Category: İqtisadiyyat

  • Azərbaycana gətirilən yüklərin 40 faizi Çin mənşəlidir

    Azərbaycana gətirilən və tranzit olunan yüklərin 38-40%-i Çin mənşəlidir.

    Median.Az teleqraf-a istinadən xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

    O qeyd edib ki, Bakı Limanında aşırılan yüklərin böyük bir hissəsi şərq və qərb ölkələrindən gəlir:

    “Türkiyə, İsveçrə, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrlə də ticarət tərəfdaşlığı var. Hazırda bu istiqamətdə də bizim əməkdaşlıq arealımız genişlənir”.

  • Bu il Azərbaycan iqtisadiyyatına 13 milyard manat pul qoyulub

    Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

    Bu barədə Ali Məhkəmə məlumat yayıb.

    Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

    Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya instansiyası da həmin mövqe iş razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətlərinə Ali Məhkəmədə baxılıb.

    Ali Məhkəmə qərarında vurğulayıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan olunur.

    Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

    Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.

    Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.45 ABŞ dollarına bərabər olub.

  • Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dolları təşkil edib.

    Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 11,5% azdır.

    Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bununla da Türkiyə Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

    Həmçinin cari ilin ilk 9 ayında Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 7,6% artım deməkdir.

    Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,5% təşkil edib.

    2024-cü ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 118,090 milyon ABŞ dolları, əks istiqamətdə isə 130,332 milyon ABŞ dolları təşkil edib.

    Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

    Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

  • AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib

    Azərbaycan Mərkəzi Bankı (AMB) “Caspian İnvest” və “Effektinvest” MMC-lər, eləcə də “Finex Kredit” ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Caspian İnvest”in vəzifəli şəxsi 1 500 manat, “Effektinvest”in vəzifəli şəxsi 4 500 manat, Finex Kredit”in vəzifəli şəxsi isə 8 000 manat cərimə olunub.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.28 ABŞ dollar və ya 2% azalaraq 62.45 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63.73 ABŞ dollarına bərabər olub.

  • Azərbaycanda çay istehsalı azalıb

    Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal olunub.

    Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 988,2 ton və ya 8,5 faiz azdır. Ötən ilin müvafiq dövründə çay istehsalı 11 min 528,3 ton təşkil etmişdi.

    Rəsmi məlumatlara əsasən, noyabr ayının 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 94,0 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,32 faiz və ya 0,3 ton çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 93,7 ton təşkil edib.
    //valyuta.az

  • Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR

    “Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərinin 0,25 faiz azaldılması ilə bağlı qərar qəbul edib. Bu qərar birbaşa həm Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, istehlak bazarında qiymətlərin Mərkəzi Bankın öncədən proqnozlaşdırdığı dinamikaya uyğun olaraq dəyişməsi və eyni zamanda tədiyyə balansındakı müsbət saldonun qorunub saxlanması ilə bağlıdır”.

    Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

    Deputat əlavə edib ki, Mərkəzi Bank uçot stavkası və digər faiz dəhlizləri ilə bağlı qərarlarını birbaşa iqtisadiyyatda və xüsusən də makroiqtisadiyyatdakı vəziyyətə uyğun olaraq müəyyənləşdirir:

    “Bu istiqamətdə azalmaların həyata keçirilməsi ondan xəbər verir ki, praktiki olaraq 2025-ci ildə həm istehlak bazarında qiymətlərin optimallaşdırılması, həm valyuta ehtiyatlarındakı artım tempinin qorunub saxlanması, həm də bütövlükdə makroiqtisadi stabillik üçün vacib olan tədiyə balansının və eləcə də idxal-ixrac əməliyyatlarında müsbət hallarının qorunub saxlanması mümkün olub.

    Bu, Mərkəzi Banka uçot stavkası alətindən daha sıx şəkildə istifadə etməyə və digər makroiqtisadi göstəricilərə pozitiv təsir etməyə imkan yaradır. O baxımdan Mərkəzi Bankın son qərarı birmənalı şəkildə iqtisadiyyatdakı real vəziyyətə uyğun olaraq qəbul edilən qərardır. Mərkəzi Bankın son qərarından sonra kredit faizlərinin optimallaşdırılması və xüsusən də istehlak kreditlər üzrə faizlərin azaldılması vacibdir.

    Mərkəzi Banl inzibati yollarla banklardakı kredit faizlərinin azaldılmasına təsir edə bilməz. Amma uçot stavkasının azaldılması praktiki olaraq banklar üçün daha aşağı faizli gəlir və ya vəsaiti maliyyə resurslarının cəlb edilməsi mənbəyidir. Mərkəzi Bank tərəfindən mövcud siyasətə uyğun olaraq həyata keçirilən tədbirlər və eyni zamanda banklarda kredit faizlərinə daha çox təsir etməsi vacibdir. Gözlənilir ki, Mərkəzi Bankın uçot stavkasının azalmaları davam edərsə, bu, özünü kredit faizlərindəki azalmalarda göstərə bilər”.

  • Bayram yaxınlaşır, bu məhsulların qiymətləri günbəgün artır

    Bayram yaxınlaşdıqca market və bazarlarda ərzaq və ət-toyuq məhsullarının qiymətində günbəgün artım müşahidə olunur.

    Bu artım ən çox toyuq və toyuq məhsullarının qiymətində görünür. “Səba” şirkətinə məxsus toyuq məhsullarının qiyməti kəskin qalxıb.

    Sözügedən şirkətə məxus toyuq məhsullarından olan qanadın bir kilosu 5 manat 50 qəpikdən 6 manat 90 qəpiyə qalxıb.

    Bundan əlavə, budun bir kilosu 4 manat 50 qəpikdən 4 manat 90 qəpiyə, pətənə 3 manat 20 qəpikdən 4 manata, bud dibi 4 manat 90 qəpikdən 5 manat 90 qəpiyə təklif olunur.

    Satıcılar bunun səbəbini toyuq ətinə olan təlabatın artması ilə əlaqələndirib.
    //qaynar.az

  • 11 ayda büdcədən 293 milyon manata yaxın vəsait geri qaytarılıb

    Bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

    Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.