Category: İqtisadiyyat

  • Alma emalı müəssisələri yaradılır – FOTO

    Artıq super intensiv bağların salınması ənənəvi bağların zamanla səmərə verməməsinə səbəb olub.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, Qubada uzun illərdir almaçılıqla məşğul olan fermerlər satışla bağlı çətinliklər çəkirlər.

    Satılmayan məhsul ya çaylara tökülür, ya da bağlarda məhv olur.

    Problemin həlli ilə bağlı isə regionda meyvə emalı müəssisələri yaradılır. Alma məhsulundan ilk dəfə çipsi hazırlanaraq xarici bazara göndərilir.

    Mütəxəssislər meyvə emalı müəssisələrinin yaradılmasının müsbət nəticələr verəcəyini deyirlər. Yaradılan müəssisələr də alma ilə yanaşı, digər məhsulların da satışındakı çətinlikləri aradan qaldıracaq.

    Artıq Qubada meyvə emalı müəssisələrinin sayı artıb. Xüsusən ikinci və üçüncü növ meyvələri alan müəssisələr müxtəlif məhsullar istehsal edərək ölkədaxili ilə yanaşı xarici bazara da məhsul göndərirlər. “Made in Azerbaijan” brendi ilə satışa göndərilən məhsullar ölkənin xaricdə tanınması baxımından əhəmiyyətlidir.

    Mütəxəssislər emal müəssisələrinin çox olmasının rəqabət mühiti yaradaraq təsərrüfatçılardan daha yaxşı qiymətlə məhsul almağa şərait yaradacağını deyirlər.

  • Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək – FOTO

    Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

    Nazirlikdən verilən məlumata görə, institutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

    Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

    İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

    İ.Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.//milli.az

  • Rövnəq Abdullayev Özbəkistana gedir

    Bu günlərdə Özbəkistanda beynəlxalq enerji konfransı və “Power Uzbekistan 2019” – beynəlxalq energetika, enerji qənaəti, atom energetikası, alternativ enerji mənbələri” sərgisi keçiriləcək.

    Kun.uz xəbər verir ki, tədbirdə Azərbaycanı SOCAR prezidenti Rövnəq Abdullayev təmsil edəcək.

    R.Abdullayevdən başqa, “Lukoyl” prezidenti Vahid Ələkbərov, “Rosatom” korporasiyasının baş direktoru Aleksey Lixaçevin də aralarında olduğu 31 ölkədən mindən çox qonaq iştirak edəcək.

  • Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

    Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

    Bunları Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin “Günün nəbzi” verilişinin efirində səsləndirib.

    O həmçinin bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.

    “Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda “yox” cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, – deyə Orxan İsmayılov qeyd edib.

  • Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

    Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

    Bunları Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin “Günün nəbzi” verilişinin efirində səsləndirib.

    O həmçinin bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.

    “Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda “yox” cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, – deyə Orxan İsmayılov qeyd edib.

  • Mikayıl Cabbarov vergi islahatlarından danışdı (VİDEO)

    Vergilər naziri Mikayıl Cabbarov ARB 24 kanalının “Müsahibə vaxtı” proqramında çıxış edib.

    Nazir öz müsahibəsində Azərbaycanda vergilər sahəsində aparılan islahatlardan və vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən danışıb.

    Həmin müsahibəni təqdim edirik:

  • Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq

    Bu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq.

    Median.Az-ın məlumatına görə, milli.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

    Məlumatda bildirilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevlə görüşüb.

    Görüş zamanı qurumun cari işləri müzakirə olunub, eləcə də əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi ilə bağlı danışıqlar aparılıb.

    Görüşdə həmçinin ixracın stimullaşdırılması üçün həyata keçirilmiş mexanizmlər çərçivəsində Azərbaycanın ticarət evlərinin yaradılmasının əhəmiyyəti müzakirə olunub. Qeyd edilib ki, görülən işlər nəticəsində bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və yüksək nəticələr göstərir.

  • Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb

    2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub.

    Median.Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

    Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib.

    N.İbrahimov bildirib ki, mart ayında paytaxtın avtomobil bazarında 1 352 avtomobil satışa çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz azdır.

    Məlumata görə, satışa çıxarılmış avtomobillərin 82,3 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 41 129 manat olub. Dizel mühərrikli avtomobillər satışa çıxarılanların 17,7 faizini təşkil edib ki, bu avtomobillərin qiyməti 44 415 manata bərabər olub.

    Ekspertin sözlərinə görə, mayda isə Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözləniləndir və may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək.

  • Hacıqabulda kiçiktonnajlı yük maşınları zavodunun tikintisinin başa çatacağı VAXT açıqlanıb

    Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.

    Median.Az bildirir ki, bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.

    O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.

    E.Axundov əlavə edib ki, “Azərmaş”ın zavodun tikintisində payı 100 faiz olub.

    Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.

    2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.

  • Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər

    “Rusiya Dəmir Yolları” ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb.

    Median.Az xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib.

    Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tbilisi- Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. “Eyni zamanda İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”, – deyə “Rusiya Dəmir Yolları”nın məlumatında göstərilir.

    Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50%-i elektron yolla rəsmiləşdirildisə, hazırda bu göstərici 87%-ə çatıb.

    C.Qurbanov “Rusiya Dəmir Yolları”nı “Azərbaycan Dəmir Yolları” üçün əsas tərəfdaş olaraq qaldığını deyib: “İstər əməkdaşların səriştəsi, istərsə də Rusiya dəmir yollarının inkişaf səviyyəsi bizim dəmiryolçular üçün gözəl nümunədir”. O, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların bundan sonra da müsbət dinamikasını saxlayacağına, birgə layihələrin həyata keçiriləcəyinə əmin olduğunu vurğulayıb.

    Görüşdə sərhəd-gömrük prosedurlarını daha da təkmilləşdirmək, Bakı- Mahaçqala sərnişin qatarını açmaq imkanlarını araşdırmaq üçün hakimiyyət qurumları ilə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub.//report.az