Category: İqtisadiyyat

  • Qızılın qiymətində azalma qeydə alınıb

    Dolların möhkəmlənməsi və ABŞ ilə Çin arasında ticarət gərginliyinin azalması fonunda qızılın füçersləri kəskin ucuzlaşıb.

    Bu barədə interfax.ru məlumat verib.

    Bakı vaxtı ilə 15:20-də “Comex” birjasında iyun ayı üçün qızılın füçersləri 1.5% ucuzlaşaraq, 1 trua unsiyası üçün 3 177 dollar təşkil edib. Bir həftə ərzində qiymətli metal təxminən 4% ucuzlaşıb.

    Bu həftənin əvvəlində məlum olub ki, ABŞ və Çin idxal tariflərini 90 gün müddətinə müvəqqəti azaltmaq barədə razılığa gəliblər. Bu, qızıl da daxil olmaqla təhlükəsiz aktivlərə tələbi azaldıb və ABŞ valyutasının məzənnəsinin artmasına səbəb olub.

  • Azərbaycanda əməkhaqqının ən yüksək olduğu sahələr (SİYAHI)

    2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083.8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171.8 manat, qeyri-neft-qaz sektorunda 1025.7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 1053.1 manat, özəl müəssisələrdə isə 1115.6 manat olub.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-cü ilin I rübündə ortaaylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.

    Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 3961.2 manat olub. Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub.

    Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub.

    Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 1961.5 manat olub. Analoji sahədə çalışan dövlət işçilərinin ortaaylıq əməkhaqqıları 1632.4 manat, qeyri-dövlət işçilərinin ortaaylıq əməkhaqqıları isə 2209.2 manat olub.

    Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin ortaaylıq nominal əməkhaqqıları 674.6 manat olub. Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin ortaaylıq əməkhaqqıları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib.

    Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə ortaaylıq əməkhaqqıları aşağıdakı cədvəldə qeyd edilib.

  • Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır

    Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

    Apa-nın Tiranaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Albaniya energetika və infrastruktur nazirinin müavini Ceno Klosi bildirib.

    Nazir müavini qeyd edib ki, Azərbaycanı bu sahədə böyük təcrübəyə malik ölkə hesab edirlər.

  • Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib

    Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb. Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyətinə toxunulub. Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı qeyd edilib.

    Görüşdə Azərbaycanla Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

  • Mikayıl Cabbarov AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində bankın Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.

    Bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında məlumat paylaşıb:

    “Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi”.

  • Azərbaycanda orta aylıq əməkhaqqı 10% artıb

    Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq 1 084 manat təşkil edib.

    Median.Az bu barədə Döpvlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 774,9 min nəfər olub, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Məlumata görə, muzdla işləyənlərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 %-i təhsil, 13,7 %-i sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • İlin ilk dörd ayında 16 minə yaxın şəxsə yaşa görə əmək pensiyası təyin olunub

    Bu ilin yanvar-aprel ayları ərzində 15 900-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd olunub ki, onların 54,8%-ni kişilər, 45,2%-ni isə qadınlar təşkil edib.

  • Azərbaycanda dörd ayda içki və siqaretə 900 milyon manatdan çox pul xərclənib

    2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 milyon manat xərclənib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0.3% artıb.

    Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 milyon manat təşkil edib.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51.2 faizi ərzaq məhsullarının, 4.9 faizi içkilər və tütün məmulatlarının, 13.3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6.3 faizi avtomobil benzini və dizel yanacağının, 4.3 faizi elektrik malları və mebellərin, 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

  • Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? – VİDEO

    Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

    Bəs bu azalmanın səbəbi nədir?

    Median.Az İTV-yə istinadən xəbər verir ki, bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.

    “İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm”, – deyə alıcılardan biri bildirib.

    Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.

    Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.

    Ətraflı süjetdə:

  • Qızıl qiymətləri ABŞ-Çin danışıqları fonunda enib

    May ayında 3.7% bahalaşan qızılın dünya qiymətləri mayın 12-də, demək olar ki, 4% azalaraq, 1 Trua unsiyası üçün təxminən 3 215 dollara düşüb.

    Bunu ticarət məlumatları sübut edir.

    Qiymətli metalın qiymətinin düşməsi ABŞ və Çin arasında bağlanan müqavilələrlə bağlı xəbərlər fonunda baş verib. İki ölkə arasında danışıqlar aprelin əvvəlindən başlayan ticarət müharibəsini faktiki olaraq dayandırıb – Vaşinqton və Pekin 90 gün ərzində qarşılıqlı tarifləri indiki 145% və 125%-dən müvafiq olaraq 30% və 10%-ə endirəcəklər.