Category: Kriminal

  • Regionlarda çətənə yetişdirən 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları daxil olmuş məlumat əsasında Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədə, kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar ediblər.

    Bundan əlavə, Qusar RPŞ-nin əməkdaşları Çiləgir kən sakini Ağazaman Zamanova məxsus sahədə 23 ədəd, Ağcabəri RPŞ-nin əməkdaşları Hindarx qəsəbə sakini Əkrəm Namazovun evinin həyətində 8, Bilağan kənd sakini Faiq Sadıqova məxsus sahədə 10 və Şirvan ŞPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Ələkbərova məxsus sahədə 8 ədəd çətənə kolları aşkar edərək, götürüblər.

    Faktlarla bağlı CM-nin 237.1-ci (qanunsuz olaraq narkotik xassəli tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Gəncədə polisin bıçaqlanma anı – Video

    Dünən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib.

    Median.Az xəbər verir ki, qarşıdurma zamanı iki polis polkovniki polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində qətlə yetirilib.

    Sosial şəbəkələrdə onlardan birinin öldürülməsi anının videosu paylaşılıb. Həmin videonu təqdim edirik:
    /azxeber.com

  • Həmkəndlisini tüfəngdən yaralayan Daşkəsən sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Daşkəsən RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Əmirvar kənd sakini Sofi Məmmədovu saxlayıblar, ondan müvafiq sənədləri olan “”TOZ-16” markalı tüfəng götürülüb.

    Məlum olub ki, iyulun 10-da Sofi Məmmədov münaqişə zəmnində, sərxoş halda həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə sonuncu yüngül xəsarət alıb və Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    RPŞ-nə faktla bağlı araşdırma aparılır.

  • Bakıda Şəmkir sakinindən tapanca aşkar edilib

    DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğlu saxlanılıb. Ondan 1 ədəd kustar üsulla düzəldilmiş tapanca və 6 ədəd patron götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və… – ŞOK OLAY

    Azərbaycanlı qadınları başqa-başqa ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirli bilinən İradə Poladova, Validə Xudaverdiyeva və Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub.

    İttihama görə, 2017-ci il sentyabrın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.

    Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.

    İradə Poladova paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.

    O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.

    İradə Poladova qadınları İğdır şəhərində yerləşən hotellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.

    Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.

    İstintaq müəyyən edib ki, İradə Poladova bu cinayətləri tək törətməyib. O, rəfiqələri – Validə Xudaverdiyeva və Arifə Sadıqovadan ibarət mütəşəkkil dəstə yaradıb.

    Bu səbəbdən hər iki qadın da həbs edilərək, istintaq cəlb olunublar.

    Cinayət işi üzrə 10 azərbaycanlı qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    Qapalı iclasda təqsirləndirilən şəxslər ifadə verib.
     
    ///Publika.az

  • Bakıda soyğunçuluq törədən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Hikmət Soltanovu, Sədi Kərimovu və Pərviz Sultanovu saxlayıblar.

    Məlum olub ki, iyulun 7-də onlar paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə daxil olaraq, onu döyüb içərisində 382 manat və açar olan pul qabısını alıblar.

    Bundan başqa, Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən iyulun 7-də vətəndaş G.Məhəmmədliyə məxsus içərisində 100 manat, mobil telefon, sənəd və geyim əşyaları olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Məhəmmədov saxlanılıb.

    Faktlar üzrə cinayət işləri başlanılıb, istintaq gedir.

  • Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxslər axtarışa verildi – FOTO

    Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

    Məlumatda bildirilir:

    “Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

    Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

    Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur”.


  • “Qanlı Göl”də qayınanasını öldürən şəxsə prokuror cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Cavad İbrahimovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, bu il yanvarın 11-də Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları “Qanlı göl” yaşayış massivinin ərazisində Nigar Namazovanın (1958-ci il təv.) meyitini aşkar ediblər. Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qadına zərbələr kənar şəxs tərəfindən yetirilib.

    Qadının eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Nəticədə Cavad İbrahimov saxlanılıb.

    İş üzrə dindirilmiş şəxs qayınanasını əxlaqsız təklifə görə qətlə yetirdiyini bildirib: “Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, lakin öldürmək niyyətim yox idi”.

    Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il 6 ay cəza təyin edilməsini xahiş edib.

    Növbəti proses iyulun 17-ə keçiriləcək.

  • Gəncədə iğtişaşın qarşısını alan iki polis əməkdaşı şəhid oldu — RƏSMİ

    Bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən mlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. 

    Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

    Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

    “Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar” deyə, məlumatda qeyd olunur.. 

    Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

    Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
    Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • “Turanbank”a basqın edən şəxs 10 il müddətinə cəzalandırılıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Məmmədovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il yanvarın 18-də “Turanbank” ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Yasamal RMİ-nin əməkdaşları dərhal operativ reaksiya göstərərək, hadisə yerinə yollanıb və xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxsi tərksilah edərək tutublar. Ondan məişət təyinatlı bıçaq götürülüb, o, ərazi üzrə Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilib. Araşdırma zamanı onun Nazim Məmmədov olması müəyyən edilib.

    İstintaqın gedişatında müəyyən edilib ki, Nazim Məmmədov banka daxil olaraq müştəri S.Nəcəfovaya arxadan yaxınlaşıb, boğazına bıçağı dirəyib və xəzinədardan pul verməsini tələb edib. Qeyd edək, ki zərərçəkən qadın filiala pul xırdalamaq üçün daxil olmuşdur. Bu zaman bankın əməkdaşlarından birihəyəcan düyməsini basıb. Məlum olub ki, Məmmədov psixonevroloji dispanserlərdən birində qeydiyyatdadır.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.