Category: Kriminal

  • Məmur və həyat yoldaşına 194 minlik dələduzluq – 5 il həbs

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    A.Məhərrəmov Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayevaya qarşı 194 min manat dələduzluqda təqsirləndirilirr. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

    Median.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmü ilə Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində aeçiklimiş “ev dustaqlığı” qətimkan tədbiri “hıbs-qıtiumkan” tədbiri ilə əvəzlənib və məhkəmə zalında həbs edilib.

    İttihama görə, F.Babayeva və R. Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər. A Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Onların şikayəti əsasında Ayaz Məhərrəmov məsuliyyətə cəlb olunub və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

    Ayaz Məhərrəmov isə ittihamla özünü təqsirli bilməyib və həb ibtidai istintaq, həm də məhkəmədə istintaqı zamanı pulun ona çatmadığını bildirib.

  • 9 ayın gəlini özünü asdı: 3 aylıq hamilə imiş

    Türkiyənin Muş rayonunun Varto qəsəbəsində, 3 aylıq hamilə qadın intihar edib.

    Median.Az Haberler-ə istinadən xəbər verir ki, 21 yaşlı Yeter A.-nı yaxınları evlərinin həyətində asılmış vəziyyətdə tapıblar. 9 ay öncə evlənən Yeter A.-nın cansız bədəni ilə qarşılaşan yaxınları şok keçiriblər.

    Hadisə yerinə gələn təcili yardım əməkdaşları 3 aylıq hamilə qadının öldüyünü müəyyən ediblər. İntiharın səbəbi hələlik məlum deyil.

    hadisə ilə bağlı istintaq başlanılıb.

  • Sumqayıt sakinləri ələ keçdi – DTX-nın ƏMƏLİYYATI

    Sumqayıt Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
    “Report”un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
    Xatırladaq ki, təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayında saxlanılıblar.

    Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.
    Ona DTX-ya getmək təklif olunsa da, A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərsizləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb.
    4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçib. Onalar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur.

    Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çatdıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Gülməmmədovun 13, Ə.İmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

  • Mal-qara oğruları ələ keçdilər

    Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən Rayon Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 4-də kəndin kənarında olan örüş sahəsindən ona məxsus dəyəri 800 manat olan bir baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılaraq şöbəyə gətiriliblər. Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanı satdıqlarını bildiriblər.

    Ətraflarında aparılan tədbirlərlə onların digər cinayətlərinin də üstü açılıb. Belə ki onların fevralın 5-də həmin kənd ərazisində Eltac Tanrıverdiyevə məxsus dəyəri 1750 manat olan iribuynuzlu mal-qaranı oğurlayaraq satdıqları məlum olub.

    RPŞ-nin əməkdaşları tərəfindən oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək, mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.

    Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

  • Bakıda kürəkən qaynanasına silah çəkdi

    Bakıda kürəkən qaynanasının evinə silahla hücüm edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 10-də Xatai rayonu ərazisində törədilib.

    Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib ki. martın 10-da əri Polad onun anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb.
    Əvvəllər məhkum olunmuş P.Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb.

  • Bakıda qanunsuz yolla dərman satan İran vətəndaşları həbs edildi

    Əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi və tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a daxil olan məlumata görə, aparılmış ilkin istintaq-əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları Jahani Hiveh Chi Hamid və Fakhri Dameshgiyeh Khosronun Bakı şəhərində yaşadıqları ünvanlar müəyyən edilərək onlara baxış keçirilərkən, bu qəbildən qanunazidd əməlləri ifşa olunub.

    Belə ki, Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

    İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu-Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

    Aparılmış istintaqla həmçinin müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı Ghahremani Hafez Habib “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları-100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

    İstintaqla daha sonra müəyyən edilib ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları – cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

    Qeyd edilən faktlarla Jahani Hiveh Chi Hamid, Fakhri Dameshgiyeh Khosro, Ghahremani Hafez Habib və Abizadə İmran İbrahim oğlu dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub. Jahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Fakhri Dameshgiyeh Khosronun və Ghahremani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilib.

    Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şəxslərdən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmamasının aydınlaşdırılması və qeyd olunan dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

  • Bakının məşhur otelində fahişə cinayət törətdi

    Hadisə Xətai rayonunda, Bakı buxtasında yerləşən beşulduzlu “Bulvar Hotel”-də qeydə alınıb. Criminal.az-a verilən məlumata görə, oteldə dincələn BƏƏ-nin vətəndaşı Saleh Al Uteybinin xeyli miqdarda pulu və sənədlər olan əl çantası Lalə Yusifova adlı qadın tərəfindən oğurlanıb. Bu barədə əcnəbi 1-ci otelin rəhbərliyinə məlumat verib, sonra isə DİN-nin 102 Zəng mərkəzinə şikayət edib.
    Hadisə yerinə dərhal ərazi üzrə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Faktla bağlı Xətai RPİ-nin 37-ci polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb və zərərçəkənin izahatı alınıb. Baş vermiş hadisə ilə bağlı “Bulvar Hotel”-dən münasibət öyrəndik. Oteldən bildirdilər ki, “həqiqətən belə bir fakt qeydə alınıb. Qadının hansı şəraitdə oğurluq etməsi onlarada məlum deyil”.

    Qeyd edək ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxil olan oteldir. Ağ Şəhərdə yerləşən yeni beş ulduzlu otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür. Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Ancaq göründüyü kimi beş ulduzlu oteldə heçdə qonaqların rahatlığı yüksək səviyyədə təmin olunmur.

  • 3 yaşlı qızın ölümündə təqsirləndirilən həkimin işi üzrə məhkəmə istintaqı yekunlaşıb – FOTO

    Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun СM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsiə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, Sumqayıt şəhər sakini Arzu Qurbanlı (2014-cü il təv.) 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib. A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

    Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

    Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

    Növbəti proses martın 14-ə təyin olunub.

    Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.




  • Bakıda DƏHŞƏT: 8 ildir dayısının zorladığı 14 yaşlı qızdan ŞOK AÇIQLAMA – VİDEO

    Bakıda dayısı tərəfindən zorlanan 14 yaşlı qız danışıb.

    Baku.ws-in məlumatına görə, Space TV-də 14 yaşlı Jalə (ad şərtidir – red.) haqqında reportaj hazırlanıb.

    Təcavüzə məruz qalan Jalə bildirib ki, dayısının onu zorlamasından valideynlərinin, xalalarının xəbəri olub. Lakin heç nə etməyiblər.

    Daha sonra ana uşağı Azərbaycan Uşaqlar Birliyinə təhvil verib. Jalənin 8 ildir dayısı tərəfindən zorlandığının üstü burada açılıb.

    Hüquq-mühafizə orqanlarına dərhal xəbər verilib və dayı tutulub.

    Ətraflı videomaterialda.

  • Azərbaycanda həbsxanada iki məhkum ölüb

    Bakıda daha iki məhkum xəstəlikdən ölüb.

    APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar – 1965-ci il təvəllüdlü Mais Fazil oğlu Səfərov və 1951-ci il təvəllüdlü Fərman Nəriman oğlu Hüseynov xəstəlikdən ölüblər.