Category: Kriminal

  • Bakıda insanlığa sığmaya hadisə – Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü

    Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlı döyülüb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

    Uşağın döyülməsi ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları uşağın ilkin izahatını alıblar.

    Məlum olub ki, Mirsüleyman Rəhimov dönərin hesabını verməyə pulu çatmadığına görə, əvvəl təhqir olunub sonra döyülüb.

    Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hazırda 14 yaşlı azyaşlını döyən restoran işçilərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.

  • Gəncə hadisələri ilə bağlı YENİ ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI – VİDEO

    Tohid İbrahimbəyli İranda dini təhsil alan şəxslərin iştirakı ilə “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaradıb. Suriyada təlim keçən dəstənin yaratmaqda əsas məqsəd Azərbaycanda silahlı münaqişə yaratmaq olub.

    Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.

    T.İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb.

    Dəməşq şəhərində olarkən T. İbrahimbəyli onları təkcə İŞİD ilə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T.İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb.

    Bir müddətdən sonra T. İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E. Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

  • Sevdiyi qızla cinsi əlaqədə olub telefona çəkdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI

    Sevdikləri qızların intim səhnələrin yaymaqları ilə hədələyərək pul tələb edən gənclər cəzalarının azaldılmasını istəyirlər.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunan Qocayev Leysan Temraz oğlu və Əlizadə Orxan Elxan oğlunun məhkəmə prosesi iyul ayının 17-də Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

    Belə ki, iki gənc sevdikləri qızlara qarşı iyrənc plan qursalar da sonda həyatlarının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olublar. Gənclər yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər.

    Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.

    O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

    O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb.

    İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Axundova Afaq Akif qızının başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb.

    Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq A.Axundova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.
    Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib.

    İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Afaqın gəlişini gözləyib. Afaq evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Afaqın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar.

    Daha sonra Leysan Afaqı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Nigar bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb.

    Cəmi bir neçə saat sonra Orxan Afaqa zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Afaq bu qədər pulu tapa bilməyəcəyini deyib. Afaqa bu pulu tapması üçün bir neçə gün vaxt veriblər.

    Bu hadisədən Afaqın ailəsi xəbər tutub və hüuqu mühafizə orqanlarına məlumat verilib. Bir neçə gün sonra isə Afaq Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Afaq onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib.

    Gənclərin cəzası ağırlaşdırılıb…

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər.

    Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb.

    Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlqıdan məhrum edilib.

    Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.

  • Gürcüstanda şaxtada qəza: Ölənlər var

    Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli adına şaxtada baş verən qəza nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Gürcüstanın Birinci kanalı məlumat yayıb.

    Gürcüstan DİN-in mətbuat xidməti 4 nəfərin ölümü ilə bağlı informasiyanı təsdiqləyib.

    “Hadisə yerində xilasetmə işlər davam etdirilir. Qəzanın baş vermə səbəbi məlum deyil”, – telekanalın məlumatında deyilir.

  • Polis sahibsiz itləri güllələyən şəxsi tutdu

    İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

    Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

  • Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu – FOTO

    Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

    Median.Az “azvision.az”a istinadən xəbər verir ki, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə Ermənistan SSR-də anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

    Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

    Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.


    Rüstəmov Elman İlham oğlu 22.01.1997-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

    Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

    Kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə (“facebook”, “twitter”, “instagram” və s.) istifadəçiləri bir daha xəbərdarlıq olunmaqla, bəyan edilir ki, istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilir və qanunsuz çağırışlara yol verən şəxslər barəsində ən ciddi tədbirlərinin görülməsi təmin ediləcəkdir.

  • Tovuz sakininin evində əl qumbarası aşkar edilib

    Median.Az xəbər verir ki, Tovuz RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Aşağı Öysüzlü kənd sakini, Aftandil Aslanovun evində “F-1” tipli əl qumbarası aşkar ediblər.

    Məlum olub ki, A.Aslanov əvvəllər məhkum olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Polisdən ƏMƏLİYYAT – Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb

    Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

    “Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət alıb: “Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb”.

  • Rusiyada azərbaycanlı qadının üzünü yandırdılar – VİDEO

    Rusiya Federasiyasında rəfiqəsini eybəcər gününə qoyan qadın sonradan qaçaraq Azərbaycanda gizlənib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində qeydə alınıb.

    Bildirilir ki, Zinaydu İskəndərova adlı qadın rəfiqəsinin hücumuna məruz qalıb. İki qadın arasında münaqişə isə qısqanclıq səbəbindən baş verib.

    Laura adlı qadın Zinaydu İskəndərovanın üzünə “kislota” atıb. Nəticədə qadının bədəni 70 faiz yanıb.

    Hadisədən sonra Laura Azərbaycana qaçıb və orada gizlənib. Rusiya polisi ilə Azərbaycan hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində rəfiqəsini eybəcər hala salan qadın saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə terror çağırışı edənlərin həbsi başlandı, xaricdə yaşayanlar axtarışa verildi

    Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib.

    Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    “Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib” — deyə məlumatda vurğulanır.

    Qeyd edək ki, Elmar Vəliyevə qarşı törədilmiş terror aktının ardınca Gəncə şəhərində qanunsuz aksiyalar çağışırlar olub. Daha sonra — iyulun 10-u axşam saatlarında bir qrup şəxs Gəncə şəhərinin mərkəzində qanunsuz aksiyaya cəhd edib.

    Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

    Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.