Category: İqtisadiyyat

  • DİQQƏT! Bu şəxslər pensiya ala bilməyəcək

    “Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır”.

    Median.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa o 25 illik pensiya stajı ilə pensiyaya çıxır:

    “Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minumum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa onun pensiya yaşı çatan zaman minumum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”.

  • Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

    Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır.

    Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb.

    Onun sözlərinə görə, bu yaxşıdır, amma heç də bütün yaşlı insanların pensiya almasına imkan vermir.

    “Məsələ ondadır ki, elə vətəndaşlarımız var, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb.

    Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da, pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq.

    O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var.

    Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”, – ekspert qeyd edib.

  • Azərbaycanda yumurta istehsalı artırılacaq

    Hacıqabul rayonunda fəaliyyət göstərən “Hacıqabul quşçuluq” fabriki bu ilin ikinci yarısında yumurta istehsalını artırmağı planlaşdırır.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

    Mənbənin məlumatına görə, fabrikdə aylıq 300 min yumurta istehsal olunur:

    “Biz bu göstəricini artırmağı və istehsalı ayda 350-400 minə çatdırmağı planlaşdırırıq. Məhsulumuz daxili bazarda satılır, amma daxili bazarda qeyri-stabil tələbatla əlaqədar olaraq məhsulun böyük hissəsi ixraca yönəlir. Biz istehsal həcmini və ixrac potensialını artırmağı planlaşdırırıq”.

    Fabrikdən onu da bildiriblər ki, əvvəllər müəssisədə toyuq əti istehsal olunsa da, hazırda bu proses dayandırılıb.

  • Evinizdə bunları edərək enerjiyə 30 % qənaət edə bilərsiz – VİDEO

    Bir çox məişət cihazları biz fərqində olmadan daha çox elektrik enerjisi sərf edir və buna görə ödənilən məbləğ də təbii olaraq artır. Energetika Nazirliyi vətəndaşları enerji sərfiyyatını azaltmaq üçün məişət cihazlarından istifadə zamanı bəzi qaydalara əməl etməyə çağırıb. Tövsiyyələrə əməl edilərsəsərfiyyat 30 faizədək azaldıla bilər.

    Avropa ölkələrində 900 vat enerjidən çox elektrik istifadə edən tozsoranların satışı qadağan olunub. Azərbaycan Energetika nazirliyi də vətəndaşlara müraciət edərək bildirir ki, Avropada məişət cihazlarına tətbiq edilən qaydaları vətəndaşlar tövsiyyə kimi öz evlərində tətbiq etsələr işlətdikləri günlük enerjiyə 30 faizə qədər qənaət edə bilərlər.

    Energetika Nazirliyininşöbə müdiri Ələsgər Həsənovun sözlərinə görəközərmə lampalarından da insanlar tədricən imtina etməlidirlər. Çünki, bu lampalardan bir çox ölkələrdə artıq demək olar istifadə olunmur.

    Ələsgər Həsənov bildirir ki, Azərbaycanda enerjidən səmərəli istifadə üçün nazirlik tərəfindən yeni qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Layihədə az enerji ilə daha çox iş görə bilmək üçün bir sıra maraqlı təkliflər yer alıb.

    Nazirlik rəsmisinin sözlərinə onlar qurumun sosial şəbəkələrdəki səhifələrində də maarifləndirmə işləri apararaq vətəndaşları enerjidən daha səmərəli istifadə etmələri üçün məlumatlandırırlar.

    Xəzərxəbər

  • Əhalinin alıcılıq qabiliyyəti artıb – STATİSTİKA

    2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını isə qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.

    Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsulları, 5,3 faizi içkilər və tütün məmulatları, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,2 faizi elektrik malları və mebellər, 5,6 faizi avtomobil yanacağı, 1,3 faizi əczaçılıq və tibbi mallar, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 32,2 faizi isə bazar və yarmarkalar, 47,9 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb.

    2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalıb.

    Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub.

    Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

  • Xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

    Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edilib.

    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

    Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunub.

    Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

  • “Böyük İpək Yolu” 30 ölkə nümayəndəsini Bakıya topladı

    Bu gün Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin 3-сü toplantısı öz işinə başlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda İttifaqa daxil olan 30 ölkədən – Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.

    Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, İttifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi, gənclər siyasəti və təşkiılatın strateji fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

    Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən toplantının açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının Gənclər və idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.

    Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.

  • Bitkoinin qiyməti 13% düşdü

    Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiymətində yenə kəskin ucuzlaşma baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bitkoinin qiyməti son sutka ərzində 13% azalaraq 7174,93 dollar təşkil edib.

    Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 127,65 milyard dollar təşkil edir.

  • Banka 100 min manat qoyan əcnəbiyə yaşamaq icazəsi veriləcək – AZƏRBAYCANDA

    Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

    Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

    Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

    Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

  • SOCAR iki Türkiyə şirkətini satın aldı

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə iki şəhərdaxili təbii qaz satışı şirkətini satın alıb.

    Bununla bağlı “Habertürk” məlumat yayıb.

    Türkiyənin Rəqabət Qurumu və Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) “Bursagaz” və “Kayserigaz” şirkətlərinin SOCAR-a təhvil verilməsi üçün lazım olan qərar və razılığı verib.

    “Millenicom Türkiye”nin satışı üçün İnformasiya Texnologiyaları və Əlaqələr Qurumunun gələn həftə qərar verməsi, satışın mayın 29-da baş tutması gözlənilir.

    Qeyd edək ki, Türkiyədə son dönəmdə şəhərdaxili qaz satışını həyata keçirən bir neçə şirkət satılıb. Almaniya nəhəngi “EWE AG”yə məxsus “EWE Turkey Holding”, “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətləri öz paylarını SOCAR-a satıb.

    Tərəflərin satış üçün 140 milyon dollara imza atdığı bildirilir.