Category: Kriminal

  • 27 qadını zorlamış “tavasifət” ləqəbli sabiq polis azadlığa çıxdı

    Rusiyada 27 qadını zorlayan sabiq yol polisinin həbsxanadan tez buraxılması etirazla qarşılanıb.

    Median.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Artur Kosiçın 14 il həbs cəzası alsa da cəmi 7 il həbsxanada qalıb. Dünən Rusuyada polis və dövlət orqanlarında işləmiş şəxslər üçün nəzərdə tutulmuş Nijni Novqoroddakı İslah Əmək Müəssisəsindən buraxılan keçmiş polis Moskvaya qayıdıb.

    O, bu cəzanı 2011-ci ildə almışdı. 2005-2009-cu illər ərzində manyak polis paytaxt Moskvada xoşuna gəldiyi qızları zorlamaqla məşğul olub.
    Onun qurbanları 25-30 yaş arası, arıq qızlar olurmuş. Ümumilikdə cinayət işində 39 epizod olub.

    Məhkəmə zamanı “tavasifət” ləqəbi verilən manyakın polis sisteminə necə düşməsi də sual doğurub. Məlum olub ki, o hələ 16 yaşında parkda gəzən qadına hücum edərək zorlamaq istəyib. Ancaq alınmayıb. Həmin vaxt ona şərti cəza verib, ruhi əsəb dispanserinə yerləşdiriblər.

    Kosiçın dəlixanaya bir neçə dəfə düşüb, buna görə hətta orduya da çağırılmayıb. Şərti cəzası və ruhi xəstəxanada olmasına baxmayaraq 10 il hüquq-mühafizə orqanında çalışıb. Əməllərini davam etdirib. Zöhrəvi xətə olduğundan bu xəstəlkləri zorladığı qadınlara da keçirib.
    Nəhayət 2009-cu ilin dekabrında qızlardan biri onun əlindən qurtulur və “tavasifət”in mindiyi “Toyota Land Cruiser” markalı avtomobilin nömrəsini yadda saxlayır.

    Həbs olunan kimi manyak cinayətlərini etiraf edir. Zorladıqları qadınlardan başqa manyakın aldatdığı xeyli qadın olub. Onlardan bir neçəsinin Kosiçından uşağı var. Manyakın həbsdən tez çıxması cəəmiyyətdə etiraz doğurub. Onun qurbanları məhkəməyə müraciət edəcəklərini bildiriblər.

  • Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı – VİDEO

    Siyəzəndə oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs bələdiyyə, poliklinika və dövlət sosial müdafiə fondunda işləyənlərin çantasından portmanat oğurlamaqla onlara xeyli ziyan vurub. Bakıda isə böyük ticarət mərkəzində mobil telefon oğurlayan gənclər təhlükəsizlik kamerasına düşüb.

    Median.az Xezerxeber.az-a istinadən bildirir ki, bələdiyyə işçisinin külli miqdarda pulunu oğurlayan şəxs tutulub.

    Siyəzən rayonunda bələdiyyə işçisi olan bir qadın rayon polis şöbəsinə məlumat verib ki, əl çantasından içərisində 5 min 500 manat və 1900 dollar olan pul kisəsi oğurlanıb.

    Əməliyyat- axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Xaçmaz sakini əvvəllər məhkum olunmuş Hicran Qurbanovu saxlayıb. Məlum olub ki, saxlanılan şəxs bir neçə gün əvvəl rayon Dövlət Sosial Müdafiə Fondunda Rəşad Muradovun iş otağından da 40 manat pul və balansında 360 manat pul olan plastik kartını oğurlayıb.

    Araşdırmalar zamanı məlum olub ki, Hicran Qurbanov Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurlayıb.

    Paytaxtın Qaradağ rayonunda böyük ticarət mərkəzində isə mağza sahibinin telefonu oğurlanıb. Röyal Quliyev ərazi üzrə 10-cu polis bölməsinə məlumat verib ki, mağazada müştərilərə başının qarışdığı vaxt dəyəri 500 manat olan mobil telefonu oğurlanıb.

    Ərazidəki təhlükəsizlik kameralarına baxış keçirən bölmə əməkdaşları müəyyən ediblər ki, özlərini müştəri kimi göstərən iki gəncədən biri telefonu götürüb mağazadan çıxır. İndi polis görüntülər əsasında həmin şəxsləri axtarır.

  • Sumqayıtda qadını yandırmaq istədilər

    Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllədə bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.

    DİN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gediblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib. Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

    Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M. Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyənləşib.
    Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

  • Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az “Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

    Dövlət ittihamçısı çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt tələb edib.

    Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

    Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

  • Bakıda DƏHŞƏT: Qadını zorlayıb öldürən, daha sonra meyiti zorlayan dostların ŞOK ETİRAFLARI – VİDEO

    Bakıda qadını zorlayaraq öldürüb daha sonra meyiti zorlayan dostların istintaqı başa çatıb.

    Median.Az-in yenicag.az-a istinadən verdiyi məlumata görə, sözügedən qətl hadisəsi ötən ilin aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər.

    Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Daha sonra özləri də bilmədən meyidlə də cinsi əlaqəda olublar. Dostlar birlikdə qadının meyitini evdən çıxarıb, həyətin küncünə qoyublar. Daha sonra qonşular Yelena Sandrandinovanın meyitini aşkarlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnıy həbs edilib.

    Onlara Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə təqsirli biliniblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Dmitri Razumnıy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

  • “Yazmışdılar ki, katibə işləmişəm, oradan vəzifəyə göndərilmişəm”- şantaj edilən direktor

    “Reket”çilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal 107” qəzetinin baş redaktoru Maarif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoeu Rüxasarə Əliyeva ifadə verib.

    O qeyd edib ki, təqsirləndirilən şəxslərdən Hikmət Nəcəflini tanıdığını söyləyib.

    Direktor həmin tanışılığı barədə belə danışıb: “Kollecə poçt vasitəsi ilə “Bizim dövr” qəzeti göndərilmişdi. Həmin qəzetə baxanda kollec barəsində, mənim barəmdə xoşagəlməz yazılar yazılmışdı. Guya mən katibə işləmişəm, oradan da birbaşa kollec direktoru kimi vəzifəyə göndərilmişəm. Mənim elmi dərəcəm var. Mən bundan çox əsəbləşdim. Qəzetin, Surxay Əliyevin nömrəsini tapıb zəng elədim. Əsəbi olduğum üçün onunla çox əsəbi şəkildə danışdım. Çünki cəmi 2 ay idi ki, direktor təyin edilmişdim. İstəməzdim ki, barəmdə belə neqativ yazılar yazılsın. Surxay Əliyev dedi ki, işçisini kollecə göndərəcək. Səhəri gün Hikmət Nəcəfli məktəbə gəldi. Mən düşündüm ki, gəlib kollecə baxacaq, mənim diplomuma nəzər yetirəcək, yazdıqları yazının yanlış olduğunu görəcəklər. Amma Hikmət gələndə yazını silmək üçün 600 manat istədi. Mən bununla razılaşmadım. 200 manat verdim. Bundan sonra onları nə görmüşəm, nə də barəmdə yazı yazılıb”.

    Məhkəmədə digər zərərçəkmiş Vasif Məmmədov da ifadə verib. O, Tovuzda yaşıllaşdırma idarəsinin rəisi olduğunu söyləyib.

    V.Məmmədov qeyd edib ki, barəsində qəzetdə və saytda şantaj xarakterli yazılar yazıb. Onun sözlərinə görə, Hikmət Nəcəfli ondan 1000 manat tələb edib.

    “Mən şikayət də etdim. Amma onlar məndən xahiş etdilər ki, şikayəti geri götürüm. Mən də götürdüm. Amma yazılar davam etdi. Surxayla da görüşdüm. Amma məndən pulu Hikmət istədi. Bir neçə qəzetdə bu yazılar çıxırdı. Surxayı mən rayona da dəvət elədim. Amma gəlmədilər. Dedilər ki, yazılar onlara göndərilir və dəqiqdir. Mən pul verməyə razılaşmadım”.

    Zərərçəkmiş hazırda şikayətçi olmadığını deyib.

    Zərərçəkmiş Rasim Hüseynov da məhkəmədə ifadə verib. O, bir neçə dövlət qurumunda çalışdığını söyləyib.

    O, barəsində qəzetdə yazı yazıldığını və 1500 manat istənildiyini deyib: “Pulu bankdan kredit götürüb verdim. Əlavə olaraq da bir neçə dəfə 150 manat vermişəm. Təxminən bir il yazmadılar. Sonra da başladılar yazmağa. Pul istədilər, amma vermədim. Çünki versəm də yazırdılar, verməsəm də. Sonra Sevinc adlı xanım yanıma gəldi. Dedi ki, onlara pul verməsəm əl çəkən deyillər. Bir şərtlə razılaşdım ki, daha yazmasınlar. Sevinc də yanımda Hikmətə zəng elədi. Söylədi ki, 1000 manat versəm, yazmayacaqlar. 500 manat göndərdim. Qalanını da göndərəcəyimi dedim”.

    Zərərçəkmiş şikayətinin olmadığını deyib.

    İttihamda yazılır ki, S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir.

    Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizdou üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

    Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

    Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

    G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

  • Uşaq oğurluğu işində gözlənilməz dönüş

    Abdulla Əfəndizadə: “Uşağı Davud Bağırovun bacısı gizlədir”

    Səbayel Rayon İcra Şöbəsi Azərbaycan vətəndaşı Davud Bağırovun barəsində axtarış elan edib. Son məlumata görə, D.Bağırov hazırda Türkiyədədir. Onun Türkiyədən Azərbaycana gətitilməsi üçün tədbirlər görülür. Davud Bağırovun barəsində axtarış elan olunmasına səbəb Azərbaycan Ali Məhkəməsinin qərarını icra etməkdən yayınmasıdır.

    Belə ki, 5 oktyabr 2017-ci ildə Azərbaycan Ali Məhkəməsi hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Davud Bağırova münasibətdə Dubay Əmirliyi Ali Məhkəməsinin çıxardığı qərarı tanıyıb. Həmin qərara əsasən Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub. Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb. İşdə Azərbaycan vətəndaşı Davud Bağırovun adı uşağı oğurlayan şəxs kimi keçir. İstintaqa təqsirli şəxs qismində Azərbaycan vətəndaşı Davud Bağırov bir neçə dəfə dəvət olunub. D.Bağırov prokurorluğa getməyib. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işində D.Bağırovdan savayı bir qadın da var. Qazaxıstan vətəndaşı Zarina Jaksenbayeva da işə təqsirləndirilən şəxs qismində cəlb olunub. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz.


    M.Beishekeyeva uşağı oğurlanandan sonra öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsinin (AQUP DK) sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

    A.Əfəndizadə deyib ki, qarşı tərəf hər fürsətdən yararlanmaqla Dubay Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın icrasını ləngitməyə çalışıb. ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anasına qaytarılmasının qarşısını almaq üçün qarşı tərəfdən ciddi hərəkətlilik olub: “Uşağı Davud Bağırovun bacısı, AQUP DK Uşaq problemləri şöbəsinin müdiri olan Cəmilə Bağırova gizlədir. Yəni hazırda faktiki olaraq Dubayda oğurlanmış uşağın gizlədilməsi ilə məşğuldur. Məhkəmə icraçıları uşağı Davudun evində axtardılar. Cəmilə Bağırova iş vaxtı olsa da, evdə idi və öz anası ilə uşağın yerini deməkdən yayındı. Davudun İstanbulda olduğunu deyib. Guya nənəsi uşaqla Qəbələyə istirahətə gediblər. Cəmilə Bağırova uşağı gizlədir”.

    Abdulla Əfəndizadə deyib ki, 71 yaşlı qadının yağmurlu-küləkli havada Qəbələyə istirahətə getməsinə inanmırlar: “Səbayel Rayon İcra Şöbəsinin məmurları Davud Bağırova Azərbaycan Ali Məhkəməsinin qərarını icra etmək üçün bir neçə dəfə müraciət ediblər. Bu haqda aktlar var. Lakin o, məhkəmə qərarını qərəzli şəkildə icra etməkdən yayınıb və İstanbula gedib. Sonuncu aktı isə onun Dövlət Komitəsində çalışan bacısı imzalayıb. Halbuki aktda göstərilən tarix iş gününə və iş saatına təsadüf edir. Həmin vaxt Cəmilə Bağırova iş yerində olmalı idi. Hesab edirik ki, qarşı tərəfin ailə olaraq atdığı addımlar uşağın gizlədilməsinə və məhkəmə qərarının icrasından yayınmağa xidmət edir”.//musavat.com

  • Bakıda tanışını benzin tökərək yandıran şəxsə ağır cəza kəsilib

    Tanışını benzinlə yandırıb öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməyə cəhddə təqsirləndirilən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hakimlər kollegiyasının hökmünə əsasən Səbuhi Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev tanışı Anar Muradovla mübahisə edib. Bu zaman üzərinə beniz tökərək yandırıb.

    Məlum olub ki, həmin zaman Səbuhi Ağayev sərxoş olub. Yaralı xəstəxaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

    İstintaq orqanı belə nəticəyə gəlib ki, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.

    Buna görə də S. Ağayevə Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

  • Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı

    “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb.

    Yerli KİV N.Canıyevin işdən azad olunduğunu yazsa da, Dövlət Gömrük Komitəsinin onun vəzifəsindən azad olunması barədə rəsmi açıqlaması olmamışdı. Onun İstanbulda saxlanarkən video görüntülərinin yayılması, həbsdə olması, bəraət alması haqda komitənin hər hansı münasibətinə, şərhinə rast gəlinməyib. Gələn xəbərlərə görə, polkovnik Canıyev bəraət aldığı üçün vəzifəsinin başına qayıda bilib. Onun Azərbaycandakı biznesində, tikinti işlərində də canlanma yaranıb.

    Qeyd edək ki, N.Canıyev nüfuzlu kriminal avtoritet, İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır. İstanbul prokurorluğunun rəsmi ittihamında qeyd olunurdu ki, N.Səlifova sui-qəsd planlaşdıran Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasportla gəzən “qanuni oğru” Hacı Beyləqanskinin də daxil olduğu dəstəyə N.Canıyev rəhbərlik edib. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş gömrük polkovniki məhkəmə qərarı ilə bəraət alaraq Azərbaycana dönüb.

  • Polis “Xəzər” TV-nin əməkdaşını tutub

    “Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub. “Report”un Cənub bürosunun xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

    Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

    M.Qafarovanın yaxın qohumu “Report”a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: “Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.