Category: Kriminal

  • AZTV sədrini öldürmək istəyənlərə cəza istənilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 29,120.2.5 ( qəsdən adam öldürməyə cəhd, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 29, 120.2.6 (qəsdən adam öldürməyə cəhd, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə törədildikdə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd, iki və daha çox şəxs barəsində törədildikdə), 29,120.2.10 (qəsdən adam öldürməyə cəhd, təkrar törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

    Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini

    Q.Cəbiyevlə M.Namazova tapşırıb. Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə, Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edilib. Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri onu “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər.

    Bundan əsəbiləşən Şücayət Əkbərov növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar. Lakin fikirini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qəti imkan tədbiri verilib.

    Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Ş.Əkbərova 18 il, Z.Şirinova 17 il, Q.Cəbiyevə 16 il və A.Hüseynova 6 il cəza təyin edilməsini xahiş edib.

    Daha sonra söz zərərçəkmiş, A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərova və Hacı Babayevə verilib. Onlar prokurorun cəza tələbi ilə razı olduqlarını bildiriblər.

    Növbəti iclas ayın 13-nə təyin olunub.

  • Gədəbəy rayonunda baş vermiş qətlin üstü açılıb

    Median.Az xəbər verir ki, iyulun 6-da Gədəbəy RPŞ-nin əməkdaşları Cəyir çayının Günəş kəndinin ərazisindən keçən hissəsində, ayın 2-dən itkin düşmüş, Ərtəpə kənd sakini, Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

    Ayın 9-da polis və prokurorluq əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılıb.

    Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Область прикрепленных файлов

  • Bakıda gecə klubunun türk sahibi müştərini döydü – FOTO

    Bakı şəhəri, Səbail rayonunda yerləşən “Oxen” gecə klubunda dava baş verib.

    Median.Az xəbər verir ki, gecə klubunun sahibi Türkiyə vətəndaşı Turkay Mehmetkuşla həmin klubda müştəri olan Emin Əkbərov arasında mübahisə düşüb. Mübahisə zamanı klubun sahibi müştərini döyüb.

    Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


  • Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və… – ŞOK OLAY

    Azərbaycanlı qadınları başqa-başqa ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirli bilinən İradə Poladova, Validə Xudaverdiyeva və Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub.

    İttihama görə, 2017-ci il sentyabrın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.

    Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.

    İradə Poladova paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.

    O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.

    İradə Poladova qadınları İğdır şəhərində yerləşən hotellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.

    Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.

    İstintaq müəyyən edib ki, İradə Poladova bu cinayətləri tək törətməyib. O, rəfiqələri – Validə Xudaverdiyeva və Arifə Sadıqovadan ibarət mütəşəkkil dəstə yaradıb.

    Bu səbəbdən hər iki qadın da həbs edilərək, istintaq cəlb olunublar.

    Cinayət işi üzrə 10 azərbaycanlı qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    Qapalı iclasda təqsirləndirilən şəxslər ifadə verib.

  • Biləsuvar sakini qohumunu güllələyib

    Median.Az xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşları rayon sakini Valeh Hüseynovu saxlayıblar, ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

    Məlum olub ki, iyulun 10-na keçən gecə o, Aşağı Cürəli kəndində yaşayan qohumu Vasif Babayevin evinə gəlib və münaqişə zamanı sonuncuya atəş açaraq, onu yaralayıb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Sumqayıtda 4 oğlandan dəhşətli əməl: insanlara gizlicə yaxınlaşıb… – ŞOK TƏFƏRRÜAT

    Sumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

    Rüfət İmanverdiyev həmin məhəllədə ev 14, mənzil 17-də kirayədə yaşayan tanışı Kamal Abbaslını həyətə çağırıb və onu 38 nömrəli tam orta məktəbin yaxınlığına apararaq ona pul verməsini istəyib.

    Pul istədi, telefonunu aldı

    Bu zaman Kamal Abbaslı ona pulunun olmadığını bildirib. Rüfət ona bıçaqla hədə-qorxu gəlib, istifadəsində olan mobil telefonunu ona verməsini tələb edib. Kamal Abbaslı onun tələbini yerinə yetirməkdən boyun qaçırıb.

    Buna görə də Rüfət İmanverdiyev məqsədinə nail olmaq üçün şillə və yumruqla Kamal Abbaslının bədəninin müxtəlif nahiyələrinə və üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə vurub. O, Kamal Abbaslını hədələyərək, 200 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonunu alıb.

    İnternet kluba gəldi, pul tələb etdi

    Bundan başqa, Rüfət İmanverdiyev həmin ilin dekabrın 14-də, gecə saat 01 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib. Orada müştərilərə faktiki xidmət göstərən Emin Məmmədova öz “odnoklassnik” hesabına pul köçürtmək istədiyini deyib, kompüterdə olan ödəniş sistemini açdırıb, pulu olmadığına görə hesaba pul köçürmək istəməyən Emin Məmmədovun üstünə qışqıraraq kompüter arxasından durmasını tələb edib.

    Bundan sonra Rüfət İmanverdiyev özü kompüter arxasına keçərək həmin sistem vasitəsilə öz istifadəsində olan oyun hesabına 500 manat pul köçürərək və saxlanc yeri hesab olunan kassanın açıq olmasından istifadə edib, oradan Abil Allahverənova məxsus 100 manat pulu götürüb.

    Avtomobil qaçırdı, qəza törətdi

    Daha sonra Rüfət İmanverdiyev 13 fevral 2017-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Nadir Novruzova məxsus “VAZ-2107” markalı, 90-EB-097 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” kafesinin qarşısından talama məqsədi olmadan qaçırıb. O, avtomobili Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində qaz borusuna vuraraq Nadir Novruzova 1440 manat maddi ziyan vurub.

    Dostları ilə birləşib internet kluba gəldi

    Rüfət İmanverdiyev həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, sonuncuya məxsus əmlakı ələ keçirmək fikrinə düşüb.

    Rüfət İmanverdiyev özü ilə gətirdiyi şəxslərlə razılığa gəliblər. Razılığa əsasən, gələn olduğu halda məlumat verməsi üçün bir nəfər klubun qapısının qarşısında, başqa şəxs isə klubun içində dayanıb.

    Bu zaman Rüfət İmanverdiyev klubda müştərilərə xidmət göstərən Rafiq Əfəndiyevdən 50 manat borc pul istəyib. Sonuncu pulunun olmadığını deyib.

    Amma Rüfət İmanverdiyev bu cavabla qane olmayıb, o, kompüter stolunun üzərində olan kassanın açarını icazəsiz götürərək saxlanc yeri hesab olunan kassanı açıb, içərisindəki Abil Allahverənova məxsus 650 manat pulu ələ keçirib.

    Vəziyyətə baxdığı yerə gələndən pul tələbi

    Rüfət İmanverdiyev daha sonra fevralın 28-də Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, orada olan Rahib Rüstəmovu çölə çağıraraq yaxınlıqda heç kimin olmadığı yerə aparıb.

    Orada Rüfət İmanverdiyev onun vəziyyətinə baxdığı yerə gəldiyinə görə ona pul verməli olduğunu Rahib Rüstəmova bildirib.

    Rahib Rüstəmov üstündə 41 manat və bir manatlıq qəpik pullar olduğunu deyib, qəpikləri çıxararaq ona göstərib. Bu vaxt Rüfət İmanverdiyev əlilə vurması nəticəsində qəpiklər ətrafa səpələnib.

    Döyülərək qarət edildi

    Bundan sonra Rahib Rüstəmovun ünvanına nalayiq söyüşlər söyüb, təpiklə vuraraq, onu yerə yıxıb. Sonra yerdən qaldıraraq, bir daha yerə çırpıb, yerdə olan vaxt onu yumruq, təpiklə bədənin müxtəlif nahiyələrindən zərbələr vurub.

    Sonra o, bıçaqla Rahib Rüstəmovun sol ayağına vuraraq ona sol gicgah nahiyəsinin və üzün yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, 41 manat pulunu ələ keçirib.

    Daha bir internet klubunun sahibinə hədə

    Bundan başqa Rüfət İmanverdiyev Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Red club” internet kafedə işləyən Orxan Əlizadədən pul tələb etmək qərarına gəlib.

    Bu məqsədlə o, avqustun 7-də, saat 18 radələrində sosial şəbəkə vasitəsi ilə tanışını həmin kafeyə çağırıb, özü ora daxil olub. Bir müddət sonra ora gələn həmin şəxs ilə söhbət edib, sonra həmin şəxsə çöldə dayanaraq kənar şəxslərin gəldiyi halda məlumat verməsi, onun Orxandan pul tələb etməsi barədə razılığa gəlib.

    Sonra həmin gələn şəxs öz rolunu yerinə yetirmək üçün bayıra çıxıb. Rüfət İmanverdiyev Orxan Əlizadədən pul tələb edib. Sonuncu pul verməkdən imtina etdikdə üstündə gəzdirdiyi bıçaqla onun sol buduna dirəyib, onu vuracağı ilə hədələyib, əlində olan dəyəri 600 manat təşkil edən “Samsunq J7” markalı mobil telefonu ələ keçirib.

    Parkda mütəşəkkil cinayət

    Daha sonra Rüfət İmanverdiyev Sumqayıt şəhəri, “Nəsimi” adına parkda olan oturacaqda oturmuş İlkin Kərimovdan pul tələb etmək qərarına gəlib. O, digər dostları ilə birlikdə, birinin kənar şəxslər gəldiyi halda məlumat verməsi üçün kənarda dayanması, digərləri Gülməmməd Hüseynovun, Vasif Hacıyevin və özünün İlkin Kərimovu dairəyə almaqla pulun alınması barədə razılığa gəlib.

    Bundan sonra Rüfət İmanverdiyev İlkin Kərimova yaxınlaşıb, ondan pul istəyib. Sonuncu onlara az miqdarda pul verə biləcəyini deyərək şalvarının arxa cibində olan pul qabını çıxarıb 1 manat Gülməmməd Hüseynova verib.

    Bu zaman Rüfət İmanverdiyev üstündə olan pulun hamısını verməyi tələb edib. İlkin Kərimov onların tələbini yerinə yetirməkdən imtina edib.

    Bundan əsəbiləşən Rüfət İmanverdiyev İlkin Kərimovun yaxasından tutaraq sifət və boyun nahiyəsinə zərbələr vurub, digər şəxslər isə badalaq vuraraq onu yerə yıxıblar.

    İlkin Kərimovun əynində olan cins şalvarının arxa sağ cibindən dəyəri 8 manat olan pul qabının içərisində olan 190 manat pul olan pul qabını götürüblər.

    Bu zaman yerdən qalxan İlkin Kərimov onlara tərəf gəlmək istəyib. Rüfət İmanverdiyev İlkin Kərimovu üstündə gəzdirdiyi bıçaqla vuracağı ilə hədələyib.

    8 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Rüfət İmanverdiyevin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək), 180.2.2-ci (təkrar soyğunçuluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə),182.2.3-cü (zor tətbiq etmə ilə bağlı hədə-qorxu gəlmə) və 185.2.2-ci (təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işində adı keçən digər təqsirli bilinən şəxslərin barəsində isə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham verilib.

    4 il həbs və şərti cəzalar

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət İmanverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror yetkinlik yaşına çatmayan Rüfət İmanverdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

    Cəza 1 il artırıldı

    Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti qismən təmin edilib və Rüfət İmanverdiyevin cəzası 5 ilə qədər artırılıb.

  • Özünü Zakir Qaralovun qohumu kimi təqdim edib qadının 30 min manatını aldı

    Baş prokuror Zakir Qaralovun adından istifadə edərək özünü onun “kirvəsi” kimi qələmə verib, dələduzluq edən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlayıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Atakişiyev Elşad Maqsud oğlunun məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir.

    Xatırladaq ki, bu cinayət 4 il qabaq baş verib. 2014-cı ildə özünü Zakir Qaralovun “kirvəsi” kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov vətəndaş Səadət Məmişovanı aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıblar və geri qaytarmayıblar.

    Onu da qeyd edək ki, Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, hazırda Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, 5-ci mərtəbə, otaq 53 ünvanda yaşayan Məmişova Səadət Baba qızı Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edib:

    “Həyat yoldaşım Namiq Məmişov həbs olunub. Ona 2012-ci ildə Binəqədi məhkəməsi tərəfindən 4 il iş kəsilib. İlyarımdır həbsxanada yatır. Mən məhkəmənin qarşısında olarkən özünü Baş prokuror Zakir Qaralovun “kirvəsi” kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov mənə ərimi azad edəcəklərini bildirdilər. Birinci dəfə məndən 8 min manat pul aldılar. Sonra 16 min manat istədilər.

    Mən ehtiyat elədiyim üçün 12 saylı notarius vasitəsilə onlara 16 min manat pul verdim. Daha sonra 4 min manat istədilər. Axırda qızıl qolbağımı və qızımın qulağındakı sırğaları aldılar. Mən bütün pulları borca götürmüşəm. Elşad hər dəfə mənə deyirdi ki, narahat olma, Baş prokurorla kirvəyəm yaxın günlərdə ərini azad edəcək. Axırda məlum oldu ki, hər ikisi dələduz imiş. Sonra borc sahibləri pullarını istəməyə başladılar. Mən Elşada və Rövşənə yalvardım ki, pulları qaytarın, yoxsa özümü öldürəcəm. Ancaq onlar heç veclərinə də almadılar. Sonda borc aldığım şəxslər pulu istəyəndə özümü zəhərləyib öldürmək istədim. Məni toksikologiya xəstəxanasına apardılar”.

    Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə dələduzlara cinayət işinin başlandığını bildirib. Onun sözlərinə görə, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material əsasənda Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

    Yasamal polisi Elşad Atakişiyevi 2 gün həbsdə saxlasa da, sonra onu zaminə buraxıb. Ancaq zamində olan E. Atakişiyev məhkəmə çağırışlarına gəlmədiyi üçün bir müddət sonra axtarışa verilib. Axtarışla tutulan Atakişiyev aidiyyatlı orqana təhvi verilib.

  • Arvadını balta ilə öldürən Sumqayıt sakininə prokuror cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil Abduləzimov həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o, öz qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi Famil palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.

    İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı qısqanclıq zəmnində öldürdüyünü bildirib.

    Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.

    Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib.

    Növbəti məhkəmə iclası ayın 17-nə təyin olunub.

  • Sumqayıtda 4 oğlandan dəhşətli əməl: insanlara gizlicə yaxınlaşıb… – Şok təfərrüat

    Sumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

    Rüfət İmanverdiyev həmin məhəllədə ev 14, mənzil 17-də kirayədə yaşayan tanışı Kamal Abbaslını həyətə çağırıb və onu 38 nömrəli tam orta məktəbin yaxınlığına apararaq ona pul verməsini istəyib.

    Pul istədi, telefonunu aldı

    Bu zaman Kamal Abbaslı ona pulunun olmadığını bildirib. Rüfət ona bıçaqla hədə-qorxu gəlib, istifadəsində olan mobil telefonunu ona verməsini tələb edib. Kamal Abbaslı onun tələbini yerinə yetirməkdən boyun qaçırıb.

    Buna görə də Rüfət İmanverdiyev məqsədinə nail olmaq üçün şillə və yumruqla Kamal Abbaslının bədəninin müxtəlif nahiyələrinə və üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə vurub. O, Kamal Abbaslını hədələyərək, 200 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonunu alıb.

    İnternet kluba gəldi, pul tələb etdi

    Bundan başqa, Rüfət İmanverdiyev həmin ilin dekabrın 14-də, gecə saat 01 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib. Orada müştərilərə faktiki xidmət göstərən Emin Məmmədova öz “odnoklassnik” hesabına pul köçürtmək istədiyini deyib, kompüterdə olan ödəniş sistemini açdırıb, pulu olmadığına görə hesaba pul köçürmək istəməyən Emin Məmmədovun üstünə qışqıraraq kompüter arxasından durmasını tələb edib.

    Bundan sonra Rüfət İmanverdiyev özü kompüter arxasına keçərək həmin sistem vasitəsilə öz istifadəsində olan oyun hesabına 500 manat pul köçürərək və saxlanc yeri hesab olunan kassanın açıq olmasından istifadə edib, oradan Abil Allahverənova məxsus 100 manat pulu götürüb.

    Avtomobil qaçırdı, qəza törətdi

    Daha sonra Rüfət İmanverdiyev 13 fevral 2017-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Nadir Novruzova məxsus “VAZ-2107” markalı, 90-EB-097 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” kafesinin qarşısından talama məqsədi olmadan qaçırıb. O, avtomobili Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində qaz borusuna vuraraq Nadir Novruzova 1440 manat maddi ziyan vurub.

    Dostları ilə birləşib internet kluba gəldi

    Rüfət İmanverdiyev həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, sonuncuya məxsus əmlakı ələ keçirmək fikrinə düşüb.

    Rüfət İmanverdiyev özü ilə gətirdiyi şəxslərlə razılığa gəliblər. Razılığa əsasən, gələn olduğu halda məlumat verməsi üçün bir nəfər klubun qapısının qarşısında, başqa şəxs isə klubun içində dayanıb.

    Bu zaman Rüfət İmanverdiyev klubda müştərilərə xidmət göstərən Rafiq Əfəndiyevdən 50 manat borc pul istəyib. Sonuncu pulunun olmadığını deyib.

    Amma Rüfət İmanverdiyev bu cavabla qane olmayıb, o, kompüter stolunun üzərində olan kassanın açarını icazəsiz götürərək saxlanc yeri hesab olunan kassanı açıb, içərisindəki Abil Allahverənova məxsus 650 manat pulu ələ keçirib.

    Vəziyyətə baxdığı yerə gələndən pul tələbi

    Rüfət İmanverdiyev daha sonra fevralın 28-də Abil Allahverənova məxsus “İdeal” internet kluba gəlib, orada olan Rahib Rüstəmovu çölə çağıraraq yaxınlıqda heç kimin olmadığı yerə aparıb.

    Orada Rüfət İmanverdiyev onun vəziyyətinə baxdığı yerə gəldiyinə görə ona pul verməli olduğunu Rahib Rüstəmova bildirib.

    Rahib Rüstəmov üstündə 41 manat və bir manatlıq qəpik pullar olduğunu deyib, qəpikləri çıxararaq ona göstərib. Bu vaxt Rüfət İmanverdiyev əlilə vurması nəticəsində qəpiklər ətrafa səpələnib.

    Döyülərək qarət edildi

    Bundan sonra Rahib Rüstəmovun ünvanına nalayiq söyüşlər söyüb, təpiklə vuraraq, onu yerə yıxıb. Sonra yerdən qaldıraraq, bir daha yerə çırpıb, yerdə olan vaxt onu yumruq, təpiklə bədənin müxtəlif nahiyələrindən zərbələr vurub.

    Sonra o, bıçaqla Rahib Rüstəmovun sol ayağına vuraraq ona sol gicgah nahiyəsinin və üzün yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, 41 manat pulunu ələ keçirib.

    Daha bir internet klubunun sahibinə hədə

    Bundan başqa Rüfət İmanverdiyev Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Red club” internet kafedə işləyən Orxan Əlizadədən pul tələb etmək qərarına gəlib.

    Bu məqsədlə o, avqustun 7-də, saat 18 radələrində sosial şəbəkə vasitəsi ilə tanışını həmin kafeyə çağırıb, özü ora daxil olub. Bir müddət sonra ora gələn həmin şəxs ilə söhbət edib, sonra həmin şəxsə çöldə dayanaraq kənar şəxslərin gəldiyi halda məlumat verməsi, onun Orxandan pul tələb etməsi barədə razılığa gəlib.

    Sonra həmin gələn şəxs öz rolunu yerinə yetirmək üçün bayıra çıxıb. Rüfət İmanverdiyev Orxan Əlizadədən pul tələb edib. Sonuncu pul verməkdən imtina etdikdə üstündə gəzdirdiyi bıçaqla onun sol buduna dirəyib, onu vuracağı ilə hədələyib, əlində olan dəyəri 600 manat təşkil edən “Samsunq J7” markalı mobil telefonu ələ keçirib.

    Parkda mütəşəkkil cinayət

    Daha sonra Rüfət İmanverdiyev Sumqayıt şəhəri, “Nəsimi” adına parkda olan oturacaqda oturmuş İlkin Kərimovdan pul tələb etmək qərarına gəlib. O, digər dostları ilə birlikdə, birinin kənar şəxslər gəldiyi halda məlumat verməsi üçün kənarda dayanması, digərləri Gülməmməd Hüseynovun, Vasif Hacıyevin və özünün İlkin Kərimovu dairəyə almaqla pulun alınması barədə razılığa gəlib.

    Bundan sonra Rüfət İmanverdiyev İlkin Kərimova yaxınlaşıb, ondan pul istəyib. Sonuncu onlara az miqdarda pul verə biləcəyini deyərək şalvarının arxa cibində olan pul qabını çıxarıb 1 manat Gülməmməd Hüseynova verib.

    Bu zaman Rüfət İmanverdiyev üstündə olan pulun hamısını verməyi tələb edib. İlkin Kərimov onların tələbini yerinə yetirməkdən imtina edib.

    Bundan əsəbiləşən Rüfət İmanverdiyev İlkin Kərimovun yaxasından tutaraq sifət və boyun nahiyəsinə zərbələr vurub, digər şəxslər isə badalaq vuraraq onu yerə yıxıblar.

    İlkin Kərimovun əynində olan cins şalvarının arxa sağ cibindən dəyəri 8 manat olan pul qabının içərisində olan 190 manat pul olan pul qabını götürüblər.

    Bu zaman yerdən qalxan İlkin Kərimov onlara tərəf gəlmək istəyib. Rüfət İmanverdiyev İlkin Kərimovu üstündə gəzdirdiyi bıçaqla vuracağı ilə hədələyib.

    8 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Rüfət İmanverdiyevin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək), 180.2.2-ci (təkrar soyğunçuluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə),182.2.3-cü (zor tətbiq etmə ilə bağlı hədə-qorxu gəlmə) və 185.2.2-ci (təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işində adı keçən digər təqsirli bilinən şəxslərin barəsində isə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham verilib.

    4 il həbs və şərti cəzalar

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət İmanverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror yetkinlik yaşına çatmayan Rüfət İmanverdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

    Cəza 1 il artırıldı

    Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti qismən təmin edilib və Rüfət İmanverdiyevin cəzası 5 ilə qədər artırılıb.
     
    ///Publika.az

  • Bakıda oğru girdiyi evdə bıçaqlandı

    Bakıda qəribə hadisə baş verib.

    Median.Az Minval.info-ya istinadıa xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib. Belə ki, 4 oğru ev soymağa girib. Onlardan üçü tutulub, biri isə qarnında bıçaqla xəstəxanaya çatdırılıb.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, oğru özünü qorxudan bıçaqlayıb. Onlara da bunu hadisə yerinə gələn polislər deyiblər.