Category: Kriminal

  • Şabran rayonunda qətl baş verib

    Median.Az xəbər verir ki, rayon sakini Ağayəhya Abbasov (1988-ci il təv.) aralarında yaranmış mübahisə zamanı tanışı, rayon sakini Rəşid Əhmədova (1970-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirilib. Cinayəti törədən A.Abbasov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

    Şabran rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Ceyranbatanda quldurluq edən Sumqayıt sakinləri saxlanılıblar

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elçin Qasımov və Nihad Nəcəfov saxlanılıblar.

    Araşdırma zamanı məlum olub ki, onlar iyulun 4-də Ceyranbatan qəsəbəsində vətəndaş Zaur Beydullayevı döyərək, quldurluq yolu ilə ona məxsus 164 manat pulu, mobil telefonu və eynəyini ələ keçiriblər.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1 (qulduqluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakı polisi oğurluğa görə 6 nəfəri saxlayıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi və Yevlax RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də vətəndaş M.Tuayevanın, içərisində 700 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olan pul qabısını oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynovu saxlayıblar.

    Bundan əlavə, Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları mayın 25-də rayon ərazisindəki mağazadan 678 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini olan yeniyetməni saxlayıblar, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları rayon ərazisindəki mənzillərdən birindən rəsm əsəri oğurlayan Ucar rayon sakini əsən Hacıyevi saxlayıblar, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini B.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 2 ədəd təkəri oğurlayan paytaxt sakini Emin Mirzəyevi saxlayıblar, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları istintaq-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ramin İsgəndərovu saxlayıblar. Məlum olub ki, o ötən il avqustun 19-da qanunsuz evə daxil olaraq, oradan 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlayıb, Qaradağ RPİ-nin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində, mağazaların birindən 974 manat və 7100 dollar oğurlayan Bakı şəhər sakini Zabil Səmədovu saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Hövsanda 500 manata görə falçını öldürən şəxsin cəzası dəyişdirilməyib – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Qazax rayon sakini Namiq Vəkilovun (1985-ci il təv.) CM-nin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunmasına dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın (1963-cü il təv.) yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.

    Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.

    Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.
    O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.
    Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli “Tramadol” həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq N.Vəkilovun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.





















  • Qusardakı qətlin təfərrüatı- “Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”

    Qusar rayonunda 30 yaşlı kişinin qətlinin bəzi təfərrüatı məlum olub.

    Rayonun Gədəzeyxur kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Səlim Mirzəbəyov yaxın qohumu İlham Qədirovu bir bıçaq zərbəsi ilə öldürüb:

    “Məclis toy sahibinin həyətində idi. Onlar da qohumdurlar. İçkili olub bir-biri ilə mübahisə ediblər. Səlim Mirzəbəyovun əlində bıçaq olub, toyda qəssablıq edirmiş. İlhama bir bıçaq zərbəsi vurub. Xəstəxanaya aparmaq istəyəndə o, elə yolda dünyasını dəyişib. Bir bıçaq zərbəsi ilə toyu yasa döndərdi”.

    Qeyd edək ki, Qusarda qətl hadisəsi olub. Rayonun Gədəzeyxur kənd sakini Mirzəbəyov Səlim Balabəy oğlu toyda şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov aldığı xəsarətdən dünyasını dəyişib.

  • Qayınatasını və qaynını bıçaqladı -Kürdəmirdə dəhşətli cinayət

    Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

    Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

    Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bomba qoyub partladacam” – 3 dəfə həbs olunmuş məhkumdan şok etiraflar – VİDEO

    ARB TV-nin “Rezonans” verilişinin növbəti buraxılışnda üç dəfə məhbus həyatı yaşayan Taleh Həsənovun həbsxana hekayələrindən bəhs olunub:

    Taleh Həsənov – cəzası 4 il (ümumi 13 il): “1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Üç uşağım var. 13 ildir ki, həbsxanada yaşayıram. Bakıya gəldim, “şofer” idim. Onun-bunun maşınında işlədim, gördüm belə ailə saxlamaq olmur. Məcbur oldum belə bir şey etdim. Axırda da peşman oldum. Avtobusda işləyirdim. 3 nəfər şəxs mənə yaxınlaşdı ki, “Son zəng”imizdir, bizi gəzməyə apar, pulunu ödəyərik. Getdik, gəldik. Sumqayıt ərazisində yaşıllıq bir yer var. Bu uşaqlar başladı oradakı otu əzməyə. 102-yə zəng etdilər, onlar da gəlib bizi bölməyə apardılar. Mən də Bakıya gəldim. Əvəz çıxmaq üçün yalandan zəng etdim ki, mən filan bölməyə bomba qoyuram partladam. Birinci dəfə buna görə həbs olundum.

    İkinci dəfə dövlət işçisinə əl qaldırdığıma görə həbs olundum. Həbsxanadan çıxandan sonra bankdan 3500 manat pul götürdüm. Ödəmədim. Bank işçisi ilə dalaşdım və ona xəsarət yetirdim. İmkansızlıq idi, kirədə yaşayırdım.

    Üçüncü dəfə həbsdən çıxandan 3 ay sonra avtobus “şofer”i kimi Qazax-Bakı yolu işləyirdim. Bir nəfər iş yoldaşım pul verdi ki, bunu verərsən Bakıda filankəsə. Gətirdim pulu verdim. Həmin şəxs mənə yenidən pul etibar edəndə mən növbə yoldaşımla o pulu aramızda böldük. Amma bilmirdim ki, artıq axtarışdayam və tutuldum”.

  • Bakıda bar qızı ilə eşq yaşayan oğlandan DƏHŞƏTLİ ƏMƏL: gizlicə sevgilisinin iki rəfiqəsini…

    Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən il avqustun 30-da Nizami rayonu, Qara Qarayev prospektindəki binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.

    Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

    Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə paytaxt sakini Şəhriyar Əlizadə tutulub.

    Məlumata görə, xəsarət alanlardan biri həmin binadakı mənzildə kirayədə yaşayır. Hadisə barda işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışı olub.

    Məlum olub ki, Şəhriyar Əlizadə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın üstündə cinayəti törədib. Elyanora əvvəlcə Şəhriyar Əlizadə ilə birlikdə təqsirləndirilən şəxs qismində işə cəlb olunsa da, sonradan cinayətin əsas şahidinə çevrilib.

    Barda işləyən bu qadınlar arasında telefon üstündə mübahisə yaranıb. Mübahisəni həll etmək istəyən Şəhriyar Əlizadə sevdiyi qadının telefonunu geri almaq istəyib. Lakin zərərçəkmiş qadınlar Şəhriyarın istəyinə rədd cavabı veriblər.

    Bundan əsəbiləşən Şəhriyar bıçağa əl atmalı olub.

  • Dələduz “iş adamı” 9 il müddətinə cəzalandırılıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əhməd Quliyevin CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Ə.Quliyev özünü iş adamı kimi göstərərək Sumqayıt şəhə sakini Məhburə Hüseynovanın etibarından sui-istifadə edib və bunun nəticəsində onun 303.000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Götürdüyü pulun əvəzində o, qadına kommersiya obyekti tikib, müvafiq sənədləri düzəldəcəyini söz verib.

    Zərərçəkmişin şikayətindən sonra araşdırmaya başlayan polis Əhməd Quliyevi axtarışa verib. Saxlanılandan sonra istintaq dövründə o, polis nəzarətində qalıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərara əsasən, o iclas zalında həbs edilib.

  • Suraxanıda borca görə dostunu öldürən şəxs 10 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sənan Əzimovun (1987-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevarıln 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində, dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Sənan Əzimov tanışı Rüfət Palejniyə (1987-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürüb. Hadisədən sonra Əzimov könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

    İstintaq zamanı məlum olub ki, işsiz olan dostlar birgə iş qurmaq qərarına gəliblər, fikirləri telefon mağazası açmaq olub. Buna görə hər ikisi müəyyən qədər pul tapıb. Ayın 20-də isə aralarında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı Rüfət Sənanın ünvanına söyüşlər işlədib. Əsəblərini cilovlaya bilməyən Əzimov isə bıçaqla dostuna 2 zərbə endirərək, onu öldürüb.

    Məhkəmə prosesində Sənan Əzimov ittiham üzrə özünü qismən təqsirli bilib. O cinayəti tamah məqsədi ilə törətmədiyini deyib : “Rüfət mənim uşaqlıq dostum olub. İş qurmaq üçün ondan 6000 manat pul almışdım. Yanımda işləyirdi, həmin məbləğdən 1500 manatı qaytardım. Fevral ayında gözlənilmədən məndən qalan bütün borcu istədi. Məni görüşə çağırdı, deyəsən sərxoş idi. Söz verdim ki, pulu qaytaracam. Mənə əl atdı, onu yumruqla vurdum. Yerə yıxıldı, qaldırdın ayağa. Dedi ki, gedək dostlarımı çağırım, söhbət edək. Mənə zəng gəldi, telefonla danışanda gördüm ki, yerdən nəsə götürüb, üstümə gəlir. Geri çəkilib, bilmədən onu bıçaqla vurdum”.

    Əzimov əməlindən peşman olduğunu bildirib, mərhuma qaldığı pul borcunu doğmalarına qaytaracağını söz verib.

    İfadə verən zərərçəkmişin hüquqi varisi Vasiliy Palejniy deyib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.

    Çıxış edən dövlət ittihamçısı S.Əzimova 17 il cəza təyin edilməsini xahiş edib.

    Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.