Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti cüzi azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.09 ABŞ dolları və ya 0.14% azalaraq 65.23 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.32 ABŞ dolları təşkil edib.

  • “Bu halda karta vəsaitin daxil olması qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər” – Ekspert

    “Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər də var”.

    Bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, “Məşğulluq haqqında” qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

    “15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət. Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. İşsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni, qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

    Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni, qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir”.

    Ekspert bildirib ki, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur: “Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir”.

    Ə.Həsənov qeyd edib ki, növbəti ildən qurumlar qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq: “Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən? Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: Məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil”.

  • Bakıda hər 44 nəfərə bir mağaza düşür – Son 5 ildə 2,3 dəfə artıb

    Son 5 ildə paytaxt Bakıda mağazaların sayı 2,3 dəfə artaraq 23 min 282-dən 53 min 98-ə yüksəlib.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə pərakəndə ticarət dövriyyəsi 63% və ya 14,6 milyard manat artıb və ötən il 37,7 milyard manat olub.

    Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsinin 60,7%-ni yerli istehsal olan məhsullar, 39,3%-ni isə idxal olunan məhsullar təşkil edib.
    Müqayisə üçün bildirək ki, 5 il əvvəl – 2020-ci ildə Bakıda hər 100 paytaxt sakininə bir mağaza düşürdüsə, ötən il hər 44 paytaxt sakininə bir mağaza düşüb.

    Onu da bildirək ki, paytaxt Bakıda qeydə alınan pərakəndə ticarət dövriyyəsi ölkə üzrə qeydə alınan ümumi pərakəndə ticarət dövriyyəsinin 60,7%-ni təşkil edib.

  • Azərbaycanda bu məhsullar bahalaşıb (SİYAHI)

    2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

    2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.

    Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub.

  • Məzuniyyətdə olan işçinin alacağı əməkhaqqı yeni qaydada müəyyənləşəcək

    “Məzuniyyətdə olan işçinin həmin müddətdə alacağı əməkhaqqı yeni qaydada müəyyənləşəcək”.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

    Məzuniyyətdə olan işçinin alacağı əməkhaqqı yeni qaydada müəyyənləşəcək

    O bildirib ki, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı sonuncu maaşından az olmamaqla ödənilməsi ilə bağlı ƏM-nin 117-ci maddəsinə tənzimləmə gətirilir:

    “O cümlədən təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu birgünlük əmək haqqından az olduğu halda sonuncu birgünlük əməkhaqqının tətbiq edilməsi ilə bağlı dəyişiklik edilir”.
    //oxu.az

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.68 ABŞ dolları və ya 1.03 faiz azalaraq 65.32 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66 ABŞ dolları olub.

  • Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0.25 faiz bəndi azaldılaraq 6.75%-ə endirilməsi barədə qərar qəbul edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%-dən 5.75%-ə, yuxarı həddi isə 8%-dən 7.75 %-ə endirilib.

  • Ehtiyac meyarı 15 manat artırıldı

    Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.

    Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

    Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulub.

    Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

    Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Gümüşün qiyməti üç faizdən çox artaraq tarixi maksimumu yenilədi

    2026-cı ilin mart ayında çatdırılacaq gümüş füçerslərinin qiyməti Trua unsiyası üçün 60 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

    Median.Az bu barədə “Comex” birjasının (Nyu-York Ticarət Birjasının bölməsi) məlumatlarına istinadən xəbər verir.

    Məlumata görə, ticarət sessiyası zamanı qiymətli metalın dəyəri qiyməti 3.21% artaraq Trua unsiyası üçün 60.28 dollara çatıb.

    Bahalaşmanın davam edəcəyi istisna edilmir.

  • Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3.3 milyard dollara çatıb

    2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 3.3 milyard dollar təşkil edib.

    Median.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19.4% artaraq 1.1 milyard dollara çatıb.

    Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19.6 milyon dollar və ya 52.4%, meyvə-tərəvəz 179.6 milyon dollar və ya 28.6%, alüminium və onlardan hazırlanan məmulatlar 30.6 milyon dollar və ya 16.8%, kimya sənayesi məhsulları 36.9 milyon ABŞ və ya 13.9%, pambıq iplik 3.6 milyon dollar və ya 13.3%, çay 177.6 min dollar və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500.2 min ABŞ dolları və ya 2% artıb.

    2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27.1% artaraq 892.1 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0.3% artaraq 288.2 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19.4% artaraq 1.2 milyard dollar təşkil edib.