Category: Kriminal

  • Sumqayıtda qısqanclıq zəmnində arvadını öldürən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.

    İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı güya qısqanclıq zəmnində öldürdüyünü bildirib.

    Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Bakını dəhşətə gətirən qətlin təfərrüatı – VİDEO

    Bakıda mühafizəçinin bağ evində törətdiyi hadisənin təfərrüatı məlum olub.

    Mühafizəçi ər və arvada işdən çıxarıldığına görə hücum edib.

    Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində yaşayan Əməkdar həkim Arzu Şuşalı və onun həyat yoldaşı Dilarə Əhmədova bağlarında işləyən mühafizəçiyə işdən çıxarıldığını bildiriblər.

    Bu zaman mühafizəçi İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalıya və həyat yoldaşına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

    Mühafizəçi törətdiyi hadisənin izini itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub.

    Mərdəkan qəsəbəsi ərazisində xidmətdə olan polislər “Range Rover” markalı avtomobilin sürücüsünün davranışlarından şübhələniblər. Yol polisi əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyilə maşını saxlamaq mümkün olub.

    Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Sürücü dərhal saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Faktla əlaqədar Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.//oxu.az

  • Səbail rayonunda vətəndaşın çantasını oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Əliyevi saxlayıblar.

    Araşdırma zamanı məlum olub ki, o iyulun 4-də Ziyadxan Əliyevin içərisində 800 manat, qızıl saat, gümüş dəsti və bank kartı olan çantasını oğurlayıb.

    RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Əxlaqsız təklifə görə qayınanasını öldürən şəxs 19 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Cavad İbrahimovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il yanvarın 11-də Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları “Qanlı göl” yaşayış massivinin ərazisində Nigar Namazovanın (1958-ci il təv.) meyitini aşkar ediblər. Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qadına zərbələr kənar şəxs tərəfindən yetirilib.

    Qadının eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Nəticədə Cavad İbrahimov saxlanılıb.

    İş üzrə dindirilmiş şəxs qayınanasını əxlaqsız təklifə görə qətlə yetirdiyini bildirib: “Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, lakin öldürmək niyyətim yox idi”.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Tanış olduğu qadını zorlayan şəxin bəraət hökmü ləgv edilib

    Ali Məhkəmədə Samir Məmmədovun (1982-ci il təv.) CM-nin 149.2.5-ci (təkrar zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə bəraət almasına dair kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, Samir Məmmədov 2015-ci il aprelin 7-də Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Bizim məkan” kafesində Nərgiz Əhmədova ilə tanış olub. Söhbət əsnasında o qadının əqli cəhətdən anormal olduğunu hiss edib. Məmmədova ona qalmağa yeri olmadığını söyləyib. Buna görə Məmmədov qadını gecə qalmaq adı ilə aldadaraq özü ilə, əvvəlcə Hövsan qəsəbəsində yaşayan qohumunun evinə aparıb. Ayın 8-nə keçən gecə o. Əhmədovaya zor tətbiq edərək, onunla cinsi əlaqədə olub. Bundan başqa, ertəsi gün Samir Məmmədov Nərgiz Əhmədovanı həmin qəsəbədə yaayan tanışının evinə aparıb və orada, yataq otağında onunla yenidən intim əlaqədə olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədova bəraət verilib.

    Hökmdən prokuror apelyasiya protesti verərək, təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarılmasını xahiş edib.

    Bakı Apelyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin etməyib.

    Qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti verib.

    Ali Məhkəmə kasasiya protestini təmin edib və Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işi yenidən apelyasiya baxışına qaytarıb.

  • Qıza qarşı seksual hərəkətlər edib, ona hədə-qorxu gələn dostların işini Ali Məhkəmə araşdıracaq

    Ali Məhkəmədə Leysan Qocayev (1995-ci il təv.) və Orxan Əlizadənin (1996-cı il təv.) CM-nin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmalarına dair kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan qızı başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı qərara alıb. Bu məqsədlə o, sevgilisinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, dostu Orxan Əlizadə ilə qabaqcadan əlbir olaraq barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan pul tələb edib. Leysan qıza zəng edərək. onu anası ilə tanış etmək bəhanəsi ilə özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə Orxan da öz evdiyi qızla gəlib. Leysan qızı yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, sonuncu bundan imtina etdikdə onu döyüb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Orxan bunu telefonla çəkməyə başlayıb. Hadisədən sonra Orxan qıza zəng edərək, onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib.
    Bundan xəbər tutan qızın ailəsi polisə müraciət edib. Bir neçə gün sonra isə qız Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini bildirib. Zərərçəkmiş cəmi 200 manat gətirdiyini deyib. Bu zaman Мingəçevir şəhər Polis Şöbəsinin (ŞPİ) əməkdaşları hər iki şəxsi saxlayıblar.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Qocayev 6, O.Əlizadə isə yalnız hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən dövlət ittihamçısı protest, zərərçəkmiş isə apellyasiya şikayəti verib.

    Şəki Apellyasiya Məhkəməsi protesti və şikayəti təmin edib, qərara əsasən hər iki şəxsin cəzası ağırlaşıdırlıb. Belə ki, L.Qocayevə 8. O.Əlizaədəyə isə 7 il azadlqıdan məhrumetmə cəzları təyin edilib.

    Apellyasiya qərarından narazı qalan məhkumlar Ali Məhkəməyə kassasiya şikayətləri veriblər.

  • Gədəbəydə bacı qardaşının boğazını kəsdi

    Gədəbəydə qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

    Kənd sakini, 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb.

    Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

    Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda qadını zorlayıb, öldürən dostların сəzası qüvvəsində qaldı – FOTO

    Bakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı Samir Zenyukovun (1970-ci il təv.) və Bakı şəhər sakini Dmitriy Razumnıynın (1985-ci il təv.) CM-nin 120.2.1, 2.4., 2.6, 2.9 (qrup halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,149.2.1-ci ( qrup halında zorlamaya cəhd) və 150.2.1-ci ( qrup halında seksual xarakterli hərəkətlər etmə) maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xeber verir ki, ötən il aprelin 30-u səhər saat 10:30-da Neftçilər prospekti 91 ünvanın qarşısında avtopatrul maşınında xidmətdə olduqları vaxt Səbail rayon mühafizə idarəsinin əməkdaşlarına, həmin binada yaşayan bir qadın yaxınlaşıb, həyətlərində naməlum sərxoş qadının uzandığını bildirib. Sakinin göstərdiyi yerə qadın meyiti aşkar edilib, sonra hadisə yerinə təcili-tibbi yardım həkimləri, RPİ və prokuruluq əməkdaşları cəlb olunub. Araşdırma zamanı cinayətin həmin binanın 39№i mənzilində yaşayan Samir Zenyukov və onunla birlikdə qalan Dmitriy Razumnıy tərəfindən törədilməsi müəyyən edilib. Hər ikisi evdə saxlanılıb.

    Məlum olub ki, öldürülən qadın – 1971-ci il təv. Nizami rayonu, Çobanzadə küçəsi, ev 65 mənzil 41-də yaşayan Yelena Sandrandinovadır. Onun oğlu, anasının itkin düşməsi ilə əlaqədar Nizami r\n 23-cü polis bölməsinə müraciət edib. German Sandrandinovun sözlərinə görə, ayın 28-i günorta saat 13 radələrində anası evdən iş axtarmaq üçün çıxıb və geri qayıtmayıb. Həmin və növbəti gün istifadəsindəki telefona cavab verməyib

    İstintaqla müəyyən edilib ki, aprelin 30-u gecə saat 1 radələrində Samir Zenyukov yaşadığı mənzildə Yelena Sandrandinovaya cinsi əlaqədə olmağı təklif etdikdə, qadın rədd cavabı verərək, dəhlizə çıxıb. Buna görə Zenyukov zərərçəkənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. Səs-küyə gələn Dmitriy Razumnıy da Yelenaya yumruqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yerirərək, paltarlarını soyundurub və onu divana uzandırıb. Sonra Serqey qadının köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli zorakı hərəkətlər edib. Səhər saat 4 radələrində Sandrandinovanın öldüyünü gördükdə, törətdikləri cinayəti gizlətmək məqsədi ilə meyitin əyninə paltarlarını geyindiriblər və onu mənzildən çıxarıb, həyətin küncünə qoyublar.

    Təqsirləndirilən şəxs qismində dindirilmiş Dmitriy Razumnıy ifadəsində göstərib ki, 3 ildir Samir Zenyukovla dostluq edir. Dəfələrlə onun evində yeyib-içiblər, daimi yaşamağa yeri olmadığı üçün Samirgildə qalıb. Aprelin 28-də Samirin tanışı Alla İbrahimova Yelena adlı rəfiqəsinə zəng edib, birlikdə yeyib-içmək üçün Samirin evinə dəvət edib. Həmin gün Sandrandinovanı Neftçilər prospektində qarşılayıb, evə gətiriblər. Müxtəlif spirtli içkilər qəbul ediblər. Təxminən 4-5 saat oturduqdan sonra sərxoş vəziyyətdə olan Zenyukov Yelenaya söz atmağa başlayıb, ona cinsi əlaqədə olmağı təklif etdikdə, qadın etiraz edib və ona sərt cavab verib. Sandrandinova mənzilin qapısına doğru getdikdə, dostu da arxasınca dəhlizə çıxıb və onu döyməyə başlayıb. Kreslodan qalxıb, dəhlizə keçən Dmitriy içkinin təsirindən Yelenanın sifətinə və sinəsinə möhkəm zərbələr vurub. Qadın ayaq üstə qapının cəftəsindən tutub, arxaya gedib, sifəti qana bulaşıb, buna baxmayaraq Samir ona zərbələr vurmağda davam edib. Yerə yıxılandan sonra Samir ona ayaqla zərbələr endirib. Onlar Yelenanın huşunu itirdiyini, bir az yatıb, ayılacağını düşünüblər və yenə də içki içiblər. Təxminən səhər saat 4-də onun ayılmadığını görüb, nəbzini yoxlayıblar və bədəninin soyuq olduğunu hiss ediblər. Bu vaxt Zenyukov ona rus dilində “meyitlə əlaqədə olduğunu” deyib. Dmitriy polisə məlumat verməsini desə də, Samir buna etiraz edib, Yelenanı geyindirib, aparıb, parka, qoymaqlarını təklif edib. O, dostuna küçədə müşahidə kameralarının olduğunu bildirib və razılaşmayıb. Bundan sonra birlikdə, çıxardıqları paltarlarını qadının əyninə geyindirib, ayaqlarından və əllərindən tutaraq, evdən çıxarıblar. Mərhumu pilləkənlə aşağı düşürüb, həyətin sağ tərəfində görünməz yerə qoyublar. Səhər saat 11-də qapı döyüləndə, polis əməkdaşları olduqlarını başa düşüblər. Dmitriy şkafın içərisində gizlənib, Samir isə divanda uzanıb. Onları 9-cu polis bölməsinə aparıblar.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zenyukov 19 və D.Razumnıy 18 il müddətinə azadlıqdan məhrum olunublar.

    Hökmdən zərərçəkmiş məhkum S.Zenyukov barəsində apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, zərərçəkmişin şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.















  • Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırıldı – rəhbər həbs edildi – RƏSMİ

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

    Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatında bildirilir.

    Qeyd edilir ki, “Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib.

    Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

    Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

    Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır.

    Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görülməsi təmin ediləcək.

  • Anasını öldürən keçmiş məhbus bu dəfə arvadını qanına qəltan etdi – VİDEO

    Tovuzda qanlı cinayət baş verib.

    Tovuz sakini Mahir Əliyev həyat yoldaşına ölümcül bıçaq zərbəsi endirib. O, 60 yaşlı həyat yoldaşı Lətifə İsmayılovaya müxtəlif bədən xəsarətləri yetirib.

    Qeyd edək ki, Mahir Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, anasını öldürdüyü üçün tutulubmuş. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

    Baş verən cinayətlə bağlı “Səs TV”nin hazırladığı sujeti təqdim edirik.