Category: Kriminal

  • Alimin evindəki 1 milyonluq oğurluq işi böyüyür – “Əl izi göstərilsin”

    Alimin evindən bir milyon manat pul və zinət əşyaları oğurlamaqda ittiham olunan Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov redaksiyamıza müraciət edib.

    Şikayətçi “Qafqazinfo”ya bildirib ki, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında qızı cinayət məsuliyyətinə cəlb olunub. Ancaq ata qızının oğurluq etmədiyini, bu şikayətin onlara qarşı bir təxribat olduğunu iddia edib:

    “Qızım Xanım 2010-2014-cü illərdə Aybəniz Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə Xanımın Aybəniz Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub. Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb və Metropolitendə işləməyə başlayıb. Onlar dəfələrlə qızıma işə geri dönməsi üçün müraciət etsələr də, Xanım geri qayıtmayıb.

    Artıq qızımın onlara kömək etməyəcəyini görən ailə düz 3 il sonra, ötən ilin iyul ayının 23-də qondarma oğurluq ittihamı ilə polisə müraciət edib və Xanım 177.3.2 maddəsi ilə həbs olunub. Elə həmin gün də məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə bu müddət 3 ay da artırılıb.

    İddia olunur ki, Xanım 536 min ABŞ dollar və 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Qızım oğurluq edibsə, əl izi, sübütlar göstərilsin. Sübut olunsun ki, həqiqətən də Aybəniz xanımın kassasında 536 min dollar vəsait olub və həmin pul qızım tərəfindən oğurlanıb.

    Açıqlamasında kamera görüntülərinin olduğunu deyib. Elə bir şey yoxdur. Varsa da, təqdim olunmasını tələb edirik. Bundan başqa, onlar qızımdan sonra o evdə xadimə işləmiş xanımı da 200 min manat oğurlamaqda ittiham edərək tutdurub. Necə olur ki, hər evə gələn oradan yüz minlərlə pul oğurlayıb gedir? Nəsimi Rayon prokuroru Salman Məmmədli həmin ailənin qohumudur və bu səbəbdən bütün məsələlər onların xeyrinə həll olunur”.

    “Qafqazinfo” məsələylə bağlı şikayətdə adıçəkilən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva ilə əlaqə saxlayıb. Aybəniz Əliyeva istintaq getdiyi üçün bu günə kimi mediaya açıqlama vermədiklərini, qarşı tərəf saytlara yanlış informasiya verdiyi üçün yenidən məhkəməyə cəlb olunduğunu bildirib:

    “Biz bu barədə mediaya hər hansı bir açıqlama verməmişik. Cinayət faktı artıq təsdiqlənib, oğurluq edən şəxs də həbsdədir. Biz nüfuzlu ailəyik, evimizdə oğurluq olunması bzim günahımız deyil. Odur ki, adımızın belə məsələlərdə hallanmasını istəmirik”.

  • Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı şok əməl: görüşür, sonra…

    “Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Median.Az xəbər verir ki, Nüşabə Baxışova 2008-ci ildə külli miqdarda dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, barəsində təyin edilmiş hökm dəyişdirilib, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
    2012-ci ildə Nüşabə Baxışova Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkumluğunun üzərindən götürülməsini istəyib. Məhkəmənin 17 avqust 2012-ci il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülüb.
    Məhkumluğu üzərindən götürülən Nüşabə Baxışova yenidən “Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləməyə başlayıb.

    4 aya düzələn təqaüd

    Nüşabə Baxışova Sumqayıt şəhər sakini Roza İbrahimovaya özünü vəkil kimi təqdim edib. Onun “Kimya” zavodunda işləmiş, xəstə olan əri İsfahan İbrahimovun pensiya almasına köməklik göstərəcəyi barədə vəd verib.
    Nüşabə Baxışova Roza İbrahimovanın ərinin vaxtından əvvəl 54 yaşından pensiyaya çıxarılmalı olduğunu bildirib, məhkəmələrdə olan əlaqələrindən istifadə edərək 4 ay ərzində İsfahan İbrahimovun pensiya alması və əvvəlki illərdən qalmış pulların da ödənilməsi barədə məhkəmə qətnaməsi çıxartdıracağına söz verib.
    Roza İbrahimovanı aldadan Nüşabə Baxışova 2013-cü ilin yayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən “Advocacy Center” MMC-nin ofisində 3500 manat alıb.

    Avropa Məhkəməsinə müraciət

    Bundan başqa o, Eynulla Əliyevə “Azərenerji” ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3 otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərəcəyini bildirib. O, Eynulla Əliyevin arvadı Səmayə Əliyevaya həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verib. Bu məqsədlə Səmayə Əliyevanın 2300 manatını ələ keçirib.
    Daha sonra həmin ilin oktyabrında Kərimulla Hümmətov ona müraciət edib və Abşeron rayon Saray qəsəbəsində oğlu üçün aldığı 0,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini istəyib.
    Nüşabə Baxışova Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olan əlaqələrindən istifadə edərək bir ay müddətində həmin torpaq sahəsini sənədləşdirəcəyini vəd verib və oktyabrın 10-da Kərimulla Hümmətovdan 3000 manat alıb.

    Mənzil davası

    Növbəti dəfə Sumqayıt şəhər sakini Sona Quliyeva işlədiyi zavoddan mənzil almasına köməklik göstərməsi üçün Nüşabə Baxışovaya müraciət edib. O, Sona Quliyevaya özünü vəkil kimi təqdim edərək fəaliyyət göstərməyən “Sumqayıt Boru Prokat” zavodunda ev tikintisi aparılmadığından bu məsələnin məhkəmə və digər qaydada həll edilməsinin mümkünsüz olduğunu bildiyi halda, zavoda yaşayış sahəsinə ehtiyacı olan qismində alındığı uçotunu bərpa edib və ona mənzil verilməsini məhkəmə qaydasında həll edəcəyinə söz verib.
    Bu işi görmək adı ilə Nüşabə Baxışova zərərçəkmişdən ayrı-ayrı vaxtlarda pul alıb. O, bu işdən ümumilikdə 4500 manat məbləğində pul mənimsəyib.
    Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə Simnarə Yarmətova üzləşib. 2013-cü ilin dekabrında ona müraciət edən Sumnarə Yarmətova oğlu Bəxtiyar və gəlini Gülnarəni qanunla müəyyən edilmiş qaydada yaşadığı evdən qeydiyyatdan çıxarılmasına köməklik göstərməsini istəyib.

    Vəkilin rüsumu

    Nüşabə Baxışova qadına bu məsələni 3 ay ərzində məhkəmə qaydasında həll edəcəyinə söz verib və aldatmaq yolu ilə ondan ilkin olaraq vəkil kimi işdə iştirak etməsinə görə rüsum adı ilə 300 manat alıb.
    Sonradan Nüşabə Baxışova Simnarə Yarmətovaya oğlu və gəlininin ata yurdundan payları olduğunu deyib və onların hesabına 10000 manat ödənilməli olduğunu bildirib. Bu ödənişi etmək üçün Nüşabə Baxışova hissə-hissə olmaqla Simnarə Yarmətovadan 10000 manat alıb.

    4 nəfər necə tapıldı?

    Bundan başqa, Nüşabə Baxışova 5-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin atasının adına sənədləşdirilməsinə köməklik göstərməsi üçün ona müraciət edən Murad Abbasova əlaqələrindən istifadə edib, qeyri-yaşayış sahəsinin özəlləşdirmə şəhadətnaməsində adları olan 4 nəfər şəxsi taparaq, onlardan etibarnamə alıb, həmin şəxslərin adlarını şəhadətnamədən çıxarıb və sahəni Muradın atasının adına sənədləşdirməyə vəd verib.
    Bu məqsədlə o, 2014-cü ilin əvvəlinə kimi həmin sənədi Murad Abbasova təqdim edəcəyinə dair yalan vəd verib və ondan 4000 manat alıb.
    Nüşabə Baxışovanın növbəti dələduzluğu ilə üzləşənlərdən biri də Natiq Hüseynov olub. Natiq Hüseynov arvadı Afaqla qaynı Babəkin arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, ev 19/68 saylı, 3 otaqlı mənzillə bağlı yaranmış mübahisəsini və bacısı Sevil Hüseynovanın ölümünə səbəb olmuş dərman satışı ilə məşğul olan firmaların onlara vurduğu 12000 manat dəyərində olan ziyanın ödənilməsinə köməklik göstərməsindən ötrü Nüşabə Baxışovaya müraciət edib.

    Bir ailənin davası

    Nüşabə Baxışova Natiq Hüseynova özünü vəkil kimi təqdim edərək ailə üzvləri arasında olan əmlakın bərabər bölünməli olduğunu bildiyi halda, mənzillə bağlı yaranmış mübahisəsini məhkəmədə olan əlaqələrindən istifadə etməklə, məhkəmə qaydasında arvadının xeyrinə həll edərək qaynının həmin mənzildən çıxarılmasına vəd verib.
    Bundan başqa, o, Natiq Hüseynova vurduqları ziyana görə firmaların 12000 manat deyil, 20000 manat cərimə ödəmələri barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verib. Bu işləri görmək məqsədilə Natiq Hüseynovdan 5300 manat alıb.

    Vəkil, yoxsa jurnalist?

    Nüşabə Baxışova növbəti dələduzluq etdiyi Abubəkir Məhərrəmova özünü vəkil kimi və “Dünya” TV-nin əməkdaşı kimi təqdim edib. Onunla bir evdə yaşayan, əsəb xəstəliyindən əziyyət çəkən oğlu Etibar Məhərrəmovun və gəlininin yaşadığı mənzildən çıxarılaraq, özəlləşdirməklə satıb ayrı mənzil almasına köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Abubəkir Məhərrəmovdan 2030 manat alaraq dələduzluq edib.
    Nüşabə Baxışovanın dələduzluq etdiyi növbəti şəxs Fatimə Hüseynova olub. Fatimə Hüseynova ərini əvvəlki arvadından xilas etmək məqsədilə ona müraciət edib. O, Fatimənin ərinin əvvəlki arvadı ilə aralarında olan aliment və mənzil davası ilə bağlı mübahisənin məhkəmədə onların xeyrinə həll edəcəyimə vəd verib. Bunun üçün Fatimə Hüseynovadan 570 manat alıb.
    Nüşabə Baxışova Fatimə Hüseynovaya qarşı başqa bir dələduzluq da edib. Onun əri Mübariz Vəliyevi neft şirkətinin işçisi kimi əlillik pensiyasına çıxaracağına və ərinin adına əlil kimi dövlət hesabına mənzil verdirəcəyinə dair vəd verib. Bu işi görmək üçün Fatimə Hüseynovadan 10 min manat alıb.

    Üzümçülükdə əmlak davası

    Bundan başqa, Nüşabə Baxışova ailə məsələləri problemlərinin həll edilməsi adı ilə Afət Cəfərovaya qarşı dələduzluq edib. Afət Cəfərova əri Ələddin İbrahimovun əvvəlki arvadı ilə Beyləqan rayonu, Üzümçülük kəndində olan əmlakla bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv etdirilməsinə köməklik göstərməsi üçün 7 aprel 2014-cü il tarixdə Nüşabə Baxşovaya müraciət edib.
    Nüşabə Baxşova Afət Cəfərovaya özünü vəkil kimi təqdim edib, məhkəmə qərarından şikayət verərək birinci instansiya məhkəməsinin qərarının ləğv etdirəcəyinə yalandan vəd verib.
    Nüşabə Baxışova Afət Cəfərovaya məsələnin həll edilməsi üçün özü Beyləqan rayonuna gedib, onların yaşadığı qəsəbə icra nümayəndəliyindən ərinə məxsus sənədləri götürərək məhkəməyə təqdim edəcəyini, bir ay ərzində işin həll olunacağına söz verib.
    Bundan ötrü Nüşabə Baxışova zərərçəkmişdən 2000 manat tələb edib. Afət Cəfərova o qədər pulu olmadığını bildirib və sonda 1000 manat verə bilcəyinə dair razılaşıblar. Sonra Afət Cəfərova hissə-hissə olmaqla Nüşabə Baxışovaya ümumilikdə 1000 manat verib.
    Daha sonra Nüşabə Baxışova evinin təmirini keyfiyyətsiz aparmaqla işi yarımçıq qoymuş ustalara qarşı mülki iddia qaldırmış Rəsmiyyə Məmmədovaya qarşı dələduzluq edib.

    Məhkəmə qətnaməsinin ləğvi planı

    Nüşabə Baxışova ustalar tərəfindən vurulan ziyanın ödənilməsi barədə verdikləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilməklə, qətnamənin ləğv etdirilməsinə köməklik göstərəcəyinə vəd verib. Bunun üçün Rəsmiyyə Məmmədovadan 4200 manat alaraq dələduzluq edib.
    Nüşabə Baxışova Sumqayıt şəhəri H.Z.Tağyev qəsəbəsində adına torpaq sahəsi olmadığına baxmayaraq, tanışı Arzu Qocayevaya həmin qəsəbədə 7,5 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin hər sotunu 850 manata satması barədə yalan məlumat verib.
    Arzu Qocayeva həmin məlumatı gerçək kimi qəbul edərək torpaq sahəsini almaq və pulunun 3000 manatını əvvəlcədən Nüşabə Baxışovaya verib, qalanını isə bankdan kredit götürərək hissə-hissə ödəmək imkanına malik olduğunu ona deyib. O, Arzu Qocayevanın bu təklifini qəbul edib və ondan 3000 manatı alıb.

    Yalan vəd və 9 minlik dələduzluq

    Bundan başqa, Nüşabə Baxışova “Kimya” zavodunda işlədiyinə görə əlavə təqaüd verilməsinin həll edilməsinə köməklik göstərmək üçün ona müraciət etmiş Tacir İspatova qarşı dələduzluq edib. O, Tacir İspatova özünü vəkil kimi təqdim edərək ayda 500-700 manata qədər təqaüd verdirəcəyinə və almadığı illər üçün yenidən hesablatdıracağına, ilkin olaraq 35700 manatadək pul ödətdirəcəyinə dair yalan vədlər verib. Ondan hissə-hissə olmaqla ümumilikdə 9000 manat alıb.
    Daha sonra Nüşabə Baxışova Sumqayıt şəhərinin 49-cu məhəllə ərazisində olan 1,5 ha torpaq sahəsini sənədləşdirib və sonradan özəlləşdirilməsinə köməklik göstərilməsi üçün ona müraciət etmiş İntiqam Şıxməmmədovdan 2000 manat, qardaşı Füzulinin ata evinə qeydiyyata alınması və ata evinin qardaşı ilə anası arasında bölüşdürülməsi məsələnin həll edilməsi ilə əlaqədar ona müraciət etmiş Şahnax Xəlilovadan 7050 manat, işə bərpa olunmasına köməklik göstərilməsindən ötrü ona müraciət etmiş Nüşabə Mikayılovadan 1000 manat, yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasına köməklik göstərmək üçün ona müraciət etmiş Sara Məmmədovadan 670 manat, əri ilə boşandıqdan sonra birgə yaşadıqları evi satdıraraq özünə ev alınmasında köməklik göstərmək üçün ona müraciət etmiş Rəhilə Rzayevadan 2000 manat alaraq, dələduzluq cinayətləri törədib.
    İstintaq orqanı tərəfindən Nüşabə Baxışovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

    Cəza 9 ildən 5 ilə endirildi

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nüşabə Baxışova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Nüşabə Baxışovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 1787.3.2-ci maddəsi həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrinə tövsif edilib.
    Məhkəmə onun barəsində olan 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ilə endirilməsi barədə qərar çıxarıb.
    Bu qərardan narazı qalan təqsirləndirilən şəxs bəraət alması məqsədilə kasasiya şikayəti verib. Həmçinin zərərçəkmişlərdə kasasiya şikayəti, prokuror isə kasasiya protesti verib. Zərərçəkmişlər və prokuror Nüşabə Baxışovanın cəzasının ağırlaşdırılmasını istəyiblər.
    Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib və iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.(Publika.az)

    Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  • Arvadı və qayını tərəfindən öldürülüb həyətdə basdırılan kişinin atası DANIŞDI — VİDEO

    Qəbələdə itkin düşmüş şəxslə bağlı aparılan araşdırmalar hadisənin qətl olduğunu üzə çıxarıb.

    Median.Az ARB Şəki-yə istinadən xəbər verir ki, həyat yoldaşı və qardaşı birləşərək Qəbələ sakinini öldürüb, sonra itkin düşmüş kimi qələmə verməyə çalışıblar.

    Ancaq hadisə tez bir zamanda gün üzünə çıxıb. Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

    Ağaməmməd Rəfiyev – Mərhumun atası: “Mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdu burada. Gəldim evə”.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman qadın ərinin qardaşı Vüsal ilə birgə daşla baş nahiyəsinə vuraraq qətlə yetirib. Cəsədini isə həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.
    Əfruz Rəfiyeva- Mərhumun bibisi: “Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik. Polislər həyətdə uşağı axtarırdılar. 5 dəqiqə keçmədi ki, meyiti tapdılar”.

    Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda kişi arvadı və qaynı tərəfindən daşla öldürülüb – DƏHŞƏT

    Qəbələ rayonunda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Belə ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

    V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

  • Azərbaycanlı qadın “Youtube”un baş ofisində intihar etdi – FOTO + VİDEO

    “Youtube”un Amerikada yerləşən baş ofisində atışma hadisəsi baş verib.

    Median.Az Mirror-a istinadən xəbər verir ki, Nasim Aghdam adlı qadın ofisdə olan üç nəfəri yaralayıb, daha sonra isə intihar edib.

    Onun bu hərəkətinə səbəbin “Youtube”un həmin qadının hesabını bloka atması göstərilir.

    Sosial şəbəkələrdə heyvan haqlarını müdafiə edən Nasim Aghdam həm də veqan olub.

    Cənubi Azərbaycan vətəndaşı olan 39 yaşlı Ağdam bir neçə il öncə “Facebook” da “Dəmir Tuman Turanə” adlı hesab açaraq, insanları lağa qoyurmuş.

    İstifadəçilərə yazdığı rəylərdən və mesajlardan onun psixi problemləri olması da istisna edilmir.






  • Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabr ayında baş verib.

    Hökmə əsasən, S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən ilin sentyabrında yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri – 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

    Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.

    Həmin anın görüntülərini təqdim edirik.

  • Masazırda bibisini öldürən gəncin məhkəməsi başlayıb

    ​Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüsal Şıxəliyevin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 3-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevaya (1975-ci il təv.) balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

    Tutulan Vüsal Şıxəliyev cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış aprelin 9-na təyin olunub.

  • Azərbaycanlı məmur həbsxanada öldü

    Bakıda məhkum xəstəlikdən ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

    Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb.

    O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

  • “Yaşka Bakınski”ni öldürən şəxsin cəzası dəyişdirilmədən saxlanılıb – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Elxan Ağayevın (1976-cı il təv.) CM-nin 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il mayın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində kriminal aləmdə “Yaşka Bakinski” kimi tanınan Baləhməd Baləhmədov (1952-ci il təv.) qətlə yetirilib. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən Qaradağ RPİ və 10-cu polis bölməsinin əməkdaşları onun qohumu, əvvəllər 3 dəfə məhkum olunan Elxan Ağayevı saxlayıblar. Sonuncu əməlini etiraf edib.

    İstintaqın gedişatında məlum olub ki, qətldən 1 ay əvvəl onların arasında münaqişə yaşanıb. Belə ki, Ağayev Baləhmədovun kriminal aləmdəki nüfuzunu artıq saymadığı bildirib. Bu isə Baləhmədin xoşuna gəlməyib və o, Elxanı bıçaqlayıb. Ağayev “Yaşka Bakinski”dən intiqam almağı qərarlaşdırıb və bu planını mayın 22-də həyata keçirib. O, sərxoş vəziyyətdə Baləhmədovun evinə gəlib və yataq otağında bıçaqla zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib.

    Araşdırma zamanı aydınlaşdırılıb ki, öldürülən Baləhməd Baləhmədov üst-üstə 38 il məhkumluq həyatı yaşayıb. “Vladimirskiy Sentral” kimi həbsxanada, o cümlədən Tyumen və Mahacqalada islah əmək koloniyalarında çəza çəkib. “Qanuni oğru” titulunu alsa da, bir müddətdən sonra həmin addan məhrum edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs, сəzasını ciddi rejimli CÇM-də çəkməklə
    18 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, E.Ağayevin şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.





  • Oğlunun gözü qarşısında 52 yaşlı anasını ZORLADI VƏ… – Qubada DƏHŞƏTLİ OLAY

    Quba rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Bəhruz Paşayev 2016-cı il sentyabrın 29-da həmkəndlisi Əvəz Babayevin Quba rayonunun Alekseyevka kəndində keçirilən toy məclisində iştirak edib, spirtli içki qəbul edib.

    Bəhruz Paşayev sərxoş vəziyyətində saat 22-də 1964-cü il təvəllüdlü Sahibə Babayevanın (ad və soyad şərti verilib – H.Z.) yaşadığı Mirzəqışlaq kəndində yerləşən evin qarşısına gəlıb. O, Sahibə Babayevanın yatdığı otağa daxil olub.

    Sahibə Babayeva ilə cinsi əlaqədə olmaq məqsədi ilə zor tətbiq edib. Cinsi əlaqədə olmaq istəyən Bəhruz Paşayev Sahibə Babayevaya xəsarətlər yetirib.

    Bu zaman Sahibə Babayeva Bəhruz Paşayevdən aralanmağa nail olub və yerindən qalxaraq özünü müdafiə etmək məqsədilə odun peçinin üzərindəki qaynar su ilə dolu qəhvədanı götürərək onun üstünə töküb.

    Daha sonra əlbəyaxa olan Bəhruz Paşayev Sahibə Babayevanı yenidən döşəməyə yıxaraq, əynindəki paltarı soyundurmaq istəyib. Həmin vaxt Sahibə Babayeva corabını soyunmaq adı ilə Bəhruzu aldadıb və yerdən ayağa qalxıb. Yerdən qalxan Sahibə Babayeva otaqdan bayıra qaçıb.

    Bəhruz Paşayev isə dalınca qaçmaqla qadını tutub geri gətirib. Sahibə Babayeva Bəhruzun ondan əl çəkmədiyini görərək qışqırıb. Bu zaman otağa qadının oğlu Sahil girib.

    “Əri intihar edəndən sonra aramızda münasibət yaranıb”

    Sahil Babayev Bəhruz Paşayevi anasının üstündə olduğu vəziyyətdə görüb. Sahil qəhvədanın qapaq hissəsi ilə Bəhruz Paşayevin baş nahiyəsindən bir neçə dəfə vurub.

    İstintaq orqanı tərəfindən Bəhruz Paşayevə qarşı Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1.-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Quba rayonunun Mirzəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır: “Sahibə Babayeva kənddə mağaza işlədib. Onun əri intihar edəndən sonra aramızda münasibət yaranıb. Bu münasibətin yaranmasına təklifi Sahibə edib”.

    “7-8 il intim münasibətlərimiz olub”

    Bəhruz Paşayevin sözlərinə görə, 2004-cü ilin yay aylarında Sahibə onu evinə çağırıb və həmin gündən başlayaraq onların arasında 7-8 il intim münasibətlər yaşanıb: “Valideynlərim bu barədə öyrəndikdən sonra 2013-2014-cü illərdə həmin münasibətləri kəsmişəm. 2016-cı il sentyabrın 29-da qonşumuz Əvəzin toyunda ailəvi iştirak etmişik. Toyda Sahibə yerini dəyişərək, digər stola keçdi. Orada mənimlə üzbəüz oturdu. Spirtli içki içdiyimdən sərxoş olmaqla qadının açıq-saçıq geyimi məni cəlb etdi”.

    “Ayılanda qan içində gördüm”

    Bəhruz Paşayev qeyd edib ki, təxminən saat 21-də toydan çıxaraq kəndə qayıdıb: “Kənddə Sahibə əli ilə işarə edərək məni dükana çağırdı. Orada oğlanlarının aramızdakı münasibətdən şübhələndiklərini dedi. Bu vaxt Sahibənin kiçik övladı Sahil qapını açaraq içəri girdi. Oğlunu görəndə Sahibə mənə əl-qol atmağa başladı. Sahil isə odun peçinin üzərində olan qaynar su ilə dolu qəhvədanı götürərək üzərimə atdı. Bundan sonra Sahibənin böyük övladı İlkinin arvadı da oraya gəldi. Əllərində olan məişət ləvazimatları ilə məni döyməyə başladılar. Bundan sonra huşumu itirdim, ayılanda artıq yolda qan içində olduğumu gördüm. Qonşumuz Eyvaz Məmmədovu çağıraraq, onun evinə getdim. Oradan qonşumuz Sakit Məmmədov və anamla birlikdə xəstəxanaya getdik. Həkimlərin mənə tibbi yardım göstərdikləri zaman kürək nahiyəmdən iki dəfə güclü zərbə aldığımı hiss etdim. Sonradan məni bıçaqla vuran şəxsin Sahibənin ortancıl övladı Vidadinin olduğunu bilmişəm”.

    “Ərim intihar edib”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, Quba rayonunun Mirzəqışlaq kəndində övladları İlkin, Vidadi və Sahil, gəlini və nəvəsi ilə birlikdə yaşayır: “Ərim spirtli içkiyə aludə olmaqla 2003-cü il yanvarın 14-də sərxoş vəziyyətdə evin həyətindəki tövlədən özünü asaraq intihar edib. 2016-cı il sentyabrın 29-da saat 15-də Quba rayonundakı “Ülviyyə” şadlıq evində qonşumuz Əvəzin toy məclisində iştirak etmək üçün kiçik övladım Sahil, qayınlarımın arvadları və qonşularımızla birlikdə avtobusla şadlıq evinə getdik. Toyda hamımız bir stolda oturduq. Sonra isə gəldiyimiz avtobusla evə qayıtdıq”.

    “Məni tutmaq istədi”

    Sahibə Babayevanın sözlərinə görə, evə çatdıqdan sonra həyətində işlətdiyi mağazanın yardımçı otağında əyləşərək alma yeyə-yeyə televizora baxıb: “Bu zaman Xanlar adlı qonşumuz mağazaya gəldi və dəftər-qələm aldı. Həmin vaxt qonşumuz Sərxan Paşayev və Asim Abasov mağazanın qabağında dayanaraq söhbət edirdilər. Təxminən 15 dəqiqədən sonra Bəhruz Paşayev yardımçı otağın həyət tərəfdən olan qapısını açaraq içəri girdi. Həmin qapı evin həyətinə açıldığından oradan ancaq özüm və ailə üzvlərimiz istifadə edir. Bəhruz Paşayevin həmin qapıdan istirahət etdiyim otağa icazəsiz daxil olduğu üçün yerimdən qalxdım. Ona “hara gəlirsən, çıx bayıra”, – deyə bildirdim. Lakin Bəhruz sözlərimə əhəmiyyət vermədi, üstümə gələrək, məni tutmaq istədi. Əlimdəki almanı kəsmək üçün istifadə etdiyim bıçaqla Sərxanın başına, üzünə, boynuna, kürəyinə 5-6 bıçaq zərbəsi vurdum”.

    “Üstümdən dur, dediklərinlə razılaşaram”

    Sahibə Babayeva qeyd edib ki, Bəhruz Paşayev öz əməllərinə davam etdirib və onun paltarını əynindən çıxarmaq istəyib: “Bu zaman peçin üstündə olan dəm çaynikini götürərək onun başına tökdüm. Çaynik əlimdən yerə düşərək sındı. Əlimə keçən sınmış çaynikin qulp hissəsi ilə Bəhruzun üzünü, gözünü çərtdim. Onun əlindən çıxaraq peçin üstündə olan qəhvədanı götürərək Bəhruzun üstünə tökmək istədim. Bu vaxt Bəhruz əli ilə qəhvədanı itələdiyindən içərisindəki su həm Bəhruzun üstünə, həm də mənim hər iki qoluma töküldü. Ağrıdan qışqıraraq kömək çağırdım. Bu vaxt Bəhruz yenidən üzərimə hücum çəkdi. O, kalqotkamı əynimdən çıxaran zaman canımı qurtara bilməyəcəyimi düşündüm. Bu məqsədlə ona “üstümdən dur, məni burax, sənin dediklərinlə razılaşaram”, dedim”.

    “Huşum özümdə olmayıb”

    Sahibə Babayeva bildirib ki, Bəhruz Paşayev ona inanaraq üstündən qalxdıqda inandırıcı olsun deyə əynindəki yarıyadək çıxarılmış kalqotkanı yavaş-yavaş çıxarmağa başlayıb: “Bəhruz köynəklərini çıxararkən özümü bayıra atdım və evə tərəf qaçdım. Lakin Bəhruz Paşayev arxadan gələrək məni tutdu. Məni yardımçı otağa aparmaqla arxası üstə yerə çırpdı. Həyətdən evə tərəf qaçarkən qışqırdığımdan evdə olan övladım Sahil ilə gəlinim səsimi eşidərək köməyə gəldi. Oğlum otağa daxil olarkən huşum tam özündə olmadığından üstümdə olan Bəhruza müqavimət göstərə bilməmişəm. Sahil Bəhruz Paşayevə yaxınlaşdıqda sonuncu oğlumu yerə yıxdı və boğmağa başladı. Oğlum ayağa qalxaraq yerə düşmüş qəhvədanın dəmir qapağı ilə Bəhruz Paşayevin başına və boynuna zərbələr endirdi”.

    Zərərçəkmiş qeyd edib ki, sonra oğlu Bəhruz Paşayevə zərbələr endirməkdə davam edib: “Bəhruzun huşsuz vəziyyətdə yerdə uzandığını görərək oğlumun həbsə düşməsindən qorxdum. Ona “ondan əl çək qollarım yanıb, məni həkimə çatdır, sonra Bəhruzu polisə verərik”, – deyə bildirdim. Sonra oğlumla birlikdə otaqdan çıxaraq evə qalxdıq”.

    “Məni şantaj edib”

    Zərərçəkmişin sözlərinə görə, təxminən 8 il əvvəl Bəhruz Paşayev onu narahat etməyə başlayıb: “Bəhruz zənglər edərək məni şantaj edib. O, məni görən kimi söz atıb, mağazanın zəngini yersiz basaraq, məni narahat edib. Bəhruz oğlum yaşında olduğundan pis fikirlə mənə əl atacağını əvvəllər düşünə bilməmişəm. Ərim rəhmətə gedəndən sonra bir gün oğlumla birlikdə Bəhruzun atası Sadıq Paşayevin maşını ilə mal gətirməyə getdik. Sadıq telefonunda kontur olmadığından məndən xahiş etdir ki, telefonundan Bəhruza zəng edim, atlarını çayın kənarından aparmağı deyim. Aradan bir az keçdikdən sonra Bəhruz telefonda nömrəmi göstərərək, məni kənddə rüsvay edəcəyi ilə qorxudub, şantaj etməyə başlayıb, dəfələrlə mənə zəng edib. Vəziyyətin getdikcə dərinləşdiyini düşünərək Bəhruzun atasına oğluna xəbərdarlıq etməsini demişəm. Bundan sonra Sadıqin Bəhruzu döydüyünü bilmişəm. Aradan yarım saat keçmiş Bəhruz Paşayev ilə anası gələrək məni çağırıb, həmin vaxt Bəhruz Paşayev anasının yanında mənə şər atıb. Bəhruz Paşayevin hərəkətləri barədə sonuncunun bacısına da şikayət etmişəm”.

    Təcavüzçüyə 4 il 6 ay cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəhruz Paşayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

    Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Bəhruz Paşayevin cəzasının 5 il 6 aya qədər artırılmasının istəyib.

    Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

    Hakim kollegiyası tərəflərin şikayətlərinin təmin edilməməsi barədə qərar elan edib.

    Anasına təcavüz edəni bıçaqladı, 11 il 3 ay cəza aldı

    Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişin oğlu Vidadinin işinə ayrıca icraatda baxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadının oğlu Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Vidadi Məmmədovun barəsində tərtib olunan ittiham aktında qeyd olunub ki, kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Sahibə Babayevanın arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

    Bəhruz Paşayev həmin vaxt sərxoş olub. O, Samirə Məmmədovaya təcavüz etmək istəyib. Bu zaman münaqişə yaranıb və Samirə Bəhruzun üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Ona cərrahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

    Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.(publika.az)