiq edilmir.

    Bu Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

  • Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?

    Fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün Maliyyə Nazirliyi üç tranş çərçivəsində 430,6 milyon manat ayırıb.

    Bununla bağlı oxu.Az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

    O bildirib ki, Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanının icrasına uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə siyahı təqdim edilib:

    “8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb. Aprelin 19-da isə Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş ayrılıb.

    Ümumilikdə 430,6 mln. manat məbləğ bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülüb”.

  • Azərbaycan nefti bahalaşıb

    İtaliyanın Augusta limanında Azərbaycanın yüngül neftinin qiyməti 0,43 dollar artıb. Beləliklə, “Azeri Light” neft növünün 1 barrelinə 74,67 dollar verilir.

    Türkiyənin Ceyhan limanında tankerlərə yüklənən Azərbaycan neftinin qiyməti 0,46 dollar artaraq 73,88 dollar/barel təşkil edib.

    Azərbaycanla müqayisədə Rusiya neftinin qiyməti ucuzlaşıb: hazırda “URALS” markalı neftin 1 barrelinə 71,44 dollar verilir.

  • Naxçıvanda pivə istehsalı artırılacaq

    Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır.

    Median.Az bildirir ki, bunu Trend-ə şirkətin direktoru Seyfəddin Rəhimov deyib.

    Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, şirkətin pivə məhsuluna Naxçıvanda, eləcə də Azərbaycanda böyük tələbat var:

    “Biz daxili tələbatı tam təmin etmək üçün istehsalatı genişləndirməyi planlaşdırırıq. Hələlik ölkə xaricinə ixrac nəzərdə tutmuruq. Bu məsələ bu il üçün şirkətin gündəliyində deyil”.

    Qeyd edək ki, “Prestij Naxçıvan Pivəsi” şirkəti İtaliya, Çexiya, Macarıstan və Almaniya avadanlıqları ilə təchiz edilib.

  • Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? – AÇIQLAMA

    Problemli kreditlərin həlli ilə bağlı imzalanmış fərmandan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-də məlum olub.

    Bundan sonra bəzi vətəndaşlar adlarını siyahıda tapmadığı üçün şikayətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalında yaradılmış “Apellyasiya komissiyasına müraciət” bölümünə ünvanlayıblar.

    Verilən məlumatlara görə, Apellyasiya komissiyası müraciətə baxdıqdan sonra 15 gün müddətində şikayəti cavablandırır. Ancaq bəzi vətəndaşlar şikayətlərindən 15-20 gün keçməsinə baxmayaraq, cavab almadıqlarını bildirirlər.

    Məsələ ilə bağlı Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına mətbuat katibi Elşən Allahverdiyev ilə əlaqə saxlayıb.

    Onun sözlərinə görə, bəzi şikayətlər xüsusi araşdırma tələb etdiyi üçün qanunda göstərildiyi kimi, 30 iş günü müddətində həmin vətəndaşlara cavab veriləcək:

    “Bizə daxil olan bütün şikayətlər xüsusi araşdırma tələb edir. Vətəndaşlar maliyyə hesabatında səhv hesablandığından şikayətlənir, biz bununla bağlı həmin banklara sorğu göndəririk. Bankdan aldığımız cavabları mövcud vəziyyətə uyğunlaşdırırıq, analiz edib, vətəndaşa 30 iş günü müddətində cavab veririk.

    Bu qrafik dəyişməz olaraq qalır. Bu müddət ərzində mütləq olaraq vətəndaşa cavab veriləcək. Qeyd edim ki, 30 iş günü tamam olmamasına baxmayaraq, ilkin müraciətlər artıq cavablandırılıb.

    Bəzən olur ki, vətəndaşlar istənilən halda ona verilən məbləği yoxlamaq üçün apellyasiya şikayəti verirlər. Müraciətlərin çoxu fərmanın aid olmadığı vətəndaşlara məxsusdur”.

  • Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək

    Azərbaycanlı sahibkar ərəb ölkələrinə çiyələk ixrac etməyi planlaşdırır.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib.

    Sahibkar bildirib ki, artıq ölkədə yığım başlayıb və yaxın vaxtlarda ərəb ölkələrinə yeni sort çiyələklər ixrac olunacaq:

    “Artıq ixraca hazırlıq mərhələsi başlayıb. Ötən ilə qədər biz yalnız Rusiya bazarlarına çiyələk ixrac edirdik. Əvvəllər əsasən Moskva və Sankt-Peterburqa göndərirdik. Bu ildən isə ərəb ölkələrinə ixraca başlayırıq. İlk olaraq Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) – Dubaya çiyələk ixrac edəcəyik. Hazırda bu istiqamətdə xüsusi üsulla çiyələk yığımına başlamışıq. İlk partiya olaraq 40 ton ixrac planlaşdırırıq. BƏƏ-dən sonra İraq, İran və digər ölkələrə də çiyələk göndərmək istəyirik”.

  • Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub – FOTO

    Gəncə avtomobil zavodunda yeni yığım xəttinin açılış mərasimi təşkil olunub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb.

    Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.

    Gəncə avtomobil zavodunda Belarus və Azərbaycan maşınqayıranlarının əməkdaşlığının birgə səylərinin növbəti nəticəsi kimi fəaliyyətə başlayan iki yeni yığım xəttinin açılışında Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy, Belarus ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi ictimaiyyəyətinin nümayəndələri də iştirak ediblər.

    Taxılyığan kombaynın yığım xətti ilə taniş olduqdan sonra qonaqlar E-321 markalı elektrobusun təqdimatına qatılıblar, həmçinin onun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.

    Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir.

    83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub.

    Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur .

    Mühərriki 155 at gücündə olan “PALESSE KZS-575” markalı taxılyığan kombaynı isə kənd təsərrüfatı texnikalarının son nəslindəndir. Bu kombayn kiçik və orta təsərrüfatlar üçün, kompakt və manevrli texnika istəyənlər üçün çox əlverişli bir texnikadır.

  • Sahil Babayev ödənişli ictimai işlə təmin olunanların sayını açıqladı

    Bu ilin ötən dövründə minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artıb.

    Bunu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub:

    “2019-cu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib. Sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır”.

    //oxu.az

  • Neft bahalaşır

    Mayın 14-də dünya bazarlarında neft qiymətərinin bahalaşması müşahidə olunur.

    “Brent” markalı neftin iyul ayı üzrə tədarük qiyməti 0,27% bahalaşaraq, bir bareli 61,19 dollara çatıb.

    WTI markalı neftin qiyməti isə 0,25% qalxıb və barreli 61,19 dollara satılır.

  • Azərbaycan metanol istehsalını artıracaq

    2019-cu ilin ilk rübündə “SOCAR Metanol” zavodunda 62 min tondan çox metanol istehsal olunub.

    Median.Az bildirir ki, bunu Trend-ə “SOCAR” Dövlət Şirkətindən bildiriblər.

    Şirkətdən builki istehsal planı da açıqlanıb: “Bu il ümumilikdə 350 min ton metanol istehsalı planlaşdırılır”.

    O da qeyd edilib ki, ötən il zavodda 230 min ton metanol istehsalı olub.

    Xatırladaq ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə zavod olan “SOCAR Metanol” məhsul satışına 2014-cü ilin yanvarından başlayıb.

    Qeyd edək ki, ötən əvvəlində “SOCAR Metanol” yeni istehlak məhsulunun – analitik metanolun istehsalına başlamışdı.

    Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya, həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.

    Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir.