Category: İqtisadiyyat

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

  • Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edilir

    Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmur.

    Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

  • 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 817,3 ton kivi idxal olunub.

    Bu idxal üçün ümumilikdə 579,66 min ABŞ dolları xərc çəkilib.

    Məlumata görə, kivi əsasən Çin Xalq Respublikasından, İran İslam Respublikasından və İtaliyadan gətirilib.

    Statistikaya əsasən, Çin Xalq Respublikasından Azərbaycana 21,39 ton kivi idxal edilib və bunun üçün 17,21 min ABŞ dolları xərc çəkilib. Beləliklə, bu ölkədən idxal olunan bir kiloqram kivinin qiyməti 0,80 dollar və ya 1 manat 36 qəpik təşkil edib.

    İran İslam Respublikasından isə 795,19 ton kivi gətirilib. Bu idxal üçün 556,63 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, İrandan idxal edilən bir kiloqram kivinin qiyməti 0,70 dollar, yəni 1 manat 18 qəpik olub.

    İtaliyadan isə 0,73 ton (730 kiloqram) kivi idxal olunub. Bu miqdar üçün 5,82 min ABŞ dolları ödənilib. Nəticədə, İtaliyadan idxal olunan bir kiloqram kivinin qiyməti 7,97 dollar və ya 13 manat 55 qəpik təşkil edib.

    Statistik göstəricilərə nəzər salsaq, ən ucuz meyvə İran İR-dən və Çindən gətirilib. Ən baha kivi idxalı isə İtaliyadan olub. Hal-hazırda Azərbaycan bazarında kivinin qiyməti 4- 5 manat civarındadır. Bu da onu deməyə əsas verir ki, idxal olunan kivi bazarda idxal qiymətindən 3-4 dəfə baha satılır.
    //valyuta.az

  • Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

    Xarici ölkə vətəndaşı Azərbaycanda xəstəxanaya müraciət edib. Tibbi xidmətin dəyəri ödənilərkən o, ƏDV-nin qaytarılması hüququndan istifadə edə bilərmi?

    Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği Azərbaycan Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya uyğun olaraq, geri qaytarılır.

    Buna əsasən, xarici ölkə vətəndaşı olan əcnəbi şəxsin Azərbaycan Respublikasının ərazisində tibb müəssisələrindən alınmış tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV məbləği həmin şəxs ölkə ərazisini tərk edərkən adıçəkilən Qaydanın tələblərinə müvafiq surətdə “taxfree” rejimində geri qaytarılır.

    Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

  • Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1.08 ABŞ dolları və ya 1.67% artaraq 65.66 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.58 ABŞ dolları təşkil edib.

  • 770 min manat vergi borcu olan şirkət kimindir?

    “Bitel” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.

    Valyuta.az xəbər verir ki, hazırda şirkətin vergi borcu 770 199,05 manatdır.

    “Bitel” şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əsədov Anar Mahmud oğludur.

    Şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Anar Əsədov barəsində də hər hansı məlumat yoxdur.

  • Julyen de Frepo: “Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür”

    Azərbaycanla Belçika arasında qeyri-neft sektorunda qarşılıqlı ticarət və investisiya imkanlarının reallaşdırılmasının perspektivləri müzakirə olunub.

    Median.Az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

    Bununla bağlı müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevın Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepo ilə keçirilən görüşdə aparılıb.

    Y. Abdullayev agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Bildirilib ki, ötən ilin mayında Brüsseldə və bu ilin fevral ayında Bakıda Belçika nümanyəndə heyəti ilə keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

    Səfir Belçika və Azərbaycan arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb, qeyri-neft ticarəti, investisiyalar, əczaçılıq, nəqliyyat və logistika sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

    J. Frepo həmçinin Qarabağda olan infrastruktur layihələri ilə yerində tanış olduğunu və Belçika şirkətlərinin bu layihələrdə iştirakının mümkünlüyünü diqqətə çatdırıb.

  • Azərbaycanda dörd ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 55.968 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 4 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 10.742 milyon manat olub.

  • Dolların qiymətinə təsir edən qərar açıqlandı

    ABŞ Federal Ehtiyat Sistemi (FRS) keçirilən iclasın nəticələrinə əsasən, uçot dərəcəsini 4.25%-4.5% səviyyəsində saxlayıb.

    Qərar ABŞ qurumunun rəsmi saytında öz əksini tapıb.

    Qərara əsasən, Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə (FOMC) öz məqsədlərini dəstəkləmək üçün federal fondlar üzrə hədəflənən faiz dərəcəsi dəyişməz saxlamaq qərarına gəlib.

  • Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır

    Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.

    Bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib.

    Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb.

    “Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır”,- o qeyd edib.